______________________________________________________ Poetika.izm
115
kayzen.az/blog/masonluq/.../masonluğun-əmələ-gəlməsi-və-inkişafı.html
3.
MEŞHUR “TÜRK” MASONLAR | SionVadisi
sionvadisi.net/meshur-turk-masonlar
4.
Нигматуллина Ю.Г. О соотношение реализма с другими творческими
методами в татарской литературе конца ХIX начала ХХ века. Проблемы
реализма в литературах народов Советского Востока, Материалы совеща-
ния 16-19 октября 1972 г. Баку, «Элм».
5.
Джафаров М.Дж. Романтизм и его связи с реализмом в Азербайджанской
литературе ХХ века, Проблемы реализма в литературах народов Совет-
ского Востока, Материалы совещания 16-19 октября 1972 г. Баку, «Элм»
6.
Həbibbəyli İsa. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri (təkmilləşdirilmiş
ikinci nəşri) Naxçıvan, “Əcəmi”, 2009.
7.
Fikret Tevfik. Halukun amentusu. haluk un amentüsü - instela
https://tr.instela.com/haluk-un-amentusu--620248
8.
Nəcəf bəy Vəzirov. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005.
Tahirə Məmməd
MAARİFÇİLİK VƏ ONUN XX ƏSR AZƏRBAYCAN
ƏDƏBİYYATINDA TƏZAHÜR XÜSUSİYYƏTLƏRİ
XÜLASƏ
XX əsrin Azərbaycan maarifçiliyində bir ədəbi cərəyan kimi maarifçi realizmin
xüsusi yeri olsa da, o, maarifçiliyin tək təmsilçisi deyildi. Artıq maarifçi realizmin
özündə də əsaslı dəyişmələr yaşanmaqda idi. Azərbaycan romantizminin özündə belə
maarifçi idealların üstünlüyü müşahidə olunur. Tənqidi realizm öz sərt və dərinə nüfuz
edən mövqeyi, romantizm qlobal problemləri ədəbiyyatımıza gətirməsi ilə cəlbedici olsa
da, maarifçi realizm yeni bir mərhələdə azadlıq və səadət idealına milli şüuru aşılaması
ilə diqqəti cəlb edirdi. Elə burada da bir-birinin müasiri olan ədəbi cərəyanlar eyni müs-
təviyə gəlirdi. Artıq bu dövrdə realizm Qərbi Şərqə gətirməkdən daha çox öz ənənələri
üstündə dünya ilə əlaqə quran Şərqi Qərbə çıxarma probleminin həllinə yönəlmişdi.
Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Əmin, C.Məmmədquluzadə, H.Cavid (adıçəkilən son iki
şəxsiyyət yazıçı olduqları qədər də böyük ideoloqlar idilər) kimi ideoloqların görüş-
lərinin intellektual mühitə təsiri, Ə.Haqverdiyev, N.Vəzirov, S.S.Axundov, Ü.Hacıbəyli
kimi böyük sənətkarların yaradıcılıq konsepsiyaları dövrün ümumi ədəbi ab-havasına
olduğu kimi, maarifçi realizmin yeni mərhələsinə də əsaslı keyfiyyət dəyişikliyi gətir-
mişdi. Maarifçi realizm yaşadığı keyfiyyət dəyişikliyi ilə bərabər, öz texnologiyasından
başqa cərəyanlara da aşılamaqda idi. Belə ki, yeni idealların, azadlıq, səadət və hüquq
bərabərliyinin təbliği üçün tənqidi realistlər, eləcə də romantiklər öz fəaliyyətlərində
maarifçilik texnologiyasından da istifadə edərək cəmiyyətə nüfuz etməyə çalışırdılar.
______________________________________________________ Poetika.izm
116
Tahira Mammad
ENLIGHTENMENT AND ITS APPEARANCE CHARACTERISTICS
IN AZERBAIJANI LITERATURE OF XX CENTURY
SUMMARY
In spite of the fact that the enlightened realism had a special place as a literary
movement in Azerbaijani enlightenment of XX century, it was not only representative of
enlightenment. There was already substantial changes in the enlightened realizm. The
superiority of enlightened ideals have observed even in Azerbaijani romanticism.
Despite the critical realism was attractive by carrying hard and deep position and global
problems of romanticism to our literature enlightened realism took attention by tanning
the national conscience to the ideal of freedom and happiness in the new stage . In here,
literary movements which were contemporary with each others arrived at the same level.
In this period realism changed its duty from bringing West to East to solving the
problem of bringing East to West which make relations with the world by its traditions.
Influence to the intellectual environment of the thoughts of the ideologists such as
A.Aghaoglu, A.Huseynzadeh, M.Amin, C.Mammadguluzadeh, H.Javid (craftsmen
whose name said last were not only writer but also ideologists.), creativity conceptions
of the craftsmen such as A.Hagverdiyev, S.S.Akhundov, N.Vazirov, U.Hajibayli brought
quality changes to the new level of enlightened realism, also to the liteary climate of the
period. Enlightened realism was tanning its technology to other movements same time it
changed its quality. So, critical realists and romantics tried penetrating to the society by
using their enlightenment technology for promoting of new ideals, freedom, happines
and law equality.
______________________________________________________ Poetika.izm
117
Pərvanə BƏKİRQIZI (İSAYEVA)
Filologiya üzrə elmlər doktoru, professor
Nizami adına Ədəbiyyat İnstitutu
POSTMODERNİZM VƏ AZƏRBAYCAN ƏDƏBİYYATI
Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə
yetirilmişdir. Qrant № EİF-2013-9 (15)-46/35/5)
Açar sözlər: postmodernizm, metanarrativ, intertekstuallıq, nəsr, dram
Key words: postmodernism, meta-narration, inter-textuality, prose, drama
Sivilizasiyanın texnoloji baxımdan inkişafı sayəsində mədəniyyətlər
arasındakı sərhədləri yıxaraq onları milli dəyərlərindən uzaqlaşdırmaq və
vahid standarta uyğunlaşdırmaq istəyi özünü qabarıq şəkildə göstərir.
Elmi-texniki inqilabın insan həyatına, insan şüuruna təsiri nəticəsində tex-
nikanın ruha, düşüncəyə hakim kəsilmək arzusundan proqramlaşdırılmış
insan modeli yaranır. Bu modeldə artıq ətrafındakılara laqeydləşən tə-
biətdən, dünyadan ayrı düşüb yalqızlaşan fərdin, “mən”i toplunun istəkləri
ilə bərabərləşir. Artıq cəmiyyətə qarşı üsyan, təklənmə müşahidə olunmur.
Müasir kommunikasiya imkanlarının genişliyi
və informasiya bollu-
ğunun göstərdiyi təsirdən uzaqlaşa bilməyən fərd hamı kimi görünməyə,
danışmağa, ən nəhayət, hamı kimi düşünməyə, başqalarının dərdlərinə bi-
ganə olmağa sövq edilir.
Avropada, onun ardınca isə Amerikada sürətlə irəliləyən materialist
ruhlu mədəniyyət sivilizasiyanın inkişafı deyil, əksinə, onu məhvə doğru
sürükləyən başlıca amildir. Keçən əsrin böyük fransız metafiziki Rene
Geonun sözləri ilə deyilsə, çağdaş sivilizasiya anormaldır və öz həqiqi
yolundan azmış bir sivilizasiyadır. Çünki qlobal kapitalizm başqa xalqla-
rın fəlakəti üzərində öz rahatlığını təmin etmək, milli-etnik dəyərlərin
silinib aradan qaldırılması müasiri olduğumuz bir sivilizasiyanın başlıca
səciyyəsidir. Öz tarixinə, ənənəvi mədəniyyətinə, milli-mənəvi simasına
bağlı qalan cəmiyyətlərin bütövlükdə bu sivilizasiyanın hazırladığı qəlib-
lərə uyğunlaşması olduqca çətin və ağrılı prosesdir. Lakin bu sivilizasiya
gözqamaşdırıcı sərvətləri ilə qarşısıalınmaz sel kimi gəlir və yolunda ona
qarşı dayana biləcək bir qüvvə tanımır. Ona tam uyğunlaşmayan və ya
uyğunlaşmağa gücü çatmayanlar II və III dərəcəlilərə çevrilirlər. Həmin
dövlətlərə və onun vətəndaşlarına da münasibət bu baxış bucağı altında
formalaşır.