Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə16/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

 

31 


anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  bağlı 

olan  heyvanı  daşqalaq  edərək  öldürməyi  qadağan  etmişdir”.  “Buluq  əl-

Məram” 1328.  

 

Ov Iti Və Onun Hökmü 

Əgər qurbanlıq heyvanı kəsilən zaman qaçarsa və ya ov zamanı qaçan 

heyvana  Allahın  adını  zikr  edərək  atəş  açılarsa  bu  zaman  güllə  harasına 

dəyməsindən aslı olmayaraq yeyilməsi halaldı, hətta ölsə də belə. Rafii b. 

Hədic  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  bir  gün  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  ilə  birlikdə  Zul  Huleyfə  adlanan  yerdə  idik. 

Dəvələrdən  biri  qaçdı.  Həmən  anda  atları  olmadığı  üçün  insanlar  onun 

ardıyca  qaçmağa  başladılar,  lakin  yorulub  əldən  düşdülər.  Orada 

olanlardan  biri  dəvəyə  ox  atdı  və  Allahın  izni  ilə  dəvə  dayandı. 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Həqiqətən  bu 

heyvanlardan  bəziləri  vəhşiləşərək  vəhşi  heyvanlara  bənzəmişlər.  Əgər 

onlardan  hər  hansı  biri  sizə  itaət  etməzsə  onunla  bu  cür  rəftar  edin”. 

Buxari 2448, Müslim 1986.  

Adiy  b.  Hatim  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  bir  gün 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  dən  lələkli  ox  vasitəsilə 

öldürülmüş ov quşu barəsində soruşdum o: “Oxun iti tərəfi ilə öldürülmüş 

şikarı  yemək  olar,  o  ki,  qaldı  oxun  saplağıyla  vurularaq  öldürülmüş 

heyvana bu – Vaqizdir (İti tərəfi olmayan daş, ağac və ya ucu iti olmayan 

bir şeylə öldürülmüş heyvan. Bu cür əti yemək haramdır “Vaciz” 1/404)”. 

Sonra  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  dən  ov  iti  vasitəsilə 

öldürülmüş  ov  quşları  barəsində  soruşdum  o:  “Sənin  üçün  ovladığı  şeyi 

yeyə  bilərsən,  çünki  bu  kəsilmiş  heyvanın  hökmündədir.  Əgər  itinin 

yanında başqa bir iti də görsən və səndə şübhə yaransa ki, o da sənin itinlə 

bərabər  bu  ovda  iştirak  edib  və  ov  quşunu  parçalayıb,  onda  bu  ətdən 

yemə.  Çünki  sən  Allahın  adını  yalnız  öz  itinin  üzərində  zikr  edərək 

buraxmısan,  digər  itin  üzərində  yox”.  Buxari  5375,  Müslim  3/1529. 

“Buluq əl-Məram” 1335.  

Əbu  Sələbə  əl-Xuşani  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  bir  gün 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən: “Ya Rəsulallah! Biz Kitab 

Əhlinin  hakimiyyəti  altında  olan  torpaqlarda  yaşayırıq.  Onların  qab-

qacaqlarından  yeməkdə  istifadə  edə  bilərikmi?  Həmçinin  bu  torpaqlarda 

çoxlu ov quşları olduğu üçün biz oxlar vasitəsilə, həmçinin öyrədilmiş ov 

itləri  və  öyrədilməmiş  ov  itləri  ilə  də  ov  edirik.  Bunlardan  hansını  mən 

yeyə bilərəm”. Peyğəmbər: “Kitab Əhlinə gəldikdə əgər başqa bir şey tapa 

bilərsinizsə  onların  qablarından  istifadə  etməyin.  Əgər  tapa  bilməsəniz 

onların  qablarını  yuyub  istifadə  edin.  Sən  Allahın  adını  zikr  edərək  öz 



 

32 


oxun vasitəsilə və öyrədilmiş ov iti vasitəsilə ovladığın ov quşlarının ətini 

yeyə  bilərsən.  Həmçinin  öyrədilməmiş  itin  vasitəsilə  də  ovladığın  ov 

quşlarının  ətini  də  yeyə  bilərsə  əgər  canı  çıxana  qədər  ona  çatıb  Allahın 

adını zikr edərək kəssən”. Buxari 5478.  

Adiy  b.  Hatim  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  mənə  buyurdu:  “Əgər  itini  ova  göndərsən 

Allahın  adını  zikr  et.  Əgər  it  sənin  üçün  şikarı  tutsa və  səndə  şikara  sağ 

ikən  yetişsən  onu  kəs.  Yox  əgər  sən  şikara  yetişdikdə  şikar  (it  tərəfindən 

toxunulmamış) lakin ölmüş görsən, onu ye. Əgər itinin yanında başqa bir 

iti  görsən  və  şikar  ölmüş  olsa  o,  zaman  yemə,  çünki  şikarı  hansı  itin 

öldürdüyünü  bilməzsən.  Ox  atarkən  Allahın  adını  zikr  et!  Bundan  sonra 

sən hədəfi gözdən itirsən və (bir müddətdən sonra) tapdığın zaman şikarın 

üzərində  öz  oxundan  başqa  bir  iz  görməsən  ye  onu  əgər  istəsən.  Əgər 

şikar suda batsa onu yemə”. Buxari, Müslim, “Buluq əl-Məram” 1334.  

Adiy  b.  Hatim  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Əgər  sən  ov  itini  Allahın  adını 

zikr  edərək  buraxsan,  o  da  sənin  üçün  ov  quşlarından  ovlayıb  öldürsə  bu 

əti  yeyə  bilərsən.  Lakin  ov  iti  macal  tapıb  şikardan  nə  isə  yesə  bu  ətdən 

yemə çünki (bu o, deməkdir ki) o, bunu özü üçün ovlayıb. Əgər ov zamanı 

Allahın  adı  zikr  edilmədən  müxtəlif  itlər  iştirak  edərək  şikarı  tutub 

parçalayarlarsa  bu  əti  yemə,  çünki  sən  bilmirsən  hansı  it  şikarı  öldürüb. 

Əgər  ov  quşunu  ox  ilə  vurub  (öldürsən),  bir  və  ya  iki  gündən  sonra  onu 

üzərində  öz  oxundan  başqa  bir  iz  tapmadığın  halda  görsən  onu  yeyə 

bilərsən. Əgər şikarı suda ölmüş tapsan yemə!”. Buxari.  

Əbu  Sələbə  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Oxu  atdıqdan  sonra  şikarı 

gözündən  itirsən  və  çürüməmişdən  qabaq  şikarı  tapsan  yeyə  bilərsən”. 

Müslim, “Buluq əl-Məram” 1336.  

Cabir b. Abdullah  – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – 



sallallahu  aleyhi  və  səlləm  -  Qadağan  edib  bağlı  heyvanı  öldürməyi”. 

Müslim, “Buluq əl-Məram” 1342. 

 

HANSI SƏBƏBDƏN QURBANLIQ KƏSİLİR 

Yemək Və Ticarət Üçün 

“Sizin  üçün  minməyə  heyvanlar  yaradan  Allahdir.  onlardan 

yedikləriniz  də  var”.  (əl-Mumin  79).  “Məgər  (Məkkə  müşrikləri)  Bizim 

Öz  əllərimizlə  (Öz  qüdrətimizlə)  onlar  üçün  davarlar  yaratdığımızı  və 

özlərinin  də  onlara  sahib  olduqlarını  görmürlərmi?!  Bunları  (bu 

davarları)  onların  ixtiyarına  verdik.  Onlardan  mindikləri  də  var,  ətini 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə