Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə25/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

 

49 


Qurani  Kərimin  əzab  vəd  edən  ayələrinə  aiddir:  “Həqiqətən,  yetimlərin 

mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və 

onlar  (Qiyamətdə)  alovlu  Cəhənnəmə  girəcəklər”.  (ən-Nisa  10).  Bu  və 

digər belə əzab vəd  edilən ayələr haqdır. Lakin  müəyyən bir insanın belə 

əzaba  düçar  olmasını  demək  olmaz.  Ümumiyyətlə  Qiblə  əhli  sayılan 

müəyyən  bir  insanın  Cəhənnəmlik  olmasına  şahidlik  edilməz.  Çünki  ola 

bilər  onun  barəsində  əzabın  haqq  olmasına  aid  şərtlər  tamamlanmasın, 

yaxud  bu  əzaba  mane  olan  səbəblər  olsun.  Məs:  Etdiyi  əməlin  haram 

olmasını  eşitməyib,  tutduğu  haram  işdən  tövbə  edib,  ola  bilər  qazandığı 

böyük  savablar  etdiyi  haram  işin  günahını  yusun,  həmçinin  ola  bilər  ki, 

başına  gələn  müsibətlər  günahının  bağışlanmasına  səbəb  olsun  və  ya 

Allahın razılıq verdiyi kimsə ona şəfaətçi olsun. Deyilən insanı kafir edən 

sözlər  də  belədir.  Ola  bilər  kimsə  haqqı  bilməsi  üçün  şəriət  dəlilləri 

yetişməyib, yaxud da ola bilər ona çatıb, lakin onların mötəbərliyinə əmin 

olmayıb,  bəlkə  onları  başa  düşmək  imkanı  olmayıb  və  ya  onun  qarşısına 

qoyulan  şübhələrə  görə  Allah  onu  üzürlü  saysın.  Haqqı  axtarmaq  üçün 

ictihad  edib  səhf  nəticəyə  gələn  hər  bir  müsəlmanın  səhfini  Allah 

bağışlayır.  Bunun  elmi  və  ya  nəzəri  məsələlərdə  olmasının  fərqi  yoxdur. 

Bu

 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  səhabələrinin  və  bütün 



İslam  alimlərinin  görüşüdür.  Onlar  inkar  baxımından  əməlləri  hissələrə 

bölməmişlər.  Əsas  əməlləri  inkar  edənin  kafir,  ikinci  dərəcəli  əməlləri 

inkar  edənin  isə  kafir  olmaması  görüşünü  dəstəkləmşlər”.  “Məcmuu 

Fətava” 23/345-346. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Mən 

Allahın Ərşi üzərində olmasını qəbul etməyən Hülulilərdən – Allahın hər 

bir  insanın  daxilində  olmasını  deyən  azğın  firqə  -  və  inkarçılardan  olan 

Cəhmilərin  fitnəsi  baş  verən  zaman  onlara  deyərdim.  Əgər  mən  sizin 

dediklərinizi  desəm  mən  kafir  olaram.  Çünki  sözlərinizin  küfr  olduğunu 

bilirəm. Sizi isə kafir hesab etmirəm. Ona görə ki, cahilsiniz. Bu müraciət 

onların  alimlərinə,  qazılarına,  şeyxlərinə  və  başçılarına  ünvanlanmışdır. 

Onların  cəhalətlərinin  əsli  əqli  şübhələr  üzərində  qurulmuşdur.  Buna 

səbəb  səhih  nəql  və  ona  müvafiq  olan  sağlam  düşüncəni  dərk  edə 

bilmədikləri  olmuşdur.  Ona  görə  də  onların  cəhalətlərinə  və  iftiralarına 

eyni  tərzdə  kafir  adlandırmaqla  cavab  vermərik”.  “Raddu  aləl  Bəkri” 

2/493.  


Muhəmməd  b.  AbdulVahhab  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Biz 

AbdulQadirin qübbəsindəki bütə sitayiş edən  kimsələri, həmçinin Əhməd 

Bədəvinin  qəbrinə  ibadət  edən  kimsələri  cahillikləri  və  onlara  bu 

əməllərinin səhf olmasını başa salacaq insanlar olmadığı üçün onları təkfir 

etmirik.  Bizi  təkfir  etmədiyi  və  bizimlə  savaşmadığı  halda  Allaha  şərik 



 

50 


qoşmayan  şəxsləri  bizə  hicrət  etmədi  deyə  necə  kafir  adlandıra  bilərik? 

Subhənəllah!  Bu  bizə  qarşı  olan  böyük  iftiradır”.  Dəhlan  “Siyanətul 

İnsan” 449. Muhəmməd b. AbdulVahhab – rahmətullahi aleyhi – ondan: 

“Bir  kimsə  hansı  günahdan  ötrü  təkfir  edilir  və  hansı  günahdan  ötrü 

onunla  döyüşlür  deyə  soruşan  bir  kimsəyə  verdiyi  cavabıda  deyir  ki: 

“İslamın rükunları beşdir. Bunların ilki Şəhadət Kəliməsidir. Sonra digər 

rükunlar gəlir. Bu rükunları bir kimsə iqraq etdiyi halda təmbəllik səbəbilə 

tərk edərsə, biz o, kimsə ilə rükunu tərk etdiyindən ötrü döyüşsək də, onu 

öldürsək də əsla təkfir etmərik. Fərziyyətini inkarsız təmbəllik səbəbilə bir 

rükunu  tərk  edənin  küfründə  alimlər  ixtilaf  etmişlər.  Bütün  alimlərin, 

küfründə  icma  etdikləri  şeyi  biz  də  təkfir  edirik.  O,  da  Şəhadət 

kəliməsidir”. “əd-Durus Səniyyə” 1/70.  

Müsəlman  bir  kimsənin  kəsdiyi  əti  yemək  olmaz  demək,  eynilə  onu 

təkfir  etmək  deməkdir.  Buna  görə  də  bir  kimsəni  küfrdə  ittiham  etmək, 

müşrik,  kafir,  fasiq,  bidətçi  və  s.  demək  təhlükəli  məsələlərdəndir  və  bu 

məsələdə  şübhələr  aradan  qaldırılmadıqca  və  maneələr  dəf  edilmədikcə 

bir  kimsəyə  hüccət  qaldırmaq  olmaz.  Lakin  hüccəti  də  dünənki  fasiq, 

günahkar qaldırmamalıdır. Bunu edən Qazı olmalıdır.  

Günümüzdə  olan  təkfir  əhli  sağa-sola  istədiklərini  kafir,  münafiq, 

fasiq adlandırırlar. İstədiyinə münafiq adını verir, istədiyindən də münafiq 

adını  qaldırır.  Sünbhənəllah!  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

Allah  ona  xəbər  vermədikcə  heç  kəsin  münafiq  olduğunu  bilmirdi.  Əbu 

Bəkr,  Ömər  –  radıyallahu  anhum  -  kimi  səhabələr  münafiqləri 

tanımırdılar. Ömər – radıyallahu anhu – kimi səhabə Huzeyfə b. Yəmən – 



radıyallahu  anhu  -  ya  deyərdi:  “Ey  Huzeyfə!  Allah  haqqı  üçün  söylə, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  onlar  arasında  mənim  adımı 

zikr edibmi?”. Huzeyfə: “Xeyr, lakin səndən sonra heç kimsəyə bu haqda 

bir  şey  söyləməyəcəyəm”  deyə  cavab  verdi.  “Fəthul  Bəri”  1/109. 

İnsanların qəlblərinə girib oradan xəbər verməyi ilk dəfə onların babaları 

Zul  Xuveysrə  qoymuşdu.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  ə: 

“Ey Muhəmməd! Allahdan qorx, adil ol!” demişdir. Buxari, Müslim.  

Həmçinin: Bəzi kimsələr şübhə salaraq deyirlər ki: “Günümüzdə olan 

Kitab Əhli - əvvəlki Kitab Əhli kimi deyildir. Çünki onlar heyvanı Oğul, 

Ata  və  Müqəddəs  ruh  naminə  kəsirlər.  Onda  belə  bir  sual  çıxır.  Məgər 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  dövründə  yaşayan  Kitab 

Əhli qeyri adi idi? Onlar da Oğul, Ata və Müqəddəs ruh deyirdilər. “Allah 

üçün  (üç  ilahinin)  üçüncüsüdür!”  –  deyənlər,  əlbəttə,  kafir  olmuşlar. 

Halbuki  bir  olan  Allahdan  başqa  heç  bir  tanrı  yoxdur.  Əgər  onlar 

dediklərinə  son  qoymasalar,  onlardan  kafir  olanlara,  şübhəsiz  ki, 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə