Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

 

19 


                                                                                                           

Zəif  əsər.  O,  deyir  ki:  "Bu  qisimlər  də  heyvana  bitişik  olub,  onunla  bərabər 

böyüyər və ölümüylə də nəcis olar".  

Həmçinin:  Donuzun  haram  olması  zahiri  və  batini  bütün  orqanlarına  aiddir. 

Bütlərin  satışına  gəldikdə  isə:  Büt,  Xaç,  heykəl  və  s.  Alət  və  əşyalar  haram 

edilmişdir. Haram edilmə səbəbi isə kiminsə onları alaraq fitnəyə (şirkə) düşmə 

qorxusudur. Şirkə aparan vəsilə olduğu üçün qadağan edilmişdir. Bunun zərəri isə 

digər qadağan olunan şeylərin zərərində daha böyükdür. Bütün bunların gəliri də 

haramdır.  Digər  tərəfdən:  Aşlandıqdan  sonra  ölü  (leş)  heyvanın  dərisi 

faydalanmaq üçün satılırsa pulu halal, yemək üçün satılarsa haram olar. Ev eşşəyi 

və  qatır  kimi heyvanlar  yeyilməsi haram  edilmişdir.  Eşşəklər  və  qatırlar üzərinə 

minmək  üçün  satıldıqda  gəliri  halal  olduğu  halda,  yemək  üçün  satılarsa  haram 

olur.  Şərabçıya  satılan  üzümün  pulunu  yemək  haramdır.  Lakin  üzümü  yemək 

üçün alan bir kimsəyə satmaq və əldə edilən pul halaldır. Müsəlmanların üzərinə 

istifadə  ediləcək  deyə  silah  satmaq  qadağandır,  eyni  zamanda  silahı  Allah 

yolunda  cihad  edəcək  bir  dəstəyə  satmaqda  əldə  edilən  qazanc  isə  halaldır. 

Geyinməsi  haram  olan  bir  kimsəyə  ipək  satmaq  qazancı  haram,  geyinilməsində 

heç bir problem olmayan kimsəyə ipək satmağın qazancı isə halaldır. Hətta Əhli 

Kitaba satılsa da belə Şərab və donuzun satılması qadağandır. Qoy onlar bu işlə 

məşğul  olsunlar.  Bilal  –  radıyallahu  anhu  -  Ömər  –  radıyallahu  anhu  -  ya  dedi: 

"Zimmilərin  xaraclarını  (cizyə  vergisi)  toplamaq  üçün  təyin  etdiyi  məmurlar 

xarac  olaraq  donuz  və  şərab  alırlar".  Ömər:  "Onlardan  şərab  və  donuz  almayın. 

Lakin onlara (Zimmilərə) onları satdırınız və xarac pulunu götürün". Eyni rəvayət 

Ömər b. AbdulAziz – rahmətullahi aleyhi -

 

dan gəlir. İbn Qeyyim "Zədul Məad", 

"Əmval" 62.  

Həmçinin:  İstənilən  heyvanın,  hətta  donuzun  belə  dərisi  yalnız  aşılandıqdan 

sonra  təmiz  hesab  olunur.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

İstənilən dəri aşılandıqdan sonra təmiz olur”. Müslim 1/105, Əbu Davud 4123, 

Tirmizi  1728,  Nəsəi  3/173.  İmam  Sənani  –  rahmətullahi  aleyhi  -



 

deyir  ki:  “Bu 

hədis  açıq-aydın  dəlildir  ki,  istənilən  heyvanın  dərisi  aşılandıqdan  sonra  çöl  və 

içəri tərəfdən təmizlənmiş olur. Buna da “İstənilən dəri” sözləri əyani sübutdur”. 

“Subus Salam” 1/42. Bu da dəri barəsində olan 7 rəydən ən doğrusudur. Bu rəydə 

həmçinin  olmuşlar:  Əli  b.  Abu  Talib,  İbn  Məsud,  Davud,  Abu  Yusuf,  Sanani, 

Şovkani  və  Şeyx  əl-Albani  –  Allah  onlardan  razı  olsun  -.  Bəzi  alimlər  qeyd 

edirlər ki: Hədisdə söhbət yalnız əti yeyiləsi heyvanların dərisindən “İhab” gedir. 

Lakin  bu  sözlərin  heç  bir  əsası  yoxdur.  Necə  ki,  bu  haqda  İmam  Şovkani  – 

rahmətullahi aleyhi -

 

“Neylul Əvtar” da qeyd edir: “Hədisi bu cür anlamaq Nadr 

b.  Şamilin  dediklərinə  də  ziddir.  İhab  –  aşılanmış  dəridir.  Bu  da  ən  səhih  olan 

rəydir.  Dilçilər  də  öz  kitablarında  buna işarə  etmişlər. əs-Səhih,  Qamus,  Nihayə 

və s. Əgər biz bu kitablar yönəlmiş olsaq İhab – sözünün yalnız yeyilməsi icazə 

verilən heyvanların dərisi olmadığını görərik”. Bütün bu deyilənlərdən aydın olur 

ki,  istənilən növ  heyvanın  dərisi aşılandıqdan  sonra təmiz  sayılır.  Qadağa  yalnız 

vəhşi köpək dişləri olan heyvanların dərilərindən istəfadə etməyə gəlib.  




 

20 


da  səhabələrin  söz  və  əməllərinə  əsaslanaraq  deyilən  ən  səhih  rəydir. 

“Əhkamul Quran” 1/168, “Bahrur Raik” 1/112. Ömər – radıyallahu anhu 



dan ölü (leş) heyvanın mədəsindən götürülərək tərkibinə qursaq qatılmış 

pendir  barəsində  soruşdular  o:  “Allahın  adını  zikr  edərək  yeyin”  deyə 

cavab  verdi”.  İbn  Əbi  Şeybə  5/130,  AbdurRazzaq  4/538,  İmam  Əhməd 

“Səhih”.  Həmçinin:  Təlhə  b.  Ubeydullah  –  radıyallahu  anhu  –  bıçaq  ilə 

bir  dilim  pendir  kəsdi  və  Allahı  adını  zikr  edərək  yedi”.  İbn  Əbi  Şeybə 

5/131. Həmçinin:  Salman  Farisi  və  Həsən  b.  Əli  –  radıyallahu  anhum – 

dan belə rəvayətlər varid olmuşdur. İbn Teymiyyə – rahmətullahi aleyhi - 

deyir  ki:  “Bütpərəstlərin  hazırladıqları  pendiri  yemək  olar.  Çünki 

səhabələr İraqı istila etdikləri (aldıqları) zaman atəşpərəstlərin pendirlərini 

yeyirdilər”. “Məcmuu Fətava” 21/101.  

 

Köpək Dişi Olan Heyvanların Yeyilməsi Qadağandır 

Əbu  Hureyrə  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu aleyhi və səlləm – buyurdu: “Köpək dişi olan vəhşi heyvanların 

yeyilməsi  qadağandır”.  Müslim  1933.  Bura  daxildir:  Aslan,  Pələng, 

Canavar, Tülkü, Ayı, Fil və s. İmam Əhməd – rahmətullahi aleyhi - deyir 

ki: “Fil müsəlmanların qidasından sayılmaz”. “Əhkamu Zəbaih” 139.  

Bu  qadağadan  istisnadır  Kaftar  (Goreşən):  İbn  Əbu  Ammar  rəvayət 

edir  ki,  bir  Cabir  –  radıyallahu  anhu  -  dan  soruşdum:  “Kaftarı  ovlamaq 

olarmı?”.  O:  “Bəli”  dedi.  Mən:  “Allahı  Rəsulu  buna  icazə  veribmi?”.  O: 

“Bəli” deyə cavab verdi. Əbu Davud 3801, Tirmizi 851, Nəsəi 5/191, əl-

Albani “Səhih”

27

.  



                                                                                                           

Həmçinin:  Qadağandır  köpək  dişləri  olan heyvanların dərisindən istifadə  etmək 

geyimdə və üstündə oturmada. Valid b. Əbu Malik  – radıyallahu anhu - rəvayət 

edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qadağan edib vəhşi heyvanların 

dərisindən  istifadə  etməyi”.  Həkim,  əl-Albani  “Səhih  Cəmi”  6953,  “Subus 

Salam”  1/42-44,  Şovkani  “Neylul  Əvtar”  1/55-59,  əl-Albani  “Samrul  Mustatab” 

1/34. Huzeyfə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 



və  səlləm  –  qızıl  və  gümüş  qablardan  içməyimizi,  yeməyimizi,  ipək  və  atlas 

geyinməyimizi  və  bunların  üzərində  oturmağımızı  bizə  qadağan  etdi”.  Buxari 

5232.  Muaviyə  –  radıyallahu  anhum  -  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 

aleyhi  və  səlləm  –  ipək  və  pələng  dərisi  ilə  örtülmüş  miniklərə  minməyimizi 

qadağan etdi”. Əbu Davud 4129. Əbu Məlih atasından rəvayət edir ki, Peyğəmbər 



–  sallallahu  aleyhi  və  səlləm  –  vəhşi  heyvanların  dərilərindən  istifadə  etməyi 

qadağan  etmişdir  (Başqa  rəvayətdə:  Yataqları  bəzəməyi  də  qadağan  etmişdir”). 

Əbu Davud 4132, Tirmizi 1771, Nəsəi 7/176.  

27

 Kaftarın qadağan olunması barəsində Tirmizidə gələn hədis isə zəifdir.  




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə