Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə23/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

 

45 


və  səlləm  –  sol  əlini  ayaq  yolunda  və  xoş  olmayan  işlər  üçün  istifadə 

edərdi”. Buxari 168, Müslim 268.  

 

Yeməkdə Olan Qadağalar 

Sələmə  b.  Əkva  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  bir  nəfər 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hüzurunda sol əliylə yeyirdi. 

Peyğəmbər: “Sağ əlinlə ye!” deyə buyurdu. Adam: “Bacarmıram” dedikdə 

Peyğəmbər: “Səni görüm heç bacarmayasan” deyə buyurdu. O, kimsə sağ 

əllə  yeməməsinə  yalnız  təkəbbürlüyü  mane  oldu.  Sələmə  –  radıyallahu 



anhu  –  deyir  ki:  “Həqiqətən  də  o,  kimsə  sağ  əlini  bir  daha  ağzına 

aparmadı”.  Müslim  2021.  Ömər  b.  Əbi  Sələmə  –  radıyallahu  anhu  – 

rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

“(Yeməyin  əvvəlində)  Bismilləh  de,  sağ  əlinlə  ye  və  önündən  başla”. 

Buxari  5376,  Müslim  2022.  Əbu  Hureyrə  –  radıyallahu  anhu  –  rəvayət 

edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – heç bir zaman heç bir 

yeməyi  pisləməzdi.  Ürəyi  istədikdə  yeyərdi,  istəmədikdə  yeməzdi”. 

Buxari 5409, Müslim 2064. Əbu Cuhəfə Vəhb b. Abdullah – radıyallahu 



anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  “Mən  yaslanaraq  yemək  yemirəm”.  Buxari  5398.  İbn  Abbas  – 



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  buyurdu:  “Biriniz  yemək  yediyiniz  zaman  barmaqlarını 

yalamadıqca onları silməsin”. Buxari 5456, Müslim 2031. Kəb b. Məlik – 



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  üç  barmağıyla  yeyərkən  gördüm.  Yeməyini  bitirdikdə 

barmaqlarını  yaladı”.  Müslim  2044.  Cabir  –  radıyallahu  anhu  –  rəvayət 

edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Birinizin 

loxması  düşdüyü  zaman  dərhal  onu  qaldırsın.  Ona  yapışan  (tozu) 

təmizləsin  və  yesin.  Onu  şeytana  buraxmasın.  Barçaqlarını  yalamadıqca 

əlini  dəsmalla  silməsin.  Çünki  bərəkətin  yeməyin  hansı  hissəsində 

olduğunu  bilməz  (Başqa  rəvayətdə:  Yemək  qabını  sünnətləməyi  əmr 

etdi)”.  Müslim  2033.  İbn  Abbas  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Dəvə içdiyi kimi bir 

nəfəsə  içməyin.  İki,  üç  nəfəsə  için.  İçdiyiniz  zaman  Bismilləh  deyin. 

Qurtardığınız  zaman  Əlhəmdulilləh  deyin  (Başqa  rəvayətdə:  İçərkən  üç 

dəfə  nəfəs  alıb,  verərdi)”.  Buxari  5631,  Müslim  2028.  Əbu  Qatadə  – 



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər

  –  sallallahu  aleyhi  və 



səlləm  – 

buyurdu:  “Suya  doğru  nəfəs  almağı  qadağan  etmişdir”.  Buxari 

5630,  Müslim  267.  İbn  Ömər  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Kafir  yeddi 




 

46 


bağırsağı doldurmaq üçün yeyər, mömin isə bir bağırsağı doldurmaq üçün 

yeyər”. Müslim 2060.  

 

İçməkdə Olan Qadağalar 

Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – 



sallallahu  aleyhi  və  səlləm  –  su  qablarının  ağzını  əyərək  onlardan  su 

içməyi qadağan etmişdir”. Buxari 5625,5627, Müslim 2023. Əbu Hureyrə 



–  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  buyurdu:  “Sizdən  heç  kimsə  ayaq  üstə  su  içməsin.  Hər  kim  də 

unudaraq su içərsə dərhal qussun”. Müslim 2026. İbn Abbas – radıyallahu 



anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  qabın 

içinə  nəfəs  verməyi  və  ya  (yeyiləsi  və  içiləsi  bir  şeyin  içinə)  üfləməyi 

qadağan etmişdir”. Tirmizi 1888,1889. Ənəs – radıyallahu anhu – rəvayət 

edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir nəfərin ayaq üstə su 

içməsini qadağan etdi”. Qatadə – radıyallahu anhu – deyir ki, biz Ənəs – 

radıyallahu  anhu  –  dan:  “Bəs  yemək?”  deyə  soruşduq.  Ənəs:  “Bu  daha 

pisdir” dedi. Müslim 2024

30

.  


 

BƏZİ ŞÜBHƏLƏRİN AYDINLAŞDIRILMASI 

Bəzi  insanlar  təqva  əlaməti  olaraq  şübhəli  şeylərdən  qaçmaq 

məqsədilə  böyük  günah  sahiblərinin  kəsdikləri  heyvanların  ətlərini 

yeməyi  qadağan  edirlər.  Bu  da  dində  ifrata  varmaqdır  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  bizi  bundan  çəkindirmişdir.  Ənəs  – 

radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  buyurdu:  “Asanlaşdırın  çətinləşdirməyin,  sevdirin  nifrət 

etdirməyin”. Buxari. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: 

“Dində  çox  ifratdan  (şişirtməkdən)  çəkinin.  Həqiqətən  sizdən  əvvəlkiləri 

                                                

30

 Ayaq Üstə Su İçməyə Rüxsət Verən Hədislər: İbn Abbas – radıyallahu anhu – 



rəvayət  edir  ki,  mən  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  ə  Zəm-Zəm 

suyunu  verdim.  O,  da  ayaq  üstə  içdi”.  Buxari  5617,  Müslim  2027.  Əli  – 



radıyallahu anhu  – (Kufə məscidinin) Rahbə qapısına gəldi. Orada ayaq üstə su 

içdi və: “Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in mənim necə etdiyimi 

görürsünüzsə belə edərkən gördüm” deyə cavab verdi. Buxari 5615. İbn Ömər – 

radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in 

zamanında yeriyərkən yeyirdik və ayaq üstə də su içərdik”. Tirmizi 1881. Amr b. 

Şueyb  öz  atasından,  o  da  öz  babasından  rəvayət  edir  ki,  biz  Peyğəmbər  – 

sallallahu aleyhi və səlləm – in ayaq üstə və oturaraq su içdiyini gördük”. Tirmizi 

1884. Ummu Sabit Kəbşə b. Sabit – Həsən b. Sabit – radıyallahu anhu – nun qızı 

rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  bizə  gəldi  və 

(divardan) asılmış olan su tuluğunun ağzından ayaq üstə su içdi”. Tirmizi 1893. 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə