______________________________________________________ Poetika.izm
126
JANR, STRUKTUR, FORMA
Məmməd ƏLİYEV
Filologiya üzrə elmlər doktoru, professor
Nizami adına Ədəbiyyat İnstitutu
ŞEİRİN BƏND QURULUŞUNUN RİYAZİ YAZILIŞI
Açar sözlər: bənd quruluşu, poetik forma, qafiyə sistemi, misra, durğular, riyazi
yazılış
Key words: item structure, poetic form, rhyme system, hemistich, pauses,
mathematical writing
Müdriklər, elmi ilə dünyada tanınmış şəxsiyyətlər ən qədim dövr-
lərdə əsərlərini nəzmlə yazmış, şeirlə riyaziyyat, fizika, astronomiyaya və
s. həsr etdikləri əsərlərini sonrakı nəsillərə çatdırmışlar.
Vaxtilə Q.Qaliley şeirlə riyaziyyatın, fizikanın əlaqəsindən danışa-
raq yazırdı ki, bizi əhatə edən maddi aləm simvol və riyazi işarələrdən
ibarətdir. Odur ki, müdriklər şeirlə riyaziyyat arasında bağlılıq axtarmış,
onlarda ümumi cəhətlər görmüş, qanunauyğunluqları, düsturları üzə çı-
xarmağa çalışmışlar. Rusiyada M.Y.Lomonosov, A.N.Kolmoqorov,
A.M.Kondratev və b. bu problemlə bağlı xeyli məqalə və kitab çap
etdirmişlər [1, 2, 3, 4].
Lakin ən yaxşı riyaziyyatçı alim poeziyanı, onun poetik qanunlarını,
ritm yaradan elementlərin qanunauyğunluqlarını bilmədikləri kimi, ən is-
tedadlı şair də riyazi qanunlara dərindən bələd olmadığı üçün problemin
həlli qənaətləndirici olmamışdır.
Digər tərəfdən dünya şeir sistemləri müxtəlif vəzn və dil qanun-
larına əsaslandığından, şeirin ritm və ahəng qanunlarına bələd olmamaq
bu işin həllini daha da çətinləşdirmişdir.
Əslində zahirən poeziya, şeir sənəti ilə riyaziyyat arasında elə bir
ümumi cəhət, yaxınlıq görmürük.
Hər şeydən qabaq belə bir cəhəti xatırlatmalıyıq ki, şeirlə riyaziy-
yatı birləşdirən bir cəhət vardır ki, o da onlara xas olan dəqiqlik və da-
vamlı məntiqdir….
Əgər onların arasında bu cəhətdən yaxınlıq varsa, deməli, şeir sənə-
tinin, bütövlükdə poetik forma kimi çıxış edən şeirin bənd quruluşunun da
riyazi əsasları vardır. Bu mənada götürsək, şeirin poetik forması misra,
heca və qafiyə sayından ibarət çoxluqdur ki, onu müəyyən bir riyazi
düsturda – yazılışda vermək mümkündür. Şeirin bənd quruluşu – bu riyazi
çoxluq (m, n şəklində, m – misraların sayı, n isə hər misradakı durğuların
göstəricisidir) özü bir sistemdə, şeirin qafiyə düzülüşü sistemində möv-
______________________________________________________ Poetika.izm
128
4+4+3
4+4+4
(4+5+4)
4+3+4
7+5
14-hecalı: 7+7
15-hecalı: 8+7
16-hecalı: 8+8
5+5+4 5+5+5
9+7
4+4+4+4
Gördüyümüz kimi, misradakı hecaların sayından asılı olaraq (n)-nin
də durğu növləri, qiymətləri müxtəlifdir. Əgər 4 misradakı (a a b a) 11-
hecalı şeirdən söhbət gedirsə, bunu aşağıdakı kimi riyazi şəkildə yazmaq
olar:
P
f
= {m, (n) = 4; n= 11= 4+4+3}
Sual oluna bilər, şeir misralarında eyni durğu növündən istifadə
olunduğu kimi, bəzən müxtəlif durğu variantlarından istifadə edilir. Belə
olduqda isə (n) bizim üçün naməlum qalmırmı? Bu suala müsbət cavab
verməliyik.
Odur ki, n-də durğular müxtəlifdirsə, yəni şeir ipostasa səciyyəli-
dirsə, onda onu (n
i
) ilə işarə etməliyik, yox əgər sabitdirsə o, (n
s
) ilə işarə
edilməlidir. Bununla əlaqədar yuxarıda dördlük üçün çıxartdığımız düs-
turda bəzi dəqiqləşmələr aparmaq lazım gəlir. Belə ki, durğular sabit ol-
duqda, həmin yazılış :
P
f
– Q
4/3
= {m,(n)m =4; n
s
=11= 4+4+3}
şəklində olur.
Əgər
şeir ipostasa səciyyəlidirsə, onda:
P
f
–Q
4/3
={(m, n); m = 4, n
i
=11={ П
ı
=4+4+3
П
2
= 4+4+3
П
3
= 6+5
П
4
= 4+4+3
Aydın görmək olar ki, (П
ı
, П
2,
П
3-
П
4
) dördlükdəki hər misranın
sırasını göstərir. Bu yazılışda durğu növü müxtəlif olan misranı ayrıca
yazmaq olar. Məsələn: П
ı
, П
2,
П
3-
П
4
=6+ 5
Bunun üçün şeirimizdə mövcud olan bəzi poetik formaların qafiyə
sistemlərinə nəzər salaq: