Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

 

33 


yedikləri  də.  Onların  (o  heyvanlarda  başqa-başqa)  mənfəətləri  və 

içəcəkləri (südləri) də var. Hələ də şükür etməzlərmi?”. (Yasin 71-73).  

 

Qurban Bayramında Kəsilən Qurbanlıq 



“Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və 

qurban kəs!”. (əl-Kövsər 2).  

 

Həcc Ibadəti Zamanı Kəsilən Qurbanlıq 



“Biz  qurbanlıq  dəvələri  də  Allahın  nişanələrindən  (Onun  haqq 

dininin  əlamətlərindən)  etdik.  Sizin  üçün  bu  qurbanlarda  (dini  və 

dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ 

əli  və  iki  ayağı  açıq  vəziyyətdə  olduqları)  halda  kəsərkən  üstlərində 

Allahın  adını  çəkin  (bismillah  deyin).  Onlar  böyrü  üstə  düşən  (canları 

çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) 

əl  açmayana  (lakin  verilənə  etiraz  etməyənə)  və  dilənçiyə  də  yedirdin. 

Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) 

şükür edəsiniz!”. (əl-Həcc 36).  

 

Övlad Dünyaya Gəlməsi Səbəbilə Kəsilən Qurbanlıq – 

Əqiq 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Kim  öz 

övladlarına görə qurbanlıq kəsmək istəyirsə onda oğlan uşağına görə iki, 

qız  uşağına  görə  isə  bir  qoyun  kəssin”.  Əbu  Davud  2842,  Nəsəi  4156. 

Aişə – radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 

və səlləm – oğlan uşağının dünyaya gəlməsi səbəbilə iki eyni cür qoyunun, 

qız  uşağının  doğulması  səbəbilə  isə  bir  qoyunun  kəsilməsini  əmr 

etmişdir”.  Tirmizi,  Əbu  Davud,  Əhməd,  “Buluq  əl-Məram”  1385.  İbn 

Abbas – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 



və  səlləm  –  Həsən  və  Hüseyn  –  radıyallahu  anhum  -  doğulması 

münasibətilə hər biri üçün bir (iki) qoç kəsdi”. “Səhih Əbu Davud” 2841. 

Səmura  –  radıyallahu  anhə  -  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 

aleyhi və səlləm – buyurdu: “Hər bir oğlan üşağı qurbanlıq kəsilənə qədər 

girov  hesab  olunur.  Dünyaya  gəldiyinin  yeddinci  günü  onun  qurbanlığı 

kəsilməli,  saçı  qırxılmalı  və  adı  qoyulmalıdır”.  Əhməd,  Əbu  Davud, 

Tirmizi, Nəsəi, “Buluq əl-Məram” 1360, əl-Albani – rahmətullahi aleyhi - 

“İrvalul  Ğəlil”  1165  deyir  ki:  “Sünnəyə  uyğun  olaraq  doğulan  körpəyə 

görə  yeddinci,  on  dördüncü  və  iyirmi  birinci  günü  qurbanlıq  kəsmək 

yaxşıdır. Lakin ən  gözəli  yeddinci  günü qurbanlıq kəsilir, saçı qırxılır və 

adı qoyulur”. Salman b. Amir əd-Dabbi – radıyallahu anhu - rəvayət edir 




 

34 


ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Yeni  doğulan 

oğlan uşağı üçün qurban kəsmək lazımdır”. Buxari 5472.  



 

Nəzir Dedikdə Kəsilən Qurbanlıq 

“Onlar  (Cənnətə  nail  olacaq  müttəqilər)  elə  kimsələrdirlər  ki, 

verdikləri  sözü  (etdikləri  nəziri)  yerinə  yetirər  və  dəhşətli  (aləmi) 

bürüyəcək  (şəri  hər  tərəfə  yayılacaq)  gündən  (Qiyamət  günündən) 

qoxarlar.”. (əd-Dəhr 7).  

 

Qonaqlıq Səbəbilə Kəsilən Qurbanlıq 

(Ya  Rəsulum!)  İbrahimin  möhtərəm  qonaqlarının  (mələklərin) 

söhbəti  sənə  gəlib  çatdımı?  Onlar  (İbrahimin)  yanına  gəlib  salam 

verdikdə  (İbrahim)  salamı  alıb  (öz-özünə):  “Bunlar  tanımadığım 

kimsələrdir!”  –  dedi.  O  (bir  bəhanə  ilə)  ailəsinin  yanına  getdi  və  bir 

buzov  (kəsib  qızardaraq)  gətirdi.  Onu  qabaqlarına  (qonaqların 

qabağına) qoyub: “Bəlkə, yeyəsiniz!” – dedi.” (əz-Zariyyat 24-27).  

Lakin  fərq  vardır  qonağın  gəlməsi  münasibətilə  qonaqlıq  üçün 

qurbanlıq kəsmək və qonaq üçün (onun naminə, xatirinə) qurban kəsmək. 

İkinci əməl qadağandır.  



 

Evlənmək Münasibətilə Kəsilən Qurbanlıq  

Ənəs  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 



aleyhi  və  səlləm  –  AbdurRahman  b.  Auf  –  radıyallahu  anhu  –  nu  sarı 

izlərlə  gördüyü  zaman  buyurdu:  “Sən  evlənmisən?”.  O:  “Bəli”. 

Peyğəmbər: “Kiminlə?”. O: “Ənsarlardan bir qadın ilə”. Peyğəmbər: “Nə 

qədər  ona  Mehr  verdin?”.  O:  “Xurma  çəyirdəyi  ağırlığında  qızıl”. 

Peyğəmbər:  “Bir  qoyun  da  olsa  belə  qonaqlıq  verməyin  məsləhətdir”. 

Buxari 2048.  

 

Sədəqə Üçün Kəsilən Qurbanlıq 

Aişə – radıyallahu anhə - rəvayət edir ki, qurbanlıq kəsdiyimiz zaman 

bir hissəsini sədəqə üçün ayırdıq. Peyğəmbər – sallallahu aleyhi və səlləm 

– buyurdu: “Qurbanlıqdan bir şey qaldımı?”. Mən: “Kürəkciyindən başqa 

heç  nə  qalmayıb”  dedim.  Peyğəmbər:  “Hər  bir  şey  qalıb  kürəkciyindən 

başqa”. Tirmizi, “Səhih Silsilə” 2544.  

 

ALLAHDAN QEYRİSİNƏ QURBAN KƏSİLMƏZ 



Zəbh  –

  müəyyən  bir  şəkildə  qan  axıdmaq  məqsədilə  canın  çıxması 

deməkdir.  Bu  da  bir  neçə  şəkildə  olur.  Saleh  Əli  Şeyx  –  rahmətullahi 



aleyhi - “Şarh Kitabu Tovhid” deyir ki: “Qurban kəsmək dörd qismdir:  

1.  Nə  vaxt  qurbanlıq  kəsilir  Allahın  adı  ilə  və  Allah  üçün.  Bu  xalis 

Tövhiddir.  



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə