Положение мяса животных


kimsələrsinizsə,  üstündə  Onun  adı  çəkilmiş



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

 

39 


kimsələrsinizsə,  üstündə  Onun  adı  çəkilmiş  (Bismillah  deyilərək 

kəsilmiş) heyvanları yeyin! Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş 

(heyvanların)  ətindən  yeməyəsiniz?  Halbuki  məcburiyyət  qarşısında 

(yeməli)  olduğunuz  şeylər  istisna  edilməklə,  sizə  haram  buyurduqların 

artıq  O  (Allah)  müfəssəl  şəkildə  sizə  bildirmişdir.  Şübhəsiz  ki,  çoxları 

(şəriəti)  bilmədiklərindən  nəfslərinin  istəklərinə  uyaraq  (xalqı)  düz 

yoldan  azdırarlar.  Rəbbin  həddi  aşanları  ən  yaxşı  tanıyandır!”.  (əl-

Ənam  118-119).  “Biz  qurbanlıq  dəvələri  də  Allahın  nişanələrindən 



(Onun  haqq  dininin  əlamətlərindən)  etdik.  Sizin  üçün  bu  qurbanlarda 

(dini  və  dünyəvi)  xeyir  vardır.  Artıq  onları  ayaq  üstə durduqları  (sol  əli 

bağlı,  sağ  əli  və  iki  ayağı  açıq  vəziyyətdə  olduqları)  halda  kəsərkən 

üstlərində Allahın adını çəkin (Bismillah deyin). Onlar böyrü üstə düşən 

(canları  çıxdığı)  zaman  (ətindən)  özünüz  də  yeyin,  (yanınızda  olub 

utandığından)  əl  açmayana  (lakin  verilənə  etiraz  etməyənə)  və  dilənçiyə 

də  yedirdin.  Onları  (qurbanlıq  heyvanları)  sizə  belə  ram  etdik  ki,  bəlkə, 

(nemətimizə) şükür edəsiniz!”. (əl-Həcc 36).  

Ummu  Sələmə  –  radıyallahu  anhə  -  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Qurbanlıq  heyvanlarını  kəsin 

Allahın  adını  zikr  edərək”.  Nəsəi  4368,  İbn  Məcə  3152,  əl-Albani  səhih. 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Mən  sizin  öz 

bütləriniz  üçün  kəsdiyiniz  heyvanların  ətindən  yemirəm  və  mən  Allahın 

adı ilə kəsilməyən heyvanın ətindən də yemirəm”. Buxari 4/58.  

Qurbanlıq heyvanının kəsilməsində Allahın adını zikr edərək kəsməyi 

vacib  görənlər  özləri  də  iki  fikrə  ayrılıblar.  Əgər  bir  müsəlman  qəsdli 

olmadan Bismilləh kəliməsini deməyi unudubsa. Bu əti yemək olar, yoxsa 

yox?  Allahın  adı  zikr  olunmadan  kəsilən  heyvanın  ətinin  yeyilməsini 

qadağan  edən  alimlər  deyirlər  ki:  “Kəsilən  heyvanın  ətinin  yeyilməsinin 

halal  olması üçün  onun üzərində  Allahın adının zikr olunmasına görədir. 

Buna  görə  də  bir  kimsə  Bismilləh  deməyi  unudarsa  (qəsdli  olmadan)  bu 

ətdən  yemək  olmaz”.  “Üstündə  Allahın  adı  çəkilməmiş  heyvanların 

ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır...”. (əl-Ənam 121). Lakin İbn 

Abbas  –  radıyallahu  anhu  -  bu  ayənin  təfsirində  deyir  ki:  “Bu  ayədə 

söhbət  Allah  üçün  kəsilməyən  heyvanlardan  gedir”.  Buna  görə  də  qəsdli 

olmadan Allahın adı ilə kəsilməyən heyvanın əti halaldı. Bu fikirdə olub: 

Əli,  İbn  Abbas,  Sad  b.  Museyyib,  Ata,  Tavus,  Həsənul  Bəsri  –  Allah 

onlardan  razı  olsun  -  və  s.  “Bidayatul  Muctəhid”  1/448.  İbn  Abbas  – 

radıyallahu  anhu  -  deyir  ki:  “Hər  bir  müsəlmanda  Allahın  adı  vardır 

(Başqa  rəvayətdə:  Müsəlmanın  bu  adı  daşıması  ona  kifayətdir).  Heyvanı 

kəsdiyi  zaman  Allahın  adını  zikr  etməyi  unudarsa  qoy  o,  ətdən  yesin 



 

40 


(Başqa rəvayətdə: Yediyi zaman Bismilləh desin). Lakin heyvanı Allahın 

adını  zikr  edərək  Məcusi  kəssə  o,  ətdən  yeməyin”.  Daraqutni  4/296, 

AbdurRazzaq  8548,  “Buluq  əl-Məram”  1345,  İbn  Həcər  “Fəthul  Bəri” 

9/624 səhih, əl-Albani “İrva” 2547 zəif.  

İmam  ət-Təbəri  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Müsəlman  bir 

kimsənin unutqanlıqdan Bismilləh demədən kəsdiyi heyvanın ətini yemək 

olmaz  deyənlərin  sözləri  haqdan  çox  uzaqdır  və  onlar  Əhli  Sünnətin 

olduğundan əyilmişlər”. “Təfsir Təbəri” 1/52, 8/21. Lakin bir kimsə qəsdli 

şəkildə  (Bismilləh)  deməyin  vacib  olduğunu  bildiyi  halda  Allahın  adını 

zikr etməzsə o, ətdən yemək olmaz. İbn AbdulBərr – rahmətullahi aleyhi - 

deyir  ki:  “Kim  kəsilən  heyvan  üzərində  Allahın  ismini  zikr  etməyi 

unudarsa  bu  ona  zərər  verməz  və  yeməsində  bir  beis  yoxdur.  Əgər 

Bismilləhi  qəsdən  tərk  edərsə  İmam  Məlikə  görə  kəsdiyi  yeyiməz.  Əhli 

Mədinə  və  digərlərindn belə  deyənlər vardır: “Nə qəsdən  nə  də unudaraq 

Bismilləhi  tərk  etmək  müsəlmana  zərər  verməz.  Çünki  o,  milləti  və  dini 

üzərinə  qalmışdır.  Görmürsənmi  məcusi  Allahın  ismini  zikr  etsə  də  belə 

ona faydası olmur”. İbn AbdulBərr “əl-Kəfi” 179.  

Sünnəyə  uyğun  olaraq  isə  qurbanlıq  heyvanı  kəsərkən:  "Bismilləh  – 



Allahu  Əkbər  –  Allahummə  Təqabbəl  Minni  -  Allaın  Adı  ilə,  Allah 

Böyükdür,  Ya  Rəbbim!  Məndən  qəbul  et".  Müslim  3/1557,  9/287. 

Həmçinin  müsəlman  öz  qurbanlıq  heyvanına  ailəsini  də  qata  bilər.  Necə 

bunu Peyğəmbər – sallallahu aleyhi və səlləm – edərdi: "Allahummə həzə 



Anni Və An Əhl Beyti – Ya Rəbbim! Bu Məndən və ailəmin adındandır!". 

Əhməd, Bəzzar, Təbərani, əl-Albani "İrvalul Ğəlil" 4/251.  

 

Kitab  Əhlinin  Qurban  Kəsərkən  Allahın  Adını  Zikr 

Etmələri 

İmam əş-Şabii – rahmətullahi aleyhi - deyir ki: “Allah Kitab Əhlinin 

kəsdiyi  heyvanların  ətlərini  bizlərə  yeməyi  halal  etmişdir,  onların 

kəsdikləri  zaman  nə  deyəcəklərini  bildiyi  halda”.  Ata  –  rahmətullahi 



aleyhi - deyir ki: “Xəçpərəstin kəsdiyini yeyin, hətta o, İsa - əleyhissəlam 

–  ın  adı  ilə  kəsmiş  olsa  da  belə.  Çünki  Allah  bizlərə  onların  kəsdikləri 

heyvanların  ətlərini  yeməyi  halal  etmişdir,  onların  kəsdikləri  zaman  nə 

deyəcəklərini bildiyi halda”. “Təfsir Qurtubi” 6/74.  

Bu  məsələdə  ən  gözəl  və  doğru  rəy  İmam  Zuhri  və  Həsənul  Bəsri  – 



rahmətullahi  aleyhi  –  nin  dedikləridir:  “Əgər  sən  (qulağınla)  eşitsən  ki, 

onlar  heyvanı  Allahdan  qeyrisinin  adı  ilə  kəsiblər,  yemə!  Yox  əgər  sən 

eşitməmisənsə  o,  zaman  ye!  Çünki  Allah  bunu  sənə  icazə  verib,  onların 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə