Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə29/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   24   25   26   27   28   29   30   31   32

 

57 


Rəbbim!  Yaratdıqlarının içərisində dolanacağı (ruzisi)  olmayan bir kimsə 

yoxdur.  Bəs  mənim  dolanacağım  haradandır?”.  Allah: “Mənim  adım  zikr 

olunmayan  hər  nə  varsa  sənin  (dolanacağındır)”  deyə  buyurdu.  Əbu 

Nuaym  “Hilyə”  8/126).  Əgər  insan  Allahdan  qorxub  bu  cür 

yeməkxanalarda  (ət)  yeməyi  yeməzsə  onda  heç  bir  günah  daşımır. 

Həmçinin  bunun  əksi  də  belədir,  kim  ki,  belə  bir  yerlərdə  (ət)  yeməyi 

yeyərsə o, da heç bir günah daşımır”.  

“Fətava İslamiyyə” 3/415.  

“Fətava Ulama Bilədil Haram” 375.  

 

6.  Sual:  Hörmətli  Şeyx,  xarici  dövlətlərdən  gələn  konservləşdirilmiş 

toyuqlar barəsində nə deyə bilərsiniz?  

Şeyx  İbn  Baz  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Xarici  dövlətlərdə 

kəsilmiş  toyuq  və  digər  heyvanlar  Kitab  Əhli  olan  dövlətlərdən 

konservləşdirilmiş  şəkildə  bizim  dövlətlərə  daxil  olursa  Quran  ayələrinə 

əsasən  bu  cür  ətləri  yemək  halaldır  əgər  bizə  qadağan  olunma  səbəbi 

məlum  deyilsə.  Məs:  Allah  üçün  kəsilməyib,  qanı  axıdılmadan  (boğazı 

kəsilmədən) öldürülüb və s. Əgər ət yeməyi kommunistlərin, ateistlərin və 

müşriklərin dövlətlərindən gələrsə bu cür ətləri yemək haramdır”.  

“Fətava İsləmiyyə” 3/16. 

 

7.  Sual:  Hörmətli  Şeyx,  Xarici  (kafir)  dövlətlərdən  tədarük  edilən  və 

üstündə - halal – yazılan ət məhsulları barəsində nə deyə bilərsiniz?  

Şeyx Saleh əl-Fovzan – hafizahullah – deyir ki“Mal verənlərin və 

həmçinin  ət  məhsullarının  üzərində  olan  Halal  eiketlərinə  bel  bağlamaq 

(güvənmək)  olmaz.  Arxayın  olma  ki,  bütün  bu  ət  məhsulları  şəriət 

normalarına əsasən kəsilib. Əgər diqqət etsəniz çox vaxt bazarlarda boğazı 

kəsilməmiş  (başı  yerində)  toyuqlar  görmək  olar.  Halbuki  onların  da 

üzərində Halal etiketləri var. Mən özüm Halal etiketini görmüşəm elə bir 

ət məhsulunun üzərində ki, ona ehtiyac yoxdur – Balıq. Bu da ona əyani 

sübutdur ki, Halal etiketi yalnız alıcını cəlb etmək, malı satmaq və yalan 

yolla mülk əldə etməkdir”.  

“əl-Atima” 165-166.  

 

8. Sual: Hörmətli Şeyx, Çin dövlətinə köçməzdən öncə eşitmişdim ki, 

müsəlman  bir  kimsəyə  ateistlərin  kəsdikləri  heyvanların  ətlərini  yemək 

haramdır. Öxuduğum Universitetdə müsəlmanlara aid bir yeməkxana var. 

Orada bizə ət yeməkləri verirlər. Lakin mən arxayın deyiləm  ki, bu İslam 

dininə uyğun  olaraq kəsilib  və  mən bu cür ət  məhsullarının  yeyilməsində 

şübhə  edirəm.  Mənim  dostlarım  isə  heç  bir  şübhə  etməyərək  bu  ət 

məhsullarını  yeyirlər.  Onlar  düzmü  edirlər,  yoxsa  qadağan  olunmuş  əti 




 

58 


yeyirlər?  Həmçinin  müsəlmanlarla,  qeyri  müsəlmanların  qab-qacaqlarını 

da ayırmaq olmur. Bu məslədə mən nə edə bilərəm?  



Şeyx  İbn  Baz  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Kitab  Əhli  istisna 

olmaqla kafirlərin kəsdikləri heyvanların ətlərini yemək olmaz. Bunlar da 

istər atəşpərəst olsun, istərsə də bütpərəst. Onların  hər biri kafirlərdir. Bu 

ətlərin  bulyonu  da  haramdır,  çünki  Allah  kafirlərin  yeməklərini  bizə 

haram  etmişdir  Kitab  Əhlindən  başqa.  “Bu  gün  pak nemətlər  sizə  halal 

edilmişdir.  Kitab  əhlinin  yeməkləri  sizə,  sizin  yeməkləriniz  isə  kitab 

əhlinə  halaldır!...”  (əl-Maidə  5).  “İbn  Abbas  –  radıyallahu  anhu  –  nun 

dediyi kimi: “Yemək – onların kəsdikləri heyvanların ətləridir”.  

O,  ki  qaldı  meyvə  və  tərəvəzə  bu  kimi  şeylərin  istifadəsində  heç  bir 

problem yoxdur, çünki onlar qadağan olunmuş yeməklərin içərisinə daxil 

olmurlar.  Müsəlmanların,  həqiqi  müsəlmanların,  Allaha  şərik  qoşmayan, 

qəbirlərə  ibadət  etməyən,  nə  Peyğəmbəri,  nə  övliyanı  heç  kəsi  köməyə 

çağırmayan  müsəlmanların  yeməkləri  həm  müsəlmanlara,  həm  də 

qeyrilərinə halaldır.  

Qab-qacağa  gəldikdə  isə  müsəlmanın  ayrıca  özlərinə  məxsus  qabları 

olmalıdır.  Kafirlərin  istifadə  etdikləri,  içərisində  içki  və  yeməklərini 

saxladıqları qabları yox. Əgər müsəlmanlar bunu bacarmasalar bu zaman 

kafirlərin  istifadə  etdikləri  qabları  yumalı  və  sonra  içərisinə  yemək 

qoymalıdırlar. Əbu Sələbə əl-Xuşani – radıyallahu anhu - rəvayət edir ki, 

bir  gün  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  dən:  “Ya  Rəsulallah! 

Biz Kitab Əhlinin hakimiyyəti altında olan torpaqlarda yaşayırıq. Onların 

qab-qacaqlarından  yeməkdə  istifadə  edə  bilərikmi?”.  Peyğəmbər:  “Kitab 

Əhlinə  gəldikdə  əgər  başqa  bir  şey  tapa  bilərsinizsə  onların  qablarından 

istifadə  etməyin.  Əgər  tapa  bilməsəniz  onların  qablarını  yuyub  istifadə 

edin....”. Buxari 5478.  

“Məcmuu Fətava Va Məqalət” 4/435.  

9.  Sual:  Hörmətli  Şeyx,  Qeyri  İslam  dövlətlərində  istifadə  etdiyimiz 

ət,  toyuq  və  balıq  məhsulları  barəsində  şəriət  hökmü  nədir?  Bildiyimiz 

kimi  onlar  şəriətə  uyğun  olmayaraq  heyvanları  kəsirlər.  Biz  sadəcə 

yeməkdən öncə Bismilləh deyib yesək kifayət edərmi?  



Şeyx  AbdurRahman  əl-Barrak  –  hafizahullah  –  deyir  ki:  “Balığa 

gəldikdə o, halaldır. Çünki balığın halal  olması  onun  kəsilmə üslubundan 

və  Allahın adının zikr olunmasından aslı deyildir. Şirkətlər və Kitab Əhli 

tərəfindən tədarük edilən digər ət məhsullarına gəldikdə isə onlar halaldır, 

əgər  onların  öldürülmə  üslubu  -  elektrik  cərəyanı,  başından  küt  alətlə 

vurulması  və  s.  üsullar  hansıki  Avropa  ölkələrində  məşhurdur  –  məlum 

deyilsə.  “Bu  gün  pak  nemətlər  sizə  halal  edilmişdir.  Kitab  əhlinin 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə