Plan prosesin mahiyyəti. İstifadə olunan qaynaq texnologiyaları


Əl ilə elektrik-qövs qaynağı



Yüklə 6,2 Mb.
səhifə3/6
tarix31.12.2021
ölçüsü6,2 Mb.
#82268
1   2   3   4   5   6
MAHmudovGülağa

Əl ilə elektrik-qövs qaynağı

Əl ilə elektrik-qövs qaynağı zamanı qövsün yandırılması, ona nəzarət və tikiş boyu hərəkəti əl ilə yerinə yetirilir. Buna görə də qaynaq tikişinin keyfiyyəti, əsasən, qaynaqçının təcrübəsindən asılıdır.

Əl ilə elektrik-qövs qaynağı metal və qrafit elektrodlarla aparılır.

Metal elektrodlarla qaynaq zamanı əvvəl metalın aşağı hissəsi yumşalır, sonra isə əriməyə başlayır.

Elektroddan ayrılmış metal damcısı qaynaq ediləcək metal hissələrin üzərindəki metal vannasına düşür.

Elektroddan ayrılan metal damcıları vannadakı əsas metalın kütləsi ilə qatışır və bircinsli ərinti əmələ gətirir. Bu ərinti bərkiyərək metal hissələri birləşdirir.

Əriyən elektrodlar təyinatından və kimyəvi tərkibindən asılı olaraq poladdan, çuqundan, misdən, bürüncdən, tuncdan, alüminiumdan və bərk ərintilərdən hazırlana bilər.

Əriməyən elektrodlar elektrotexniki kömürdən, preslənmiş qrafitdən, volframdan və onun ərintilərindən hazırlanır.

Metalların qazla qaynaq edilməsi

Bu üsulla əlvan metallar və müxtəlif polad növləri qaynaq edilir. Qaz ilə qaynaq etmək üçün bir sıra qazların oksigendə yandırılmasından istifadə edilir.

Asetilen

Hidrogen


Mayə yanacaqlar

Koks qazları

Metan

Yanan qazlara nümunə göstərmək olar.



Qaynaq rejiminin başlıca şərtlərindən biri qazyandıranın tikiş istiqamətində hansı üsul üzrə hərəkət etdirilməsi, eyni zamanda qaynaq çubuğunun və qaz yandıranın əsas metala nisbətən hansı bucaq altında hərəkət etdirilməsidir.

Qazyandıran elə hərəkət etdirilməlidir ki, qaynaq ediləcək hissələrin kənarları bərabər sürətdə qızaraq əriyə bilsin.

Qaz qaynağı aşağıdakı üsullara ayrılır.

Əl qaynağı

Avtomatik qaynaq


Yüklə 6,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə