Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə13/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

 

25 


                                                                                                           

Həmçinin: Əbu Məsud əl-Ənsari – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər 

– sallallahu aleyhi və səlləm – itdən gələn gəliri (ticarətindən, döyüşdürməkdən), 

zinakarın  qazancını  və  kahinlikdən  gələn  pulu  götürməyi  (xərcləməyi)  qadağan 

etmişdir”. Buxari 2237, Müslim 1567. Əbu Zubeyr  – radıyallahu anhu - rəvayət 

edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – it və pişiyin qazancını qadağan 

etmişdir". Müslim 1569, Əbu Davud 3479, Tirmizi 1279. Peyğəmbər – sallallahu 

aleyhi  və  səlləm  –  buyurdu:  "Qazancın  ən  şərlisi  fahişənin  qazancı,  itdən  olan 

qazanc  və  (beldən  qan  alanın)  Hicamaçının  qazancıdır".  Müslim  1567.  Əbu 

Hureyrə  –  radıyallahu  anhu  - rəvayət  edir  ki,  Peyğəmbər –  sallallahu  aleyhi və 

səlləm  –:  "İtdən  gələn  gəliri  qadağan  etdiyi  halda  ov  iti  müstəsnadır"  deyə 

buyurdu.  Tirmizi  1281,  əl-Albani  "Həsən",  Nəsəsi  7/309.  H.  4806.  Bir  çox 

alimlər  qadağan  etdiyi  halda,  digərləri  ov,  qorumaq  məqsədilə  icazə  vermişlər. 

İbn Qeyyim "Zədul Məad". Allah Daha Doğru Bilir!  

Kəb  b.  Məlik  –  radıyallahu  anhu  -  nun  qızı  Kəbşə  rəvayət  edir  ki,  Əbu 

Qatadə – radıyallahu anhu  - nun oğluna nigahlanmışdım. Əbu Qatadənin yanına 

gəldim  və  ona  dəstəmaz  suyu  gətirdim.  Bu an  bir pişik gələrək  o,  sudan  içməyə 

başladı. Əbu Qatadə qabı əydi və pişik suyu içib bitirdi. Əbu Qatadə mənim ona 

baxdığımı gördükdə: "Ey qardaşımın qızı! Təəccübləndinmi?" dedi. Mən: "Bəli" 

dedim.  O:  "Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  Pişik  nəcis 

deyildir,  o  ətrafımızda  dolaşan  bir  heyvandır"  deyə  buyurdu.  Əbu  Davud  75, 

Nəsəi  67,  Tirmizi  92,  İbn  Məcə  367,  əl-Albani  "Səhih".  Əbu  Hureyrə  – 



radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  "Birinizin  qabından  it  su  içərsə  (və  ya  o,  qaba  ağzını  soxarsa)  o,  qabı 

boşaltsın və birincisi torpqla olmaq şərtilə 7 dəfə yusun (Başqa rəvayətdə: İt bir 

qaba ağzını soxarsa onu 7 dəfə yuyun, 8-ci dəfə isə torpaqla ovun)". Müslim 279, 

Əbu  Davud  "Taharət"  37.  Əbu  Hureyrə  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki, 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "İtin yaladığı qab əvvəldə və 

ya  sonda torpaqla  olmaq  üzərə  7 dəfə  yuyulur.  Pişiyin  yaladığı  qab  isə  bir  dəfə 

yuyulur". Tirmizi 91, Nəsəi 63, əl-Albani "Səhih".  



Həmçinin:  Şərab  barəsində  də  höküm  bu  cürdür:  Bir  kimsə  Üzüm  bağlarını 

onlardan  şərab  düzəldiləcək  deyə  qoruyarsa  qadağandır.  Lakin  digər  məqsədlər 

üçün istifadə edilərsə heç bir beis yoxdur. Həmçinin müsəlman bir kimsənin şərab 

daşıması (hər-hansısa bir dükandan alması), donuz daşıması qadağan edilmişdir. 

Bunun  müqabilində  zəhmət  haqqı  da  almamalıdır.  Bəzi  alimlər  isə  zəhmət 

haqqının  ödənliməsini  də  söyləyirlər.  Çünki  Peyğəmbər  –  sallallahu  aleyhi  və 



səlləm – şərab üçün üzüm suyunu sıxana və sıxdırana da lənət etmişdir. Halbuki 

o,  kimsə  sadəcə  üzüm  sıxmışdır.  Lakin  bunu  edərkən  onu  şərab  üçün  istifadə 

ediləcəyini  bilərsə  lənəti  qazanmış  olar.  Həmçinin  bu  işdə  Allahı  qəzəbləndirən 

bir əmələ vasitəçilik də vardır. İbn Qeyyim "Zədul Məad".  



Həmçinin: Peyğəmbər – sallallahu aleyhi və səlləm – hicamaçının qazancının pis 

olduğunu  və  sahibinə  o,  qazancını  dəvəsinə  və  köləsinə  yedirtməsini  əmr 

etmişdir".  Əbu  Davud  3422,  Tirmizi  1277,  İbn  Məcə  2166,  əl-Albani  "Səhih". 



 

26 


Öldürülməsi  Qadağan  Olunan  Hər  Bir  Şeyin 

Yeyilməsi Də Qadağanır 

İbn  Abbas  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  qarışqanın, arının, şanapipik (hop-hop, hüd-

hüd,  şinəbub),  hörümçək  quşu  (sərçə  fəsiləsindən  bir  quş)  öldürülməsini 

qadağan etmişdir”. Əhməd 1/332, Əbu Davud 5267, əl-Albani səhih. Əbu 

Hureyrə  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 



aleyhi  və  səlləm  –  buyurdu:  “(Ağac  altında  dincələn)  Peyğəmbərlərdən 

birini  bir  qarışqa  dişlədi  və  o,  qarışqa  yuvasının  yandırılmasını  əmr  etdi. 

Allah Peyğəmbərə: “Bir qarışqanın səni  dişləməsindən  ötrü Allahı təsbih 

edən ümmətlərdən bir ümməti həlak etdin?” deyə vəhy etdi. Müslim 2241. 

Qadağndır öldürmək: Şanapipiyi, Hörmüçək quşu, Arı, Qarışqa, Quru  və 

su qurbağasını.  

İmam Beyhəqi – rahmətullahi aleyhi - deyir ki: “Bu hədis açıq-aydın 

dəlildir ki, öldürülməsi qadağan olunan heyvanların yeyilməsi qadağandır. 

Əgər bunların yeyilməsinə icazə verilsəydi Peyğəmbər – sallallahu aleyhi 

və  səlləm  –  onların  öldürülməsini  qadağan  etməzdi”.  “Subus  Salam” 

4/107.  


AbdurRahman  b.  Osman  rəvayət  edir  ki,  bir  Təbib  Allahın  Rəsulu  – 

sallallahu  aleyhi  və  səlləm  –  dən  qurbağanı  öldürərək  ondan  dərman 

hazırlanması  barədə  soruşduqda  o:  “Qurbağanı  öldürməyi  qadağan  etdi”. 

Əhməd 15197, Darimi 1998. Abdullah b. Amr – radıyallahu anhu – deyir 

ki:  “Qurbağaları  öldürməyin.  Çünki  onların  vaqqıltısı  (qurultusu)  Allahı 

mədh etmələridir”. Beyhəqi “Sunənul Kubra” 19166.  

                                                                                                           

Digər tərəfdən isə: Humeyd rəvayət edir ki, Ənəs b. Məlik – radıyallahu anhu - 

da  Hicamanın  qazancı  barədə  soruşuldu.  O:  "Peyğəmbər  –  sallallahu  aleyhi  və 



səlləm  –  qan  aldırdı.  Qanı  alan  Əbu  Taybe  idi.  Ona  iki  mudd  miqdar  buğda 

(xurma) verdi. Peyğəmbər: "Ən gözəl müalicə üsulu Hicama və hind buhurudur. 

Uşaqlarınızın  (boğazlarına)  sıxmaqla  işkəncə  verməyin"  deyə  buyurdu.  Müslim 

1577.  Bu  iki  hədisin  arasını  cəm  etmək  bir  çox  fəqihlərdə  problem  olmuşdur. 

Bəziləri  ikinci  rəvayətin  birincinin  hökmünü  qaldırdığını  söyləmişlər. 

Hicamaçının qazancı pisdir – sözüylə Verilməsi pisdir deyilməmişdir. Pisliyi alan 

üçündür  (tələb  edən).  Bu  halda  onun  qazancı  pis  olur,  haram  olmaz.  Necə  ki, 

soğan və sarmsaq üçün də pisdir deyilmişdir. Lakin yeyilməsi mübahdır. Qısaca 

Hicamaçını qazancının pis olması soğan və sarmısağın pis olması kimidir. Lakin 

birinin  qoxusu  pisdir,  digərinin  isə  qazanc  səbəbi  pisdir.  İbn  Qeyyim  "Zədul 

Məad".

  



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə