______________________________________________________ Poetika.izm
144
kürəsi adlı bu təcridxananı tərk edib getmək şansının bir xəyal yox, ger-
çək bir imkan olduğunun şahidi olur.
“Şekspir” pyesində hadisələr Ruhi xəstəliklər klinikasında cərəyan
etsə də, əsərdə digər bir məkan da vardır. Drob 13-ün sakini olduğu
Vanderprandur planetidir. O, pyesdə predmetləşmir, ancaq təsəvvürdədir
və bir məkan kimi məzmunda iştirak edir.
Samir Səadətoğlunun “Həbsxanada bayram” pyesində həbsxana bir
məkan olaraq özündə müxtəlif sosial zümrələri və problemləri birləşdirir.
Müəllif pyesdə göstərir ki, burda ədalətsizliyin qurbanı olanlarla öz qanlı
bıçağı ilə başqalarını qurbanlıq qoyuna döndərənlər eyni məkanı, eyni
aqibəti paylaşmalı olurlar. Həbsxananın dar kamerası bu əsərdə çox dərin
mətləbləri özündə əks etdirən bir bədii detala çevrilir. Məkan interyerinin
təsvirində nəfəslik xüsusi olaraq nəzərə çarpır. Dar kameranın geniş dün-
yaya açılan pəncərəsi kimi nəfəslik məhbusların həm ümid yeri, həm də
həbsxana divarlarından o tayın burdakılara amansız, soyuq münasibəti
kimi mənalanır. Əgər məhbusların üzünə azad dünyanı qapayan bu nəfəs-
liyin şappıltısının, açarların şıqqıltısının təsviri olmasaydı, məkan bu də-
rəcədə tamamlanmış, məzmunlu panoram yaratmazdı.
Firuz Mustafanın “Qəfəs” pyesində isə hadisələrin cərəyan etdiyi
təcridxana zooparkdır. Müəllifin bu məkanı seçməkdə məqsədi heyvan-
xananı insan cəmiyyətinə qarşı qoymaq, üstünlüyü birinciyə verməkdir.
Özünü Şir elan edib, ailəsini, ümumiyyətlə, insanları tərk edib, insanın
yaşayış yeri kimi heyvanxananı seçməsi, qəfəsdə özünü rahat və çox
gözəl hiss etməsi, həyat yoldaşının bütün təkidlərinə baxmayaraq heyvan
olmaqdan imtina etməməsi bizi bu qənaətə gətirir. Əsərdə hadisələrin
cərəyan etdiyi məkan zoopark seçilmişdir. Ancaq pyesdə bu məkanın fo-
nunda digər bir məkan – insan cəmiyyəti də təsvir olunur. Ümumiyyətlə,
Firuz Mustafa dramaturgiysında məkanın fon olaraq yaradılışı vardır.
Məsələn, “Safari” komediyasında Afrika meşəsini də dramaturq bu cür
fona çevirir.
Müasir Azərbaycan dramaturgiyasında Firuz Mustafa ən müxtəlif
və öz məzmunu ilə maraq doğuran məkanlara müraciət edən dramaturq-
dur. Ümumiyyətlə, Firuz Mustafa elə dramaturqlarımızdandır ki, o, milli
dramaturgiyamızın indiyə qədər ortaya qoyduğu gedişləri təkrarlamaq
istəmir, ənənəvi üslubdan imtina edir, yeni xətt yaratmaq, dramaturgi-
yamızı dünya dramaturji prosesinə qoşmaq istəyir. Odur ki, onun pyes-
lərində məkan da ənənəvi yox, yenidir. Bu əsərlərə nəzər salanda görürük
ki, hadisələr meşə, zoopark, Afrika cəngəlliyi, rəssam emalatxanası, ka-
zino, sərhəd zonası, sanatoriya, senat kimi dramaturgiyamız üçün xas ol-
mayan məkanlarda baş verir. İnsanı daha çox məişət şəraiti fonunda bədii
təhlilə çəkən dramaturgiyamızda bədii problem bu məkanlarda daha ağır
şərtlər və gərgin situasiyaya düşür.
______________________________________________________ Poetika.izm
145
Firuz Mustafanın dramaturgiyasında nəinki məkan qeyri-adiliyi,
hətta qeyri-müəyyənliyi də vardır. B.Əhmədov yazır: “Onun komediya-
larında hadisələrin cərəyanında məkan və zaman koordinatları dəyişə
bilir” [8, s. 440]. “Oxşarlar” və “Ağıllı adam” pyeslərində müəllif qeydlə-
rində göstərilir ki, hadisələr qeyri-müəyyən zaman və məkanda baş verir.
Əvvəlki bölmələrdə də qeyd etdiyimiz kimi müasir Azərbaycan dramatur-
giyasında tarixə maraq həmişə olduğu kimi böyükdür və dramatuqrları-
mız tez-tez keçmişi müasir problemlər üçün bədii vasitəyə çevirirlər.
Ancaq Firuz Mustafa bəlkə də, bu gün yeganə dramatuqrlarımızdandır ki,
pyeslərində müasir problemlərin bədii həllini elə müasir zamanın özündə
axtarır.
Onun “Oxşarlar” pyesində saray şəraiti, Hökmdar, Vəzir, Sərkərdə,
kimi obrazlar və digər detallar keçmiş zamana işarə etsə də, müəllif ide-
yanı yalnız bu zaman şərtləri altında bədiiləşdirmir. Dramaturq “Personaj-
ların paltarında həm qədim, həm də müasir geyim elementləri nəzərə
çarpır” qeydi ilə həm də müasir zaman komponentlərini əsərə daxil edə-
rək bir zaman qeyri-müəyyənliyi yaradır .
Onu da qeyd edək ki, müasir dramaturgiyamız üçün zaman və mə-
kan qeyri-müəyyənliyi yalnız Firuz Mustafa yaradıcılığı üçün xas de-
yildir. Bədii strukturda bu tip xronotop həllinə Kamal Abdullanın, Vaqif
Səmədoğlunun, Elçin Hüseynbəylinin, Afaq Məsudun pyeslərində rast
gəlirik. Müasir dramaturji proseslə bağlı dəyərli ümumiləşdirilmiş qə-
naətlər, təhlillər müəllifi olan Əsəd Cahangir Yazıçılar İttifaqının son
qurultayında etdiyi məruzədə E.Hüseynbəylinin dramaturgiyasından danı-
şarkən belə bir fikir səsləndirmişdir: “Kobud yumorla zərif nostalji his-
lərin çulğaşdığı “Qaçaq qocalar” pyesi öz realist üslubu, zaman-məkan
müəyyənliyi, konkret ad və xarakterik obrazlar sistemi ilə E.Hüseyn-
bəylinin son işləri arasında istisna kimi görünür [9]. Əsəd Cahangirin
müşahidəsi düzgündür. E.Hüseynbəylinin pyeslərində zaman-məkan sər-
hədləri dumanlanır, ancaq bəzən dramaturq bu dumanı dağıtmaq istəyir.
“Sezar” pyesində müəllif zaman-məkanı oxucu üçün aydınlaşdırmağa
çalışır. Əsər belə bir qeydlə başlayır: “Hadisənin məkanı və zamanı bəlli
deyil. Hər şey şərtidir. Əslində isə hadisələr ötən əsrin 90-cı və 2000-ci
illərin əvvəllərində Azərbaycanda baş verir” [10, s. 58].
Bu qeyd əsərdə təsadüfi olaraq yer almayıb. Mövzunu qədim Roma
tarixindən alan dramaturq onun bədii həllində müasir tarixi kodlaşdırır.
Ancaq müəllifin özünə də bəlli olur ki, əgər onun işarəsi olmazsa, oxucu
bu kodları rasşifrovka aça bilməyəcək. Odur ki, dramaturq zaman-məkan
qeyri-müəyyənliyinə aydınlıq gətirməyi lazım bilmişdir.
Ancaq Əsəd Cahangirin vurğuladığı kimi E.Hüseynbəylinin əksər
pyeslərində zaman-məkan tam şəkildə oxucu üçün qeyri-müəyyən qalır.
Artıq qeyd etdiyimiz kimi, müasir dramaturgiyamızda bir tendensiya
Dostları ilə paylaş: |