Положение мяса животных


Qadın Və Uşaq Tərəfindən Kəsilmiş Qurbanlıq



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə19/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

 

37 


Qadın Və Uşaq Tərəfindən Kəsilmiş Qurbanlıq 

Həmçinin: Müsəlman, Yəhudi və Xaçpərəst qadın tərəfindən kəsilmiş 

heyvanın ətini də yemək olar. Kəb b. Məlik – radıyallahu anhu - rəvayət 

edir  ki,  bir  qadın  iti  bir  daşla  qoyunu  kəsir  və  bu  haqda  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  dən  soruşur. Peyğəmbər –  sallallahu  aleyhi 

və səlləm – həmən ətdən yeməsini buyurur”. Buxari 5504, Müslim.  

Bu  hədisdə  olan  faydalardan:  Qadının  qurban  kəsməsinə  icazə 

verilməsi,  həmçinin  əgər  bıçaq  olmadıqda  iti  daşla  da  kəsməyin  icazəli 

olmasıdır. İbrahim ən-Nəhai – rahmətullahi aleyhi - deyir ki: “Qadının və 

uşağın qurbanlıq  heyvanını  Allahın adını zikr edərək  kəsməsində  heç bir 

problem  yoxdur”.  İbn  Həcər  “Fəthul  Bəri”  9/575.  İbn  Munzir  – 

rahmətullahi  aleyhi  -  deyir  ki:  “Alimlər  ittifaq  ediblər  ki,  qadın  və  uşaq 

tərəfindən  kəsilmiş  qurbanlığın  yeyilməsində  heç  bir  problem  yoxdur”. 

“İcma” 43.  

 

Mürtəd,  Kafir,  Zındıq,  Dinsiz  Və  Müşriklərin 



Kəsdikləri Heyvanların Ətlərinin Yeyilməsi Qadağandır 

İbn  Abbas  –  radıyallahu  anhu  -  deyir  ki:  “Əgər  heyvanı  Məcusi 

(odpərəst)  kəsərsə,  hətta  Allahın  adını  zikr  etsədə  belə  -  o,  ətdən 

yeməyin”. AbdurRazzaq 8548, İbn Həcər səhih.  

İmam Qurtubi – rahmətullahi aleyhi - deyir ki: “O, ki qaldı Məcusilər 

tərəfindən  kəsilmiş  heyvanlara  bütün  alimlər  ittifaq  ediblər  (yalnız 

müxalif olanlardan başqa) onların kəsdikləri heyvanların ətlərini yemək və 

qadınlarına  evlənmək  qadağandır.  Çünki  onlar  Kitab  Əhli  deyillər”. 

“Təfsir Qurtubi” 6/77.  

 

Nə Üçün Kitab Əhlinin Kəsdiyi Heyvanların Ətlərini 



Yemək Halaldır, Halbuki Onlar Kafirdirlər? 

Kitab  Əhli  olan  kimsələr  (Yəhudi  və  Xaçpərəstlər)  digər  kafirlərdən 

fərqlənirlər.  Çünki  onlara  Peyğəmbərlər  gəlmiş,  onlara  Səməvi  kitablar 

nazil olmuş (Zəbur, Tövrat, İncil), bu Peyğəmbərlərə iman gətimişlər və s. 

səbəblər.  Lakin  sonradan  onlar  bu  kitabları  təhrif  edib  doğru  yoldan 

azmışlar. Buna görə də Allah onların qadınları ilə evlənməyə icazə vermiş 

və  kəsdikləri  heyvanların  ətlərini  yemyi  də  müsəlmanlara  halal  etmişdir. 

“Təfsir  Təbəri”  3/467,  “Təfsir  əs-Sədi”  209.  Lakin  müsəlman  qadına 

haramdır  Kitab  Əhli  olan  bir  kimsəyə  ərə  getmək.  Bu  cur  nigah  doğru 

deyildir.  




 

38 


İkinci Şərt – Ağlı Başında Olmalıdır 

Heyvanı  kəsən  kimsə  ağıllı-başlı  olmalı,  dəli  və  içkili  olmamalıdır. 

Kəsən  kimsə  bilməlidir  kimin  üçün  qurbanı  kəsir  və  kimin  adı  ilə  bunu 

edir. “Muğni” 8/581.  

 

Üçüncü  şərt  –  Kəsilən  Heyvan  Yalnız  Allah  Rızası 

Üçün Kəsilməlidir 

“De:  “Mənim  namazım  da,  ibadətim  də,  həyatım  və  ölümüm  də 

aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə 

buyurulmuşdur və mən ilk müsəlmanam!”. (əl-Ənam 162-163). Amir b. 

Vəsilə  deyir  ki:  “Bir  dəfə  Əli  b.  Əbu  Talib  –  radıyallahu  anhu  –  nun 

yanında  idim.  Bir  kişi  onun  yanına  gələrək  soruşdu:  “Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  sənə  sirr  olaraq  bir  şey  deyibmi?”.  Əli  – 

radıyallahu anhu – qəzəbli halda dedi: “Peyğəmbər – sallallahu aleyhi və 

səlləm  –  gizli  olaraq  mənə  heç  bir  şey  deməyib.  Yalnız  bu  dörd  şeydən 

başqa”.  Kişi:  “Ey  Əmirəlmöminin  onlar  nədir?”  deyə  soruşdu.  Əli: 

“Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allahdan qeyrisinə 

qurban kəsənə Allah lənət etsin...”. Müslim 1978, 13/50.  



Həmçinin: Qurbanlıq heyvanını kəsmək olmaz müşriklərin bütlərinin 

olduğu  yerdə  və  bayramlarının  kerildiyi  yerlərdə.  Sabit  b.  Dahhaq  – 



radıyallahu  anhu  - rəvayət  edir  ki,  bir  nəfər  Buvanə  adlanan  yerdə  dəvə 

qurban kəsməyi nəzir etmişdi və Peyğəmbər – sallallahu aleyhi və səlləm 



– in bu haqda fikrini soruşduqda o: “Orada cahiliyyə dövründə insanların 

ibadət  etdiyi  büt  olubmu?”.  O,  kimsə:  “Xeyr”  olmayıb.  Peyğəmbər: 

“Orada  müşriklərin  hansısa  bayramı  keçirilibmi?”.  Adam:  “buyurdu: 

“Yox”  keçirilməyib”.  Bu  zaman  Peyğəmbər:  “Əhdinə  əməl  et”.  Əbu 

Davud 3313 Təbərani 1/134, əl-Albani səhih.  

 

Dördüncü  Şərt  –  Qurbanlıq  Kəsilən  Zaman  Allahın 



Adını Zikr Etmək 

Bu  haqda  ixtilaf  vardır.  Bir  qrup  alimlər  Bismilləh  kəliməsinin 

deyilməsini  Sünnə  (müstəhəb),  digərləri  isə  bunu  vacib  biliblər.  Sünnə 

(müstəhəb)  deyən  Şafiilər  bu  hədisə  əsaslanmışlar:  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Müsəlman  bir  kimsənin  kəsdiyi 

heyvan  halaldır,  hətta  Allahın  adını  zikr  etsədə,  etməsədə  belə”.  Əbu 

Davud “Marasil” 378, əl-Albani “İrva” 2537 zəif hədis.  

Lakin  bu  məsələdə  ən  səhih  rəy  qurban  kəsilərkən  Bismilləh 

deyilməsinin vacib olduğunu deyənlərin rəyidir. Bu da Quran və Sünnə ilə 

öz  təsdiqini  tapmışdır.  “Əgər  siz  Allahın  ayələrinə  inanan 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə