45
və səlləm – sol əlini ayaq yolunda və xoş olmayan işlər üçün istifadə
edərdi”. Buxari 168, Müslim 268.
Yeməkdə Olan Qadağalar
Sələmə b. Əkva – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hüzurunda sol əliylə yeyirdi.
Peyğəmbər: “Sağ əlinlə ye!” deyə buyurdu. Adam: “Bacarmıram” dedikdə
Peyğəmbər: “Səni görüm heç bacarmayasan” deyə buyurdu. O, kimsə sağ
əllə yeməməsinə yalnız təkəbbürlüyü mane oldu. Sələmə – radıyallahu
anhu – deyir ki: “Həqiqətən də o, kimsə sağ əlini bir daha ağzına
aparmadı”. Müslim 2021. Ömər b. Əbi Sələmə – radıyallahu anhu –
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
“(Yeməyin əvvəlində) Bismilləh de, sağ əlinlə ye və önündən başla”.
Buxari 5376, Müslim 2022. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət
edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – heç bir zaman heç bir
yeməyi pisləməzdi. Ürəyi istədikdə yeyərdi, istəmədikdə yeməzdi”.
Buxari 5409, Müslim 2064. Əbu Cuhəfə Vəhb b. Abdullah – radıyallahu
anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
buyurdu: “Mən yaslanaraq yemək yemirəm”. Buxari 5398. İbn Abbas –
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – buyurdu: “Biriniz yemək yediyiniz zaman barmaqlarını
yalamadıqca onları silməsin”. Buxari 5456, Müslim 2031. Kəb b. Məlik –
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – üç barmağıyla yeyərkən gördüm. Yeməyini bitirdikdə
barmaqlarını yaladı”. Müslim 2044. Cabir – radıyallahu anhu – rəvayət
edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Birinizin
loxması düşdüyü zaman dərhal onu qaldırsın. Ona yapışan (tozu)
təmizləsin və yesin. Onu şeytana buraxmasın. Barçaqlarını yalamadıqca
əlini dəsmalla silməsin. Çünki bərəkətin yeməyin hansı hissəsində
olduğunu bilməz (Başqa rəvayətdə: Yemək qabını sünnətləməyi əmr
etdi)”. Müslim 2033. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Dəvə içdiyi kimi bir
nəfəsə içməyin. İki, üç nəfəsə için. İçdiyiniz zaman Bismilləh deyin.
Qurtardığınız zaman Əlhəmdulilləh deyin (Başqa rəvayətdə: İçərkən üç
dəfə nəfəs alıb, verərdi)”. Buxari 5631, Müslim 2028. Əbu Qatadə –
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və
səlləm –
buyurdu: “Suya doğru nəfəs almağı qadağan etmişdir”. Buxari
5630, Müslim 267. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kafir yeddi
46
bağırsağı doldurmaq üçün yeyər, mömin isə bir bağırsağı doldurmaq üçün
yeyər”. Müslim 2060.
İçməkdə Olan Qadağalar
Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – su qablarının ağzını əyərək onlardan su
içməyi qadağan etmişdir”. Buxari 5625,5627, Müslim 2023. Əbu Hureyrə
– radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – buyurdu: “Sizdən heç kimsə ayaq üstə su içməsin. Hər kim də
unudaraq su içərsə dərhal qussun”. Müslim 2026. İbn Abbas – radıyallahu
anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – qabın
içinə nəfəs verməyi və ya (yeyiləsi və içiləsi bir şeyin içinə) üfləməyi
qadağan etmişdir”. Tirmizi 1888,1889. Ənəs – radıyallahu anhu – rəvayət
edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir nəfərin ayaq üstə su
içməsini qadağan etdi”. Qatadə – radıyallahu anhu – deyir ki, biz Ənəs –
radıyallahu anhu – dan: “Bəs yemək?” deyə soruşduq. Ənəs: “Bu daha
pisdir” dedi. Müslim 2024
30
.
BƏZİ ŞÜBHƏLƏRİN AYDINLAŞDIRILMASI
Bəzi insanlar təqva əlaməti olaraq şübhəli şeylərdən qaçmaq
məqsədilə böyük günah sahiblərinin kəsdikləri heyvanların ətlərini
yeməyi qadağan edirlər. Bu da dində ifrata varmaqdır ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – bizi bundan çəkindirmişdir. Ənəs
–
radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – buyurdu: “Asanlaşdırın çətinləşdirməyin, sevdirin nifrət
etdirməyin”. Buxari. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
“Dində çox ifratdan (şişirtməkdən) çəkinin. Həqiqətən sizdən əvvəlkiləri
30
Ayaq Üstə Su İçməyə Rüxsət Verən Hədislər: İbn Abbas – radıyallahu anhu –
rəvayət edir ki, mən Peyğəmbər
– sallallahu aleyhi və səlləm – ə Zəm-Zəm
suyunu verdim. O, da ayaq üstə içdi”. Buxari 5617, Müslim 2027. Əli –
radıyallahu anhu – (Kufə məscidinin) Rahbə qapısına gəldi. Orada ayaq üstə su
içdi və: “Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in mənim necə etdiyimi
görürsünüzsə belə edərkən gördüm” deyə cavab verdi. Buxari 5615. İbn Ömər –
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in
zamanında yeriyərkən yeyirdik və ayaq üstə də su içərdik”. Tirmizi 1881. Amr b.
Şueyb öz atasından, o da öz babasından rəvayət edir ki, biz Peyğəmbər –
sallallahu aleyhi və səlləm – in ayaq üstə və oturaraq su içdiyini gördük”. Tirmizi
1884. Ummu Sabit Kəbşə b. Sabit – Həsən b. Sabit – radıyallahu anhu – nun qızı
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə gəldi və
(divardan) asılmış olan su tuluğunun ağzından ayaq üstə su içdi”. Tirmizi 1893.