Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   24   25   26   27   28   29   30   31   32

 

53 


verilir.  Lakin  elektirik  cərəyanı  zamanı  heyvan  ölərsə  bu  cür  əti  yemək 

olmaz. Çünki ölü (leş) sayılır”.  

 

MÜASİR SƏLƏF ALİMLƏRİNİN KƏSİLMİŞ 

HEYVANIN HÖKMÜ BARƏSİNDƏ 

1.  Sual:  Hörmətli  Şeyx,  sizə  məlumdur  ki,  bu  gün  Kitab  Əhli  olan 

dövlətlərdə  müxtəlif  dinlərə  məxsus  olan  bir  çöx  millətlər  bir  birinə 

qarışmışlar  və  bu  səbəbdən  də  onların  kəsdiyi  heyvanlar  barəsində  olan 

şübhələr bu ölkələrdə daha çoxdur. Şəriətin onların kəsdiyi heyvanların əti 

barəsində  hökmü  nədir?  Bu  məsələdə  (sualda)  təfsilata  varmağa  və 

dəqiqləşdirməyə  ehtiyac  varmı?  Xahiş  edirik  sizdən  bu  suala  bir  aydınlıq 

gətirəsiniz, çünki bu məsələ bizi çox çaşqınlığa salıb.  

Şeyx  Useymin  –  rahmətullahi  aleyhi  - deyir  ki: “Kəsilmiş heyvanın 

ətinin yeyilməsi aslıdır insanın bilməsindən və ya ehtimal etməsindən ki, 

heyvanı  kəsən  kimsə  ətinin  yeyilməsinə  icazə  verilən  qrupdandır. 

Bunlarda Kitab Əhli (Yəhudi  və Xaçpərəst) və Müsəlmanlardır. Heyvanı 

kəsən  kimsənin  Yəhudi  və  Xaçpərəst  olmasında  şübhə  etsək,  əgər 

şübhəmizin  60-70%  onların  Kitab  Əhli  olmasını  ehtimal  etsə  onlar 

tərəfindən  kəsilmiş  heyvanın  ətini  yemək  olar.  Lakin  şübhəmizin  çox  % 

onların  Kitab  Əhli  olmadığını  bizə  xəbər  verərsə  bu  zaman  kəsilmiş  əti 

yemək olmaz. Beləliklə bizdə kəsilmiş heyvanlarla bağlı beş hal var:  

1.  Biz  bilirik  ki,  kəsilmiş  heyvan  Kitab  Əhli  tərəfindən  kəsilib.  Bu 

halda bu cür əti yemək halaldır.  

2. Biz ehtimal edirik ki, kəsilmiş heyvan Kitab Əhli tərəfindən kəsilib. 

Bu halda bu cür əti yemək halaldır. 

3.  Biz  şübhədəyik  bu  ətin  Kitab  Əhli  tərəfindən  kəsilib 

kəsilməməsində.  

4.  Biz  şübhədəyik.  Lakin  şübhəmizin  çox  %  onların  Kitab  Əhli 

olmadığını bizə xəbər verir. Bu halda bu cür əti yemək qadağandır.  

5. Biz  qəti  olaraq bilirik  ki, heyvanı  kəsən  kimsə Kitab Əhli  deyildir. 

Bu halda bu cür əti yemək qadağandır.  

Bu beş haldan üçü qadağan olunmuş, ikisi isə halaldı. Biz eşitmişik ki, 

Amerika  dövlətində  heyvanları  elektrik  cərəyanı  ilə  vurub  (heyvan 

ölməmişdən)  öncə  qanını  axıdırlar.  Canı  çıxmamış  kəsilən  heyvanların 

ətləri  isə  halaldı.  “Ölü  (kəsilmədən  ölüb  murdar  olmuş)  heyvan,  qan, 

donuz  əti,  Allahdan  başqasının  adı  ilə  (bismillah  deyilmədən)  kəsilmiş, 

boğulmuş,  (küt  alət  və  ya  silahla)  vurulmuş,  (bir  yerdən)  yıxılaraq 

ölmüş,  (başqa  bir  heyvanın  buynuzu  ilə)  vurulub  gəbərmiş,  vəhşi 

heyvanlar  tərəfindən  parçalanıb  yeyilmiş  -  canı  çıxmamış  kəsdiyiniz 



 

54 


heyvanlar  müstəsnadır  -  dikinə  qoyulmuş  daşlar  (bütlər  və  ya  Kəbənin 

ətrafındakı  bütpərəst  qurbangahlar)  üzərində  kəsilmiş  heyvanlar  və  fal 

oxları ilə pay bölmək sizə haram edildi”. (əl-Maidə 3). Həmçinin bu cür 

ölkələrə  gedən  bir  çox  cavan  nəsillərdən  eşitmişəm  ki,  hal-hazırda 

(kafirlər)  qanı  axıdılmamış  heyvanların  ətinin  satış  üçün  yararlı  olmadığı 

aydın  olub  və  onlar  qanın  axıdılmasını  müsəlmanlardan  fərqli  edirlər. 

Onlar  boyunduruq  damarını  kəsir,  digər  boyun  damarına  isə  aparat 

qoşurlar ki, üfürərək qanı çıxarsın. Həqiqətdə  isə bu qanın axıdılmasıdır, 

sadəcə  fərqli  üsulla.  Mümkündür  ki,  günlərin  birində  onlarda 

müsəlmanların  etdikləri  (boyun  damarlarını  kəsməklə  qanın  axıdılması) 

üsuluna qayıtsınlar.  

Lakin  məsələ  nə  olursa  olsun  (kəsilmiş  heyvanın  halal  və  ya  haram 

olması  barəsində),  əgər  sən  şübhələrdən  qaçmaq,  problemlərdən  uzaq 

olmaq istəyirsənsə bu zaman balıq yeməyin daha məsləhətlidir.  



“Fətava İbn Useymin” 1182.  

 

2.  Sual:  Hörmətli  Şeyx,  elektrik  cərəyanı  ilə  vurulmuş,  lakin  başının 

kəsilərək,  qanının  axıdıldığı  heyvanlar  barəsində  bir  açıqlama 

gətirməyinizi xahiş edirik?  



Şeyx  Useymin  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Başı  kəsildikdən 

sonra  qanı  axırsa  bu  onu  göstərir  ki,  elektrik  cərəyanı  heyvanı  yalnız 

zəiflətmək  (keyləşdirmək)  üçün  istifadə  edilir.  Bu  halda  bu  cür  üsulla 

kəsilmiş heyvanın ətini yemək  halaldır. Peyğəmbər – sallallahu aleyhi və 



səlləm – buyurdu: “Qanı axıdılmış və Allahın adı ilə zikr edilmiş heyvanın 

ətindən  yeyin”.  Buxari  2488.  Əgər  elektrik  cərəyanı  ilə  heyvan 

öldürülmüş olsaydı  ondan qan heç vaxt çıxmazdı. Çünki heyvan öldükdə 

artıq  qanın  forması  dəyişir  və  laxtalanma  baş  verir  ki,  bu  da  qanın 

çıxmasının  qarşısını  alır.  Lakin  məsələ  nə  olursa-olsun,  qardaşımızın 

dediyi kimi əgər elektrik cərəyanı ilə vurulmuş heyvanı canı çıxmamışdan 

qabaq  kəsib  qanını  axıdıblarsa  bu  şəriətə  uyğundur”.  “Ölü  (kəsilmədən 

ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə 

(bismillah  deyilmədən)  kəsilmiş,  boğulmuş,  (küt  alət  və  ya  silahla) 

vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) 

vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı 

çıxmamış  kəsdiyiniz  heyvanlar  müstəsnadır  -  dikinə  qoyulmuş  daşlar 

(bütlər  və  ya  Kəbənin  ətrafındakı  bütpərəst  qurbangahlar)  üzərində 

kəsilmiş  heyvanlar  və  fal  oxları  ilə  pay  bölmək  sizə  haram  edildi”.  (əl-

Maidə  3).  Ayədə  sadalananların  hər  biri  haram  edilmişdir,  yalnız  canı 

çıxmadan  kəsdiyimiz  heyvanlar  müstəsnadır.  Elektirik  cərəyanı  ilə 

öldürülmüş  heyvan  boğularaq  öldürülmüş  heyvanın  misalındadır.  Allah 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə