Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə18/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

 

35 


Allahın  adı  ilə,  təzim  olaraq,  onun  önündə  zəlil  olaraq  və  Ona 

yaxınlaşmaq məqsədilə ibadət olaraq kəsilən heyvan. Belə bir ibadət Uca 

Allahın  buyurduğu  şəkildə  sadəcə  Allah  üçün  edilir.  “Ona  görə  də  (bu 

nemətlərə  şükür  edərək)  Rəbbin  üçün  namaz  qıl  və  qurban  kəs!”.  (əl-

Kövsər 2). “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm 



də  aləmlərin  Rəbbi  Allah  üçündür!  Onun  heç  bir  şəriki  yoxdur.  Mənə 

belə buyurulmuşdur və mən ilk müsəlmanam!”. (əl-Ənam 162-163).  

2.  Nə  vaxt  qurbanlıq  kəslir  Allahın  adı  ilə,  lakin  Allah  üçün  kəsilmir. 

Bu Uluhiyyətdə şirkdir. (Müşriklər) Allah üçün Onun yaratdığı əkindən 

və  davardan  pay  ayırıb  öz  (batil)  inanclarına  görə:  “Bu,  Allahın  və  bu 

da (Allaha) şərik qoşduğumuz bütlərin!” – dedilər. Onların bütləri üçün 

ayrılmış  hissə  Allaha  çatmaz,  Allah  üçün  ayrılmış  hissə  isə  bütlərə 

çatardı. Onların verdikləri hökm necə də pisdir!”. (əl-Ənam 136).  

3. Nə vaxt qurbanlıq Allah üçün kəsilir, lakin  Allahın  adı ilə  kəsilmir. 

Bu  Rububiyyətdə  şirkdir.  “Üstündə  Allahın  adı  çəkilməmiş  heyvanların 

ətindən  yeməyin.  Bu,  şübhəsiz  ki,  günahdır.  Həqiqətən,  şeytanlar  öz 

dostlarına  sizinlə  mücadilə  etmək  üçün  (çirkin  fikirlər  və  yaramaz 

əqidələr)  təlqin  edirlər.  Əgər  onlara  itaət  etsəniz,  şübhəsiz  ki,  siz  də 

müşrik olarsınız”. (əl-Ənam 121).  

4. Nə Allahın adı ilə kəsilir, nə də Allah üçün. Bu da büstbütün şirkdir. 

Amir b. Vəsilə deyir ki: “Bir dəfə Əli b. Əbu Talib – radıyallahu anhu – 

nun  yanında  idim.  Bir  kişi  onun  yanına  gələrək  soruşdu:  “Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  sənə  sirr  olaraq  bir  şey  deyibmi?”.  Əli  – 

radıyallahu  anhu  –  qəzəbli  halda:  “Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  gizli  olaraq  mənə  heç  bir  şey  deməyib.  Yalnız  bu  dörd  şeydən 

başqa”.  Kişi:  “Ey  Əmirəlmöminin  onlar  nədir?”  deyə  soruşdu.  Əli: 

“Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allahdan qeyrisinə 

qurban  kəsənə  Allah  lənət  etsin...”. Müslim  1978,  13/50.  Tarih  b. Şihban 

(Salman  Farsi)  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu aleyhi və səlləm – buyurdu: “Bir kişi bir milçəyə görə Cənnətə, 

başqa  bir  kişi  isə  bir  milçəyə  görə  Cəhənnəmə  düşdü”.  Səhabələr:  “Ey 

Allahın  Rəsulu!  Bu  necə  ola  bilər?”  deyə  soruşdular.  Peyğəmbər:  “İki 

nəfər  bütə  sitayiş  edən  bir  tayfanın  yanından  keçirdi.  Onlar  heç  kimə 

həmən  bütə  qurban  kəsməmiş  oradan  keçməyə  icazə  vermirdilər. 

Bütpərəstlər həmin iki nəfərdən birinə dedilər: “Qurban kəs!”. O: “Mənim 

qurban  verməyə  heç  nəyim  yoxdur”  dedi.  Onlar:  “Heç  olmsa  bir  milçək 

qurban et!” dedilər. O, da milçəyi bütə qurban etdi və ona yoluna davam 

etməyə  icazə  verdilər  və  o,  kimsə  (öldükdə)  Cəhənnəmə  düşdü. 

Bütpərəstlər  ikinci  kişiyə  də  dedilər:  “Qurban  kəs!”.  O:  “Mən  Allahdan 




 

36 


başqa  heç  kimə  qurban  kəsmirəm”  dedi.  Onun  boynunu  vurdular  və  o, 

kimsə Cənnətə daxil oldu”. Əhməd “Zuhd” 15, İbn Əbi Şeybə 13084 zəif 

hədis.  

 

HEYVANIN ƏTİNİN YEYİLMƏSİNƏ İCAZƏ 



VERİLMƏSİ ÜÇÜN ZƏRURİ (VACİB) ŞƏRTLƏR 

Yeyilməsinə  Icazə  Verilən  Ət  MəhsullarI  Iki  Qismə 

Bölünür: 

1  Bu  o,  ət  məhsullarıdır  ki,  onların  yeyilməsi  üçün  heç  bir  şərt  lazım 

deyil. Bu da suda yaşayan heyvanların ətləridir.  

2  Bu  da  o,  heyvanlardır  ki,  ətlərinin  yeyilməsinə  icazə  verilmişdir, 

lakin  müəyyən  şərtlərdən  sonra.  Necə  ki,  şəriətə  uyğun  olaraq  onların 

kəsilməsidir. Bu da aiddir kim kəsir və necə kəsir.  



 

Birinci  Şərt  –  Heyvanı  Kəsən  Müsəlman,  Yəhudi  Və 

Xaçpərəst Olmalıdır 

“Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri 

sizə,  sizin  yeməkləriniz  isə  kitab  əhlinə  halaldır.  Möminlərin,  həmçinin 

sizdən  əvvəl  kitab  verilmişlərin  (Yəhudilərin  və  Xaçpərəstlərin)  azad  və 

ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları 

mehrlərini  verdiyiniz,  namuslu  olub  zina  etmədiyiniz  və  aşna 

saxlamadığınız  təqdirdə  (evlənmək  üçün)  sizə  halaldır.  İmanı  dananın 

bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!” (əl-Maidə 

5). İbn Abbas – radıyallahu anhu – deyir ki: “Kitab əhlinin” – deyildikdə 

onların kəsdikləri heyvanlar nəzərdə tutulur”. Buxari 4/636.  

Bir nəfər Əbu Darda – radıyallahu anhu – dan yemək üçün verilmiş, 

lakin  “Carcas”  kilsəsində  kəsilmiş  qoyun  barəsində  soruşdu.  Onu  yeyə 

bilərəmmi?  Əbu  Darda:  “Həqiqətən  onlar  Kitab  Əhlidirlər,  onların 

yeməkləri  bizə  halal  edildiyi  kimi,  bizim  yeməklər  də  onlara  halal 

edilmişdir və o, ətdən yeməyi ona əmr etdi”. Təbəri 6/66, əl-Albani səhih. 



Həmçinin:  İbn  Məsud,  Əbu  Umamə,  Mucahid,  Said  b.  Cubeyr,  İkrimə, 

Ata, İbrahim ən-Nəhai – Allah onlardan razı olsun – bu sözləri demişlər. 

Təfsir İbn Kəsir 2/19.  

Kitab  Əhli  tərəfindən  kəsilmiş  heyvanın  yeyilməsinin  icazə 

verilməsində  bütün  müsəlman  alimlərinin  İcma  etdiklərini  İbn  Munzir, 

İbn AbduBər, İbn Qudamə və İmam Nəvəvi – Allah onlardan razı olsun – 

öz əsərlərində qeyd etmişlər. Buna yalnız Xəvariclər müxalif olmuşlar.  



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə