Положение мяса животных


şiddətli  bir  əzab  üz  verəcəkdir



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

 

51 


şiddətli  bir  əzab  üz  verəcəkdir  (toxunacaqdır)”.

  (əl-Maidə  73). 



“Yəhudilər:  “Üzeyr  Allahın  oğludur”,  xaçpərəstlər  də:  “Məsih  (İsa) 

Allahın oğludur”, - dedilər. Onların ağzında gəzən bu (boş) sözlər daha 

öncə küfr edənlərin (“mələklər Allahın qızlarıdır” - deyənlərin) sözlərinə 

bənzəyir.  Allah  onları  öldürsün!  (Allah  onlara  lənət  eləsin!)  Necə  də 

(yalana uyub haqdan) döndərilirlər!”.

 (ət-Tövbə 30). 

 

Həmçinin:  Onlar  deyirlər  ki,  kəsdikləri  heyvanların  ətlərinin 

yeyilməsinə  icazə  verilən  Kitab  Əhli  -  İsrail  övladlarıdır.  İmam  ət-Təbəri 



– rahmətullahi aleyhi - deyir ki: “İmam Şafii – rahmətullahi aleyhi - nin 

bu ayənin: “Kitab Əhlinin yeməkləri sizə halal edildi” təfsirində dedikləri 

xətadır.  O,  qeyd  edir  ki,  bu  ayədə  qəsd  olunan  Yəhudi  və  Xaçpərəstlər, 

Tövrat  və  İncil  nazil  olmuş  İsrail  övladlarından  olan  kimsələrdir.  Lakin 

səhih  odur  ki,  Adəm  övladının  nəslindən  gələn  istənilən  Yəhudi  və 

Xaçpərəst millətinin kəsdikləri heyvanların ətlərini yemək olar (Dinimizin 

icazə verdiyi heyvanlar)”. “Təfsir ət-Təbəri” Maidə 5.  

Həmçinin:  Əli  –  radıyallahu  anhu  –  da  Nəsrani  olan  Bəni  Təqib 

qəbiləsinin  kəsdikləri  heyvanların  ətlərini  yeməyi  qadağan  edirdi.  O, 

deyirdi:  “Nəsrani  olan  Bəni  Təqlib  qəbiləsinin  kəsdikləri  heyvanların 

ətlərini yeməyin”. Təbəri 8897. Əli – radıyallahu anhu – belə hesab edirdi 

ki, bu qəbilə Kitab Əhlinin dininə layiqincə itaət etmirdilər. Kitab Əhlinin 

halal  və  haramını,  Halal  və  haram  saymırdılar.  Lakin  buna  baxmayaraq 

İbn  Abbas,  Həsənul  Bəsri,  İkrimə,  Şabii,  Zuhri,  Ata,  Qatadə  -  Allah 

onlardan razı olsun – Nəsrani olan Bəni Təqlib qəbiləsinin  kəsdikləri əti 

yeməyi  və  qadınları  ilə  evlənməyi  halal  görürdülər.  “Təfsir  ət-Təbəri” 

5/169.  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Səhabələrin 

çoxluğu  Nəsrani  olan  Bəni  Təqlib  qəbiləsinin  kəsdikləri  ətlərin 

yeyilməsini  icazəli  hesab  ediblər  və  Əli  –  radıyallahu  anhu  –  dan  başqa 

bu  əməli  qadağan  edən  bir  kimsə  də  yoxdur.  Alimlər  belə  bir  qərara 

gəliblər  ki,  bu  məsələdə  ən  gözəl  rəy  Ömər  və  İbn  Abbas  –  radıyallahu 

anhum  –  un,  Bəni  Təqlib  qəbiləsinin  qadınları  ilə  evlənmək  və  kəsdikər 

heyvanların ətlərini yemək icazəlidir. Abu əl-Asram deyir ki: “Mən Əli – 



radıyallahu  anhu  –  dan  başqa  bu  əməli  qadağan  edən  başqa  bir  səhabə 

tanımıram”. “Məcmuu Fətava” 35/678.  

Özünü  Kitab  Əhlinə  (Yəhudi  və  Xaçpərəst)  aid  edən  kimsələrin 

kəsdikləri  heyvanların  ətlərini  Allah  bizə  halal  etmişdir  və  heç  bir  fərq 

yoxdur istər onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dövründə 

yaşayan Kitab Əhli olsun, istərsə də ondan sonra. Peyğəmbər – sallallahu 



aleyhi  və  səlləm  –  in  dövründə  icazə  verilən  hər  bir  şey  Qiyamət  gününə 

qədər  də  icazəlidir.  “əl-Cami”  1/663.  Buna  görə  də  bu  məsələdə  şübhəyə 




 

52 


düşmək  əsası  olmayan  bir  şeydir.  Dində  qaranlıq  bir  şey  olsaydı 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – mütləq onu bizə xəbər verərdi. 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bu ümmətinə olan sevgi və 

qayğısı,  hər  bir  kəsin  dinə  olan  sevgi  və  qayğısından  daha  çoxdur.  Buna 

görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cəhənnəmə və Cənnətə 

aparan,  günaha  və  savaba  aparan  bütün  yolları  bizə  xəbər  vermişdir. 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Sizi  Cənnətə 

yaxınlaşdıracaq  elə  bir  əməl  yoxdur  mən  onu  sizə  əmr  etməyim  və  sizi 

Cəhənnəmə yaxınlaşdıracaq elə bir əməl yoxdur ki, mən onu sizə qadağan 

etməyim”. Təbərani, “Səhih Silsilə” 2866. Peyğəmbər – sallallahu aleyhi 



və səlləm – buyurdu: “Sizə gecəsi gündüzü kimi tərtəmiz bir yol qoyuram. 

Bundan  sonra  kimsə  yolundan  azmaz.  Azanlar  isə  həlak  olurlar”.  İmam 

Əhməd “Musnəd”.  

Həmçinin:  Qeyd  edirlər  ki,  günümüzdə  olan  Kitab  Əhli  və  ya 

müsəlmanlar  heyvanı  kəsmirlər.  Onlar  elektrik  cərəyanı  ilə  vurub 

öldürürlər. Allah – subhənəhu və təalə - Peyğəmbər – sallallahu aleyhi və 

səlləm – i ətin necə kəsildiyini, Bismilləh – deyib-demədiyini öyrənməklə 

mükəlləf etməmişdir. Yalnız öyrənilməsi icazə verilən kəsənin Kitab Əhli 

və  ya  müsəlman  olub-olmadığıdır.  Aişə  -  radıyallahu anhə  -  rəvayət  edir 

ki,  bir  qrup  insanlar  Peyğəmbər  –  sallallahu aleyhi  və  səlləm  –  in  yanına 

gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində 

Allahın  adının  zikr  olunub-olunmadığını  bilmirik?”.  Peyğəmbər:  “Bunun 

üçün siz Bismilləh deyib, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş 

kimsələr  idi.  Buxari  2057.  Ənəs  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki: 

“Xeybər günü Yəhudi bir qadın Peyğəmbər – sallallahu aleyhi və səlləm – 

ə  zəhər  qatılmış  qoyun  budu  gətirir.  Peyğəmbər  –  sallallahu  aleyhi  və 



səlləm  –  həmən  ətdən  yeyir”.  Buxari  2617,  Müslim  2190.  Hədisdən 

görünür  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  həmin  Yəhudi 

qadından ətin  nə cür və  necə  kəsildiyi barədə heç bir şey soruşmur. Əbu 

Hureyrə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 



aleyhi  və  səlləm  –  buyurdu:  “Sizlərdən  bir  kimsə  müsəlman  qardaşının 

(evinə) qonaq getsə, o da onun qarşısına yemək qoysa qoy onun yeməyini 

yesin  və  bu  haqda  heç  bir  şey  soruşmasın.  Əgər  içməyə  bir  şey  verərsə 

qoy  içsin  və  heç  bir  şey  soruşmasın”.  Əhməd  8933,  Darakutni  4/258, 

“Səhih  Silsilə”  627.  Allah  bizlərə  hər  namaz  vaxtı  dəstəmaz  almağı  əmr 

edib.  Cünub  ikən  qüsul  almağı  əmr  edib  və  s.  Lakin  sənə  namaz  zamanı 

imamın  dəstəmazının  olub-olmadığını  öyrənmək  əmr  olunmayıb.  Daimi 

Fətvalar  Komitəsi  22/445  deyirlər  ki:  “Əgər  heyvan  elektrik  cərəyanı 

vurularaq  (asantlıqla  kəsmək  üçün)  yerə  yıxılırsa  bu  cür  əti  yemək  icazə 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə