Положение мяса животных


Öldürülməsi  Əmr  Olunan  Hər  Bir  Şeyin  Yeyilməsi



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

 

23 


Öldürülməsi  Əmr  Olunan  Hər  Bir  Şeyin  Yeyilməsi 

Də Qadağandır 

Aişə  –  radıyallahu  anhə  -  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 



aleyhi və səlləm – buyurdu: “Canlı məxluqların beş növü vardır ki, onların 

hər  biri  zərər  gətirər.  Bu  səbəbdən  də  onları  həm  Haram  olan  torpaqda 

(Məkkədə),  həm  də  ondan  kənarda  öldürmək  olar.  Onlar  –  Əqrəb, 

Çalağan, Qarğa, Siçan və vəhşi İtdir”. Buxari 3314, Müslim 1198.  

Həmçinin  hədislərdə  öldürülməsi  əmr  olunanlar  içərisində:  Qara  it, 

Kərtənkələ, İlan və s. əmr edilmişdir.  

Sad b. Əbu Vaqqas – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – 

sallallahu  aleyhi  və  səlləm  –  kərtənkələlərin

28

 öldürülməsini  əmr  etdi”. 



Müslim  2238.  Lakin  bu  hədisdə  söhbət  kiçik  həcimli  kərtənkələlərdən 

gedir.  O,  ki  qaldı  böyük  kərtənkələ  sayılan  Varana  onu  yemək  olar.  İbn 

Ömər – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 

və  səlləm  –  dən  Varanın  yeyilməsi  barəsində  soruşdular.  O:  “Mən  onu 

yemirəm, lakin qadağan da etmirəm”. Buxari 5536, Müslim 1943.  

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “İlan  və  əqrəb 

öldürün.  Hətta  namazda  olsanız  da  belə”.  “Səhihul  Cəmi”  1151.  Lakin 

əgər İlan evə daxil olubsa onu öldürmək olmaz. Çünki Cin ola bilər. Buna 

görə  də  üç  gün  ərzində  onun  evdən  çıxmasını  tələb  etmək  lazımdır. 

Çıxmadığı  təqdirdə  onu  öldürmək  olar.  Çünkü  o,  şeytandır.  Aişə  – 

radıyallahu  anhə  -  rəvayət  edir  ki,  Cəbrail  -  əleyhissəlam  –  gəlməsi 

haqqında Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə söz verdi. Nəhayət 

vəd  edilən  vaxt  gəldikdə,  lakin  Cəbrail  -  əleyhissəlam  –  hələdə 

gəlməmişdi.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  əlində  dəyənək 

olduğu  halda  gözləməkdə  idi.  Dəyənəyi  əlindən  atdı  və:  “Allah  vədindən 

dönməz,  Rəsulları  da  dönməzlər”  deyə  buyurdu.  Sonra  arxa  tərəfə 

döndükdə  çarpayının  altında  bir  köpək  balasını  gördü.  O:  “Ya  Aişə!  Bu 

köpək bura nə vaxt girmişdir?” deyə buyurdu. Aişə: “Allaha and olsun ki, 

bilmirəm”  dedi.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  köpəyin 

çıxarılmasını əmr etdi, o da çıxartı. Ondan sonra Cəbrail - əleyhissəlam – 

gəldi. Peyğəmbər: “Mənə vəd etdiyin vaxt gələcəyini bildirmişdin, mən də 

                                                

28

 İbrahim - əleyhissəlam – oda atıldığı zaman bütün heyvanlar kömək məqsədilə 



odun söndürülməsinə çalışırdılar. Yalnız sürünənlərdən olan kərtənkələdən başqa. 

Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 



və səlləm – buyurdu: “Kim kərtənkələni bir zərbəyə öldürərsə ona yüz savab. Kim 

iki  zərbəyə  öldürərsə  ona  birincinin  yarısı  qədər  (əlli  savab),  kimdə  üç  zərbəyə 

öldürərsə ona da ikincinin yarısı qədər savab yazılar”. Müslim.  



 

24 


səni  gözlədim,  lakin  gəlmədin”  deyə  buyurdu.  Cəbrail:  “Mənim 

gəlməyimin  qarşısını  evində  olan  köpək  almışdır.  Biz  mələklər  içində 

köpək  və  surət  olan  evə  girmərik  (Başqa  rəvayətdə:  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  o,  günü  səhərə  qədər  itlərin  öldürülməsini 

əmr  etdi.  Hətta  o,  dərəcəyə  çatdı  ki,  kiçik  baxçaları  qoruyan  itlərin  də 

öldürülməsini  əmr  edir,  böyük  baxçaları  qoruyan  itlərə  isə 

dəymirdilər)

29

». Müslim 2104,2105.  



                                                

29

 Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Önündə  palan  (sütrə) 



olmayan  bir  kimsənin  namazını  həddi-buluğa  çatmış  qız,  ulağ  və  (qara)  it  poza 

bilər”.  Əbu  Zərr:  “Ya  Rəsulallah!  Qara  itlə,  qırmızı  itin  nə  fərqi  nədir?”  deyə 

soruşdum.  Peyğəmbər:  “Qara  it  şeytandır”  deyə  buyurdu.  Müslim,  Əbu  Davud. 

İbn Ömər – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və 



səlləm  –  buyurdu:  “Hər  kim  ov  itindən,  qoyun  itindən  və  ərazini qorumaq  üçün 

saxlanılan  itdən  başqa  (məqsədlər)  üçün  saxlayarsa  hər  gün  o,  kimsənin 

savabından  iki  qrat  savab  azalar”.  Buxari  2322,  Müslim  1575,1559,  2104.  İbn 

Ömər  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 



səlləm  –  köpəklərin  öldürülməsini  əmr  edərkən  buyurdu:  “İlanları  və  Köpəkləri 

öldürün. Xüsusən də ilanlardan üzərində iki ağ cizgili cinsi ilə və bir də ən pisi 

olan  quyruqsuz  (Zınqırov)  ilanını  öldürün.  Çünki  ilanların  bu  iki  cinsi  gözün 

nurunu  aparır  və  hamilə  qadının  uşağının  düşməsinə  səbəbdir”.  İbn  Ömər  – 



radıyallahu  anhu  –  bütün  ilanları  öldürürdü.  Əbu  Lubadə əl-Bədri,  İbn  Ömər  – 

radıyallahu anhu  – ya: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – ev ilanlarını 

öldürməyi  qadağan  etmişdir hədisini rəvayət  etdikdən  sonra  o,  da  bu  əməlindən 

vaz  keçdi”.  Müslim  2233.  Zəməhşəri  –  rahmətullahi  aleyhi  -

 

deyir  ki:  “Cann 

cinlərin atasıdır. Adəm də bütün bəşəriyətin atasıdır. Cann xüsusi bir qövmdür ki, 

insanlardan əvəl  yaradılmışdır. Canın  bir növü  də  ilan adıdır  ki,  gözləri qara  və 

əksər  evlərdə  dolaşırlar  və  heş  kimə  də  zərər  verməzlər”.  İbn  Məsud  – 

radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə 

bərabər  Minada  bir  mağarada  idik  (Başqa  rəvayətdə:  Peyğəmbər  –  sallallahu 



aleyhi və səlləm – Ehramlı halda Minada bir ilan öldürülməsini əmr etmişdir). Bu 

vaxt  ona  Vəl  Mursələti  Urfə  -  surəsi  nazil  olmuşdur.  Peyğəmbər  –  sallallahu 



aleyhi və səlləm – in ağzından ilk alan kimsələr idik. Bu an birdən-birə üstümüzə 

bir  ilan  gəldi.  Peyğəmbər:  “Bu  ilanı  öldürün”  deyə  buyurdu.  Biz  də  onu 

öldürməyə  çalışdıq,  lakin  ilan  qaçdı.  Peyğəmbər:  “Allah  sizləri  ilanın  şərrindən 

qoruduğu  kimi  ilanı  da  sizin  şərrinizdən  qorudu”  deyə  buyurdu.  Müslim 

2234,2235. Əbu Səid əl-Xudri – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – 

sallallahu aleyhi və səlləm – buyurdu: “Mədinədə müsəlman olmuş cinlərdən bir 

cəmaat  vardır.  Hər  kimi  evində  uzun  ömürlü  ev  ilanları  varsa  onlardan  bir  şey 

gördükdə üç gün elan edib qovun (Başqa rəvayətdə: Üç dəfə qovun). Gedərsə nə 

gözəl,  əgər  bundan  sonra  da  sizə  görsənərsə  artıq  onu  öldürün.  Çünki  o, 

şeytandır”. Müslim 2236.  



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə