Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

 

47 


dində  çox  ifratçılıq  (şişirtmək)  məhv  etdi”.  Nəsəi  4/49,  İbn  Məcə  3/29, 

Əhməd 1/215, əl-Albani Səhih. Peyğəmbər – sallallahu aleyhi və səlləm – 

buyurdu: “İfrata varanlar məhv oldular”. Müslim 2670, Əbu Davud 4608.  

İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Dində  çox  ifrat  – 

sözləri  ümumidir  və  özündə  bütün  növ  ifratçılığı  əhatə  edir.  Bu  da  istər 

etiqadda, istərsə də əməllərdə olsun”. “İqtida” 1/328. Hafiz İbn AbdulBər 



– rahmətullahi aleyhi - deyir ki: “Müsəlman bir kimsənin kəsdiyi hər bir 

şeyi  yemək  icazəlidir  və  hesab  etmək  lazımdır  ki,  o  Allahın  adını  zikr 

edərək  kəsmişdir.  Çünki  müsəlman  haqqında  əksi  sübut  olunana  qədər 

yaxşıdan başqa heç bir şey düşünmək olmaz”. “Neylul Əvtar” 4/327.  

Ətin  halı  onu  kəsənin  halından  aslıdır.  Əgər  heyvanı  kəsən  kimsə 

müsəlmandırsa  və  onu  İslamdan  çıxardacaq  (açıq-aydın)  bir  küfr,  şirk 

əməli  yoxdursa,  həmçinin  onun  kəsdiyi  heyvanın  üzərində  Allahın  adını 

zikr edib, etmədiyi bilinmirsə bütün alimlərin ittifaqı ilə belə bir əti yemək 

olar. “Əhkamul Zəbh” 57.  

Əhli Sünnə Vəl Cəmaat əqidəsinin əsaslarından biri də budur ki, onlar 

cahil  və  təvilçi  bir  kimsənin  küfrə  aparan  bir  əməl  etməsi  halında  –  tərk 

edənin  kafir  olmasına  səbəb  təşkil  edəcək  olan  –  dəlili  ona  qarşı  ortaya 

qoymadıqca  İslam  dinindən  çıxdığını  söyləməzlər.  Onlar  yenə  də  qəlbi 

iman  ilə  dolu  olub  onunla  rahat  və  hüzur  tapması  ilə  məcbur  edilən  bir 

kimsəni də küfrə aparan bir əməl etməsiylə və ya sözüylə dindən çıxdığını 

söyləməzlər. Çünki küfrün əsası qəstli olaraq yalanlamaq, küfrdən qəlbən 

razı  olmaq,  küfrə  inanmaq,  küfrdən  sevinmək  və  rahatlıq  hiss  etməkdir. 

Necə  ki,  kafir  imanı  küfrdən  üstün  tutmadıqca  mömin  olmaz,  eləcə  də 

mömin  məqsədli  şəkildə  küfrü  imandan  üstün  tutmadığı  halda 

müsəlmanların rəyinə görə kafir sayılmaz. Kitab və Sünnədən bir işin küfr 

olduğunu  ortaya  qoyan  bir  dəlil  olmadığı  müddətdə  kimsənin  kafir 

olduğuna hökm etməzlər. Bir kimsə bu hökm üzərə öləcək olarsa işi Uca 

Allaha  qalmışdır.  Dilərsə  ona  əzab  edər,  dilərsə  onu  bağışlayar. 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah kimə bir əməl 

qarşılığı savab vəd  etsə  Allah  onu şübhəsiz  ki, yerinə yetirəcəkdir. Kimə 

də bir əməl  qarşılığında cəza vəd  etsə  Allah  onda ixtiyar sahibidir (istəsə 

ona  əzab  verər,  istəsə  onu  bağışlayar)”.  Əbu  Yəla  “Musnəd”  3316,  İbn 

Əbi  Asim  “Sünnə”  960,  əl-Albani  “Səhih  Hədislər  Silsiləsi”  2463.  Belə 

bir  kimsəyə  qarşı  haqq  açıqlanmadığı  müddətdə,  onun  haqqında  belə 

hökm  verməzlər.  Haqqın  açıqlanması  isə  ona  qarşı  dəlilin  ortaya 

qoyulması  və  şübhəsinin  aradan  qaldırılması  ilə  olur.  Müəyyən  bir 

kimsəni  də  yalnız  lazımı  şərtlərin  gerçəkləşməsindən  və  maneələrin 

ortadan  qalxmasından  sonra  təkfir  eərlər.  Qəti  plaraq  müsəlman  olduğu 




 

48 


sabit  olan  kimsənin  bu  müsəlmanlığı  şübhə  ilə  ortadan  qalxmaz  – 

şəkilindəki  Sələfi  qaydalarının  işığında  Sələfi  Saleh  hərəkət  etmiş  və  bu 

baxımdan insanları təkfir etməkdə insanlar arasında ən uzaq kimsələrdir.  

Şeyx  Saleh  Əli  Şeyx  –  hafizahullah  -  deyir  ki:  “(Bu  alim  namazı 

tənbəllik  ilə  tərk  edəni  (buraxanı)  kafir  sayanlardandır)  Bir  kimsənin 

sadəcə  namazı  tərk  etdiyinə  görə  Dindən  çıxdığı  hökmü  verilməz.  Lakin 

ümumi  olaraq  deyilir  ki:  Kim  namazı  tərk  edərsə  -  Kafirdir.  O,  ki  qaldı 

fərdi (müəyyən) şəxsə onu küfrdə ittiham etmək və kafirlərə tətbiq olunan 

qaydaları  onun  üzərinə  tətbiq  etmək  üçün  vacibdir  ki,  bu  qərarı  qazı 

versin.  Çünki  Qazı  ondan  bütün  şübhələri  dəf  edir,  onu  tövbə  etməyə 

çağırır o, namaza başlayana qədər”. “Şərh 40 Hədis” 21. Burada daha bir 

fayda  da  vardır:  Qazı  namaz  qılmayan  bir  müsəlmanı  namaza  dəvət 

etməsi  dəlildir  ki,  namaz  qılmayan  kafir  deyildir.  Çünki  kafiri  namaza 

yox, İslama dəvət  edirlər. İmam Təhavi – rahmətullahi aleyhi - deyir ki: 

“Namazı  tərk  edənin  (qılmayanın)  kafir  olmadığına  dəlil  odur  ki,  biz 

kafirə  namaz  qılmasını  əmr  etmirik.  Əgər  namazı  tərk  edən  (qılmayan) 

kafir olsaydı biz ona İslamı qəbul etməsini əmr edərdik. Əgər İslamı qəbul 

etsə  ondan  sonra  biz  ona  namaz  qılmasını  əmr  edərdik.  Lakin  biz  belə 

etməyib  ona  namaz  qılmasını  əmr  edirik.  Çünki  o,  namaz  əhlindən 

sayılır”. “Muşkukl Əsar” 4/228. 

Şeyx  Useymin  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “(Əgər  söhbət 

müəyyən  şəxsdən  gedirsə)  Qadağandır  bir  kimsəni  müşrik,  kafir  və  ya 

lənətlənmiş  adlandırmaq  bu  əməllərinə  görə.  Çünki  bunun  öz  şərtləri  və 

maneələri  vardır.  Buna  görə  də  müəyyən  şəxsi  hansı  ki,  qazancı 

rüşvətdəndir lənətləmirik. Çünki ola bilər ki, elə şeylər vardır ki, o lənətin 

ona  gəlməsinin  qarşısını  alır  məs:  cahillik  və  şübhə.  Həmçinin  şirk  də 

belədir.  Biz  müəyyən  bir  insanı  şirk  etdiyinə  görə  müşrik  adlandırmırıq. 

Ola bilər ki, ona dəlilin çatmaması və ya onun ətrafında yaşayan alimlərin 

səhlənkarlığından  dəlillər  çatmayıb.  Alimlərin  bu  məslədə  biganəliyi 

qadağan  edir  müəyyən  bir  şəxsə  kafir  deməyə…  Ölüdən  bir  şey  istəmək 

şirkdir,  lakin  müəyyən  bir  şəxsi  bu  əməlinə  görə  müşrik  adlandırmaq 

qadağandır  ta  ki,  hüccətin  ona  çatdığı  bizlərə  bəlli  olana  qədər”.  “Şərh 

Kitabu Tovhid” 29-30.  

İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  -  filan  sözü  deyən  kafir  olur  – 

sözü barəsində deyir ki: “Həqiqətdə məsələ belədir: Ola bilər deyilən söz 

küfr  olsun  və  belə  bir  söz  deyən  insanın  ümumi  ifadələrlə  kafir  olması 

deyilsin.  Məs:  Kim  belə  deyərsə  o,  kafirdir.  Lakin  bunu  deyən  fərdi 

insanın  kafir  olmasına  hökm  vermək  olmaz.  Bunun  üçün  hüccət 

çatdırılmalıdır. Elə bir hüccət ki, ona qarşı çıxan artıq kafir olar. Bu qayda 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə