Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

 

15 


işlərə.  Bu  onların  soruşduqları  işlərin  haram  olduğuna  dəlildir.  Dəlil 

olaraq Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, yağa düşən siçan 

haqqında  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  dən  soruşuldu.  O: 

"Əgər  yağ  qatıdırsa  siçanı  və  düşdüyü  yerin  ətrafından  yağı  atın,  qalan 

hissəsini  isə  yeyin.  Əgər  yağ  maye  halında  olarsa  bu  zaman  o,  yağa 

yaxınlaşmayın". Əhməd 2/232, 490, Əbu Davud 3842, əl-Albani "Səhih", 

İbn Qeyyim "Zədul Məad". Doğrusunu Allah Bilir!  

 

İçki 



«Ey  iman  gətirənlər!  Şərab  da,  qumar  da,  bütlər  də,  fal  oxları  da 

şeytan  əməlindən  olan  murdar  bir  şeydir.  Bunlardan  çəkinin  ki,  bəlkə 

nicat tapasınız». (əl-Maidə 90). Xamr – Xumr, örtən deməkdir. Allah bu 

ayədə  içkini  öz  adı  ilə  adlandırmadı.  Onu  xamr  «Örtən»  deyə  adlandırdı. 



«Mömin  qadınlara  da  de  ki:  Gözlərini  haram  buyrulmuş  şeylərdən 

çevirsinlər,  ayıb  yerlərini  (zinadan)  qorusunlar,  öz-özlüyündə  görünən 

(əl,  üz)  istisna  olmaqla,  zinətlərini  göstərməsinlər,  baş  örtüklərini 

yaxalarının  üstünə  çəksinlər».  (ən-Nur  31).  İbn  Ömər  və  Hureyrə  

radıyallahu  anhum  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  buyurdu:  «Hər  kim  dünyada  ikən  şərab  içər  və  bu  günahdan 

tövbə  etməzsə  axirətdə  Cənnət  şərabından  məhrum  olar  və  ondan  içməz 

(Başqa  rəvayətdə:  Hər  hamr  haramdır)»

11

.



 

Cabir  -  radıyallahu  anhu  – 

rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uca 

və  Böyük  olan  Allah  içki  içən  şəxsə  Tinətul  Xabəldən  içirəcəyinə  söz 

vermişdir».  Səhabələr:  «Ey  Allahın  Rəsulu!  Tinətul  xabəl  nədir?»  deyə 

soruşdular.  Peyğəmbər:  «Cəhənnəm  sakinlərinin  təri  və  ya  (yanmaları 

nəticəsində) bədənlərindən axan sudur»

12

. İbn Abbas - radıyallahu anhu – 



rəvayət  edir  ki,  Peyğəmbər  –sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «İçki 

düşkünü  olaraq  ölən  şəxsə  bütə  sitayiş  edənlər  kimi  Allahın  hüzuruna 

gətriləcəkdir»

13

.  Zəmanəmizdə  şeytana  qulluq  edənlər  içkinin  çeşidlərini 



artıraraq  onları  bəzəyir  və  insanları  cəlb  edən  adlarla  adlandırırlar. 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Ümmətimdən  olan 

adamların  bir  hissəsi  içki  içib  onu  başqa  adla  adlandıracaqlar»

14

.  «Onlar 



elə  güman  edirlər  ki,  (qəlblərində  olan  küfrü  gizlətməklə)  Allahı  və 

möminləri  aldadırlar.  Bilmirlər  ki,  əslində  ancaq  özlərini  aldadırlar». 

                                                

11

 Müslim 2004.  



12

 Müslim 3/1587. 

13

 Təbərani 12/45, əl-Albani «Səhihul Cəmi» 6525.  



14

 Əbu Davud 3688, İbn Məcə 4020, İbn Hibban 1388, 5/342, Əhməd «Musnəd» 

5/342, əl-Albani «Səhihul Cəmi» 5453. 



 

16 


(əl-Bəqərə 9). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bütün 

sərxoş  edici  şeylər  içkidir  və  sərxoş  edici  nə  varsa  haramdır»

15

.  Az  və  ya 



çox olmasından aslı olmayaraq ağılı dumanlandıran və sərxoş edən hər bir 

şey  haramdır.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

«Sərxoş  edici  şeylərin  azı  da,  çoxu  da  haramdır»

16

.  Peyğəmbər  – 



sallallahu aleyhi və səlləm – buyurdu: «Kim içki içərək sərxoş olarsa qırx 

gün  namazı  qəul  olunmaz.  Belə  ölərsə  Cəhənnəmə  düşər,  tövbə  edərsə 

Allah tövbəsini qəbul edər. Sonra təkrarən yenə də içib sərxoş olarsa qırx 

gün  namazı  qəbul  olunmaz.  Belə  ölərsə  Cəhənnəmə  düşər,  tövbə  edərsə 

Allah  tövbəsini  qəbul  edər.  Sonra  bu  əməli  təkrar  edərək  yenə  də  içib 

sərxoş  olarsa  qırx  gün  namazı  qəbul  olunmaz.  Belə  ölərsə  Cəhənnəmə 

düşər,  tövbə  edərsə  Allah  tövbəsini  qəbul  edər.  Lakin  bundan  sonra 

yenidən  tövbəsindən  dönərsə  Allahın  Qiyamət  günü  ona  Radğatul  Xabəl 

içirməsi  haqqınadır».  Səhabələr:  «Ey  Allahın  Rəsulu!  Radğatul  Xabəl 

nədir?»  deyə  soruşdular.  Peyğəmbər:  «Cəhənnəm  əhlinin  (yanması 

nəticəsində)  bədənlərindən  axan  sudur»

17

.  Cabir  -  radıyallahu  anhu  – 



rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

«Allaha  və  axirət  gününə  iman  edən  bir  kimsə  xanımını  ümumi  hamama 

salmasın.  Allaha  və  axirət  gününə  iman  edən  kimsə  örtündükdən  sonra 

hamama  girsin

18

  və  Allaha  axirət  gününə  iman  edən  kimsə  içki  olan 



süfrəyə  oturmasın»

19

.  Tarik  b.  Suveyd  əl-Cufi  -  radıyallahu  anhu  – 



rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  dən  şərab 

haqqında  soruışdu.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  də  onu 

şərabdan  nəhy  etdi.  Tariq:  «Mən  şərabı  ancaq  dərman  üçün  istifadə 

edirəm»  deyə  soruşdu.  Peyğəmbər:  «O,  dərman  deyildir,  lakin  o  bir 

dərddir  (Başqa  rəvayətdə:  Allah  ümmətimin  şəfasını  haram  olan  şeydə 

                                                

15

 Müslim 3/1587 



16

 Səhih Əbu Davud 3128. 

17

 İbn Məcə 3377, əl-Albani «Səhihul Cəmi» 6313.  



18

  Başqa  Rəvayətdə:  Haydə  b.  Muaviyə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

mən:  «Ey  Allahın  Rəsulu!  Övrət  yerlərimizi  kimdən  qorumalıyıq?»  deyə 

soruşdum.  Peyğəmbər:  «Xanımın  və  cariyən  instisna  hamıdan  qorumalısan». 

Mən: «Ey Allahın Rəsulu! Hər kəs bir yerdə olduğu zaman örtünmək çətin olarsa 

necə davranmalıyam?» deyə  soruşdum. Peyğəmbər: «Əlindən  gəldiyi qədər  hər 

kəsdən  gizlənməyə  çalış»  deyə  buyurdu.  Mən:  «Ey  Allahın  Rəsulu!  Tək  olsam 

necə,  yenə  də  örtünməliyəm?»  deyə  soruşdum.  Peyğmbər:  «Allah  insanlardan 

daha çox utanılmaya layiqdir» deyə buyurdu. Nəsəi 1/76.  

19

 Həkim 4/288, Əhməd 3/339.  




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə