Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə21/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

 

41 


kafir  olduğunu  bildiyi  halda”.  “Fəthul  Bəri”  9/552,  “Təfsir  Beydavi” 

2/298.  


 

MƏCUSİ 

VƏ 

RAFİZİLƏRİN 

KƏSDİKLƏRİ 

YEYİLİRM?  

Əbu  Muhəmməd  əl-Bəğavi  –  rahmətullahi  aleyhi  -  deyir  ki: 

“(Alimlər)  iki  Kitab  əhlindən  başqa  məcusilərin  kəstiklərinin  və 

qadınlarıyla  evlənməyin  haram  oldğunda  ittifaq  etmişlər”.  “Məalimut 

Tənzil”  4/35.  İbn  Qudəmə  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Bütlərə, 

daşlara. Ağaclara və heyvanlara tapılan (ibadət)  edən  kimsələr kimi  Əhli 

Kitabdan başqa kafirlərin qadınları və kəstiklərinin haram olduğunda elm 

əhli arasında ixtilaf yoxdur (Pəndir bundan istisnadır)”. “Muğni” 13/298, 

İmam  Qurtubi  “Təfsirul  Quran”  7/318.  Hənəfi  alimlərindən  olan  Əhməd 

əl-Quduri – rahmətullahi aleyhi - deyir ki: “Müsəlmanın və Kiab əhlinin 

kəsdiyi  halaldır.  Məcusinin,  mürtədin,  bütpərəstin  və  ehramlının  kəsdiyi 

yeyilməz.  Əgər  kəsən  qəsdli  olaraq  Bismilləhi  tərk  edərsə  kəsdiyi 

yenyilməz,  əgər  unudaraq  tərk  edərsə  yeyilər”.  “əl-Muhtasar”  206. 

Məcusilərin və şirk əhlinin kəsdiklərindən başqa yeyinti məhsullarında bir 

problem  yoxdur.  İbn  AbdulBər  deyir  ki:  “Müsəlmanlardan  və  Əhli 

kitabdan  başqasının  kəsdiyi  caiz  deyildir.  Yəhudi  və  Nəsrani  olsa  belə 

mürtədin  kəsdiyi  yeyilməz.  Kitab  əhlindən  başqa  digər  kafirlər  – 

məcusilər,  bütpərəstlər  kəsdikləri  haramdır”.  “əl-Kəfi”  181,  İmam  Şəfii 

“əl-Umm”  7/410.  İmam  Nəvəvi  –  rahmətullahi  aleyhi  -  deyir  ki: 

“Əshabımız  (Şafiilər)  demişlər:  Evlilik  və  kəsim  bir-birinə  bağlıdır, 

ayrılmazdır.  Kiminlə  nigah  etmək  halaldırsa  onun  kəsdiyi  də  halaldır. 

Nigahlanması  halal  olmayanın  kəsdiyi  də  halal  deyildir.  İbn  Abbas  – 



radıyallahu  anhu  -  deyir  ki:  “Sadəcə  Yəhudi  və  Nəsranilərin  kəsdikləri 

halal  edilmişdir.  Çünki  onlar  Tövrat  və  İncilə  iman  etmişlər”.  İmam 

Əhmədin  –  rahmətullahi  aleyhi  -  oğlu  atasından:  “Məcusilərin  kəstikləri 

barədə  soruşdum.  Atam:  “Onların  kəsdikləri  yeyilməz.  Müsəlman  olana 

qədər  kəsdikləri  yeyilməz,  qadınları  ilə  nigah  edilməz”.  Mən,  atama: 

“Ömər  –  radıyallahu  anhu  -:  Onlarla  Əhli  Kitaba  davrandığınız  kimi 

davranın  dediyini”  söylədim.  Atam:  “Bu  sadəcə  cizyəyə  aiddir. 

Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  –  səhabələrindən  altı  kişi 

onların  kəsdiklərini  qadağan  etmişlər.  İbn  Abbas,  İbn  Məsud,  Əli,  Cabir 

İbn  Abdullah  –  Allah  onlardan  razı  olsun  -  və  s.”.  İbn  Qudamə  – 



rahmətullahi  aleyhi  -  deyir  ki:  “Elm  əhli  Məcusilərin  kəsdiklərinin 

haramlığında  icma  etmişlər”.  “Məsail”  264,  “İcma”.  İbn  Məsud  – 



radıyallahu  anhu  -  deyir  ki:  “Müsəlmanların  heyvan  kəsmədikləri 


 

42 


ölkəərdə  qonaq  olacaqsınız.  Onlar  Nabatlar  və  Farslardır.  Ət  aldığınız 

zaman  Yəhudi  və  ya  Nəsrani  olduğunu  soruşun.  Əgər  Yəhudi  və 

Nəsranidirsə 

yeyin.  Çünki  onların  yeyəcəkləri  sizə  halaldır”. 

AbdurRazzaq  “Musənnəf”  4/487/8578,  İbn  Əbi  Şeybə  “Musənnəf” 

17/420/33362, İbn Qudamə “Muğni” 13/297. Əta – rahmətullahi aleyhi - 

deyir  ki:  “Hər  müsəlmanın  –  kiçik,  böyük,  qadın  və  ya  qız  uşağının 

kəsdiyini  ye.  Lakin  Məcusinin  kəsdiyini  yemə”.  İbn  AbdulBərr  “əl-

İztizkar” 15/220/21656.  

Əhməd İbn Yunus – rahmətullahi aleyhi - deyir ki: “Əgər bir Yəhudi 

və  Bir  Rafizi  qoyun  kəsərsə  mən  bir  Yəhudinin  kəsdiyini  yeyər,  lakin 

Rafizinin  kəsdiyini  yemərəm.  Çünki  İslamdan  çıxmışdır”.  İbn  Teymiyyə 

“Sərimul Məslul” 1/570. Əbu Bəkr İbn Hani – rahmətullahi aleyhi - deyir 

ki:  “Kitab  əhlinin  kəsdiyinin  yeyilməsi  kimi,  mürtədin  kəsdiyinin 

yeyilməməsi  kimi,  Rafizi  və  Qədərinin  də  kəsdiyi  yeyilməz.  Çünki  onlar 

mürtəd  hökmündədirlər.  Zimmət  əhli  isə  dinləri  üzərə  qəbul  edilir  və 

onlardan  cizyə  alınır”.  Əbu  Abdullah  əl-Buxari  –  rahmətullahi  aleyhi  - 

deyir ki: “Mən Cəhminin və ya Rafizinin arxasında namaz qıldım,  və  ya 

Yəhudi  və  ya  Xristianın  arxasında  mənim  üçün  eynidir.  Onlara  salam 

verilməz, xəstəsi ziyarət edilməz, qadınlarıyla evlənilməz, cənazələri təqib 

edilməz  və  kəsdikləri  yeyilməz”.  “Əfalul  İbad”,  Beyhəqi  “əl-Əsma  Vəs 

Sifət”. İbn Batta – rahmətullahi aleyhi - deyir ki: “Rafizilərin qadınlarıyla 

evlənilməz və kəsdikləri yeyilməz. Çünki onlar Riddət əhlidir”. “əl-İbanə” 

177.  


 

Beşinci  Şərt  –  Qurbanlıq  Heyvanının  Qanını 

Axıdmaq, Boğazını Və Qida Borusunu Kəsmək 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Qanı  axıdılmış 

və Allahın adı ilə zikr edilmiş heyvanın ətindən yeyin”. Buxari 2488.  

Qurbanlıq heyvanının ətinin yeyilməsi üçün qanının axıdılması vacib 

şərtlərdən  biridir.  Ata  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Qurbanlıq  –  iki 

boğaz damarının kəsilməsidir”. İbn Abbas – radıyallahu anhu - deyir ki: 

“Qurbanlıq heyvanının kəsildiyi yer – boğazıdır”. İbn Ömər, İbn Abbas və 

Ənəs – Allah onlardan razı olsun – deyirlər ki: “Əgər qurbanlıq heyvanın 

bütün  başını  kəsib  qoparsan  bunda  heç  bir  problem  yoxdur”.  Buxari 

4/573.  


İmam  Əhməd  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Qurbanlıq 

heyvanlarını  mərhəmətli  şəkildə  kəsiləcəyi  yerə  gətirmək,  bıçaqı 

gizlətmək  və  yalnız  kəsilən  anda  çıxarılmalıdır”.  “Cəmiul  Ulumul  vəl 

Hikəm” 157. İmam Nəvəvi – rahmətullahi aleyhi - deyir ki: “Bir heyvanı 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə