Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə22/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

 

43 


digərinin  yanında  kəsmək  olmaz”.  “Şərh  Müslim”  13/93.  Həmçinin 

alimlər  deyirlər  ki:  “Kəsiləcək  heyvanı  sol  böyürü  üstə  uzatmaq  (bu 

kəsməyi  asanlaşdırır),  bu  zaman  heyvanın  başı  onun  sol  əlində,  bıçaq  isə 

sağ əlində olur”. “Şərh Müslim” 13/122.  

 

Qurbanlıq Heyvanı Qibləyə Tərəf Yönəltmək 

Qurbanlıq  heyvanı  Qibləyə  tərəf  döndərməyin  Sünnə,  yoxsa  vacib 

olması  barəsində  Quran  və  Sünnədə  bir  şey  varid  olmayıb.  Bu  əməlin 

yalnız  Qurbanlıq  bayramı  zamanı  kəsilən  heyvanı  Qibləyə  çevirməyin 

müstəhəb olmasıdır. İmam Şaukani – rahmətullahi aleyhi - deyir ki: “Bu 

barədə Quran və Sünnədə heç dəlil yoxdur. O, ki qaldı qurbanlıq heyvanın 

qibləyə  tərəf  döndərilməsinin  müstəhəb  olmasını  deyənlərə  -  Qurban 

bayramına  əsaslanaraq  bunu  söyləyirlər  -  bu  düzgün  deyildir.  Çünki 

müstəhəb  –  şəriət  qayda-qanunu  olduğu  üçün  onun  da  dəlilə  ehtiyacı 

vardır”.  “Seylul  Cərrar”  4/70.  Lakin  buna  baxmayaraq  heyvanı  Qibləyə 

tərəf döndərməkdə çətinlik yoxdursa bunu etmək daha yaxşıdır. Çünki İbn 

Ömər  –  radıyallahu  anhu  –  qurbanlq  zamanı  heyvanı  qibləyə  tərəf 

döndərməyi  sevər  və  qibləyə  tərəf  döndərilərək  kəsilməyən  heyvanların 

ətini yeməyi də sevməzdi”. AbdurRazzaq 8585, Beyhəqi 9/285, əl-Albani 

səhih. Cabir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu 

aleyhi  və  səlləm  –  qurbanlıq  kəsərkən  heyvanı  Qibləyə  tərəf  çevirərdi. 

Əbu Davud 2795, əl-Albani "Səhih". Nəfi – rahmətullahi aleyhi - deyir ki, 

İbn Ömər – radıyallahu anhu – qurbanlıq heyvanı kəsdiyi zaman Qibləyə 

tərəf çevirərdi. İmam Məlik 854. 

 

 

Qurbanlıq Heyvanı Nə İlə Kəsmək Olar? 



Şəriətin  qadağan  etdiyindən  başqa,  Qanı  istənilən  iti  bir  alət  ilə 

axıdmaq olar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdular: 

“Biz düşünürük ki, sabah düşmən artıq burada olacaq. Biz heyvanlarımızı 

qamış ilə kəsə bilərikmi?”. Peyğəmbər: “Qanı axıdılmış və Allahın adı ilə 

zikr  edilərək  kəilmiş  heyvanların  ətidən  yeyin.  Lakin  heyvanları  Sinnom 

və  Zufrom  ilə  kəsməyin.  Çünki  Sinno  –  sümük,  Zufron  –  Həbəşilərin 

bıçaqıdır”  deyə  buyurdu.  Buxari  2488,  Müslim  1986.  Qanın  axıdılması 

istənilən iti bir alət (şüşə, daş, qamış, dəmir) vasitəsilə ola bilər.  

 

Dişi  Heyvanın  Kəsilməsi  Onun  Dölünün  Də 

Kəsilməsi Deməkdir 

Əbu Səid – radıyallahu anhu - rəvayət  edir ki, bir gün Peyğəmbər – 



sallallahu  aleyhi  və  səlləm  –  dən  soruşdum:  “Ya  Rəsulallah!  Biz  dəvə, 

inək  və  ya  qoyunu  kəsdikdə  bətnində  dölünü  də  tapırıq.  Biz  onu  yeyək, 




 

44 


yoxsa  ataq?”.  Peyğəmbər:  “Yeyin,  əgər  istəyirsinizsə.  Çünki  dölün 

kəsilməsi  ananın  da  kəsilməsidir”  deyə  buyurdu.  Əbu  Davud  2827, 

Tirmizi 2/72.  

O,  ki  qaldı  boğazdı  (hamilə)  heyvanların  alınmasına  və  kəsilməsinə 

bu  barədə  heç  bir  qadağa  yoxdur.  Kim  əksini  iddia  edirsə  dəlil 

gətirməlidir.  

 

Sol Əllə Yeyib İçməyin Qadağan Olunması 

Səlim  atasından  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 



səlləm  –  buyurdu:  “Sizdən  heç  biriniz  sol  əli  ilə  yeməsin,  sol  əli  ilə 

içməsin. Çünki şeytan sol əli ilə yeyər, sol əli ilə içər”. Nəfi əlavə edir ki: 

“Sol əli ilə alar, sol əli ilə verər”. Buxari “Ədəbul Mufrad” 1189. Aişə – 

radıyallahu  anhə  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  bütün  işlərinə  dəstəmaz  aldıqda,  saçını  daradıqda,  ayaqqabı 

geyindikdə,  yeməkdə,  içməkdə,  paltar  geyindikdə  sağdan  başlamağı 

xoşlayardı.  Sol  əlini  də  ayaq  yolunda  və  xoş  olmayan  işlər  üçün  itifadə 

edərdi”.  Buxari  168,  Müslim  268,  Əbu  Davud  32.  Əbu  Hureyrə  – 



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  buyurdu:  “Biriniz  ayaqqabısını  geyindikdə  sağdan  başlasın. 

Çıxardığı zaman da soldan başlasın. Beləliklə sağ ayaq ilk geyindirilən və 

son  çıxardılan  olsun”.  Buxari  5856,  Müslim  2097.  Ənəs  –  radıyallahu 

anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə su ilə 

qatışdırılmış  süd  gətirdilər.  Sağında  bir  bədəvi,  solunda  Əbu  Bəkr  – 



radıyallahu  anhu  –  dayanmışdı.  Allah  Rəsulu  içdikdən  sonra  südü 

bədəviyə verdi və: “Sağı təqib  edin” deyə buyurdu. Buxari 5619, Müslim 

2029.  Səhl  b.  Sad  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  ə  içiləsi  bir  şey  gətirildi.  Ondan  içdi.  Sağ 

tərəfində  bir  uşaq, sol  tərəfində  isə  bir  yaşlı  (səhabə)  oturdu.  Peyğəmbər: 

“Suyu  böyüklərə  verməyimə  icazə  verərsənmi?”  deyə  buyurdu.  Uşaq: 

“Vallahi  xeyr!”  dedi.  Səndən  gələn  nəsibimi  heç  kimə  vermərəm. 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – bardağı ona verdi (sağda olan 

insan  isə  İbn  Abbas  –  radıyallahu  anhu  –  idi)”.  Buxari  5650,  Müslim 

2050.  

 

Sol Əldən İstifadə Yeri 



Əbu  Qatadə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Sizdən  biriniz  kiçik  ayaq  yoluna 

çıxdıqda  övrətini  sağ  əli  ilə  tutmasın  və  sağ  əliylə  yuyunmasın.  (Bir  şey 

içərkən) qabın içinə doğru nəfəs alıb-verməsin”. Buxari 154, Müslim 267. 

Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə