Положение мяса животных


Səbəbsiz  Yerə  Heyvanları  Öldürmək  Qadağan



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

 

29 


Səbəbsiz  Yerə  Heyvanları  Öldürmək  Qadağan 

Edilmişdir 

İbn  Ömər  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “İnsanlardan  bir  kimsə  haqqı 

olmadığı halda bir sərçəni belə öldürərsə mütləq Qiyamət günü bu haqda 

soruşulacaqdır”.  Onlar:  “Ya  Rəsulallah!  Onun  haqqı  nədir?”  deyə 

soruşdular.  Peyğəmbər:  “Kəsib  yemək,  başını  kəsib  tullamamaq”.  Nəsəi 

7/239, Əhməd 4/389, əl-Albani “Səhih Tərğib” 1/631.  

 

Qurbanlıq Heyvanlarına Qarşı Mərhəmətli Olmaq 

İbn  Abbas  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  (ona  baxdığı  halda)  ayağını  qoyunun  üzünə 

qoyaraq  bıçağını  itləyən  bir  kimsənin  yanından  keçirdi.  Peyğəmbər:  “Nə 

üçün  sən  öz  bıçaqını  heyvanı  yerə  yıxmamışdan  öncə  itləməmişdin. 

Məgər  sən  onu  iki  dəfə  öldürmək  istəyirsən”.  Təbərani  “Kəbir”  3/140, 

“Əvsat” 1/31, əl-Albani səhih.  

Əbu  Yəla  Şəddad  b.  Əus  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Şübhəsiz  ki,  Allah 

hər  bir  şeydə  ehsanı  yazmışdır.  Bu  baxımdan  da  öldürdüyüünüz  zaman 

gözəl  şəkildə  öldürün.  Kəsdiyiniz  zaman  gözəl  bir  şəkildə  kəsin.  Sizdən 

(heyvanı  kəsən  şəxs)  bıçağını  yaxşıca  itləsin  və  kəsəcəyi  heyvanı 

rahatlasın”. Müslim 1955. Bəra b. Azim – radıyallahu anhu - rəvayət edir 

ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  ayağa  qalxaraq  buyurdu: 

“Dörd cür heyvandan qurban kəsmək olmaz: Bir gözü kor, xəstə, axsaq və 

qoca olan heyvanı...”. “Buluq  əl-Məram” 1351. Əli – radıyallahu anhu - 

rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  mənə  onun 

qurbanlıq  heyvanlarına  baxmağımı  və  bu  heyvanların  ətlərini,  dərilərini 

kasıblara paylamağı və qəssablara bu heyvanlardan heç bir şey verməməyi 

əmr  etdi”.  “Buluq  əl-Məram”  1354.  Əbu  Umamə  –  radıyallahu  anhə  - 

rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim 

bir  qurbanlıq  heyvanına  rəhm  edərsə  Allah  da  Qiyamət  günü  ona  rəhm 

edər”. Buxari “Ədəbul Mufrad” 381.  

 

Ümumiyyətlə Heyvanlara Qarşı Mərhəmətli Olmaq 

İbn Ömər – radıyallahu anhu - bir gün canlı bir quşu (toyuğu) hədəf 

edərək  ox  atan  Qureyşli  cavanların  yanından  keçirdi.  Hədəfə  dəyməyən 

hər bir ox qarşılığında quşun sahibinə bir ox verirdilər. Cavanlar İbn Ömər 

–  radıyallahu  anhu  -  nu  gördükdə  dağılışdılar.  İbn  Ömər:  “Kim  bunu 

edib?  Allah bunu  edənə lənət etsin. Çünki Peyğəmbər – sallallahu aleyhi 



və  səlləm  –  canlı  bir  heyvanı  hədəf  edəni  lənət  edib”.  Buxari  5515, 


 

30 


Müslim  1958.  Ənəs  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  heyvanları  hədəf  edib  öldürmək  üçün 

saxlamağı  qadağan  etmişdir”.  Buxari  5513,  Müslim  1956.  İbn  Ömər  – 



radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  buyurdu:  “Bir  qadın  evində  həps  etdiyi  pişiyə  görə  Cəhənnəmə 

düşdü.  Pişiyi  həps  edərək  nə  yemək  vermiş,  nə  də  onun  özü  üçün  ov 

etməsinə izn  vermişdir (Başqa rəvayətdə: “Fahişə bir qadın isti bir gündə 

quyunun  ətrafında  fırlanan  və  süsüzlüqdan  dilini  çıxarmış  bir  köpək 

gördü.  Qadın  ayaqqabısını  çıxarıb  (quyudan  su  götürərək)  köpəyə  verdi. 

Bu  səbəblə  qadın  bağışlandı”.  Müslim  2242,  2245.  Əbu  Hureyrə  – 



radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm – buyurdu: “Bir kişi yolla gedərkən susadı. O, bir quyu tapıb içinə 

güşdü.  Doyunca  su  içib  bayıra  çıxdıqda  bir  itin  ləhlədiyini,  susuzluqdan 

yaş  torpaq  yaladığını  görüb  öz-özünə:  “Mən  susadığım  kimi  bu  it  də 

susamışdır  –  deyib  quyuya  düşüb  ayaqqabılarını  su  ilə  doldurdu.  Sonra 

onu ağzı ilə tutub (quyunun  divarlarından  yapışaraq yuxarı qalxıb) itə su 

verdi”.  Allah  onu  (bu  əməlinə  görə)  bağışladı.  Səhabələr:  “Ey  Allahın 

Rəsulu!  Heyvanlara  görə  də  bizə  savab  vardır?”  deyə  soruşdular. 

Peyğəmbər:  “Hər  bir  canlıya  edilən  yaxşılığa  görə  savab  vardır”  deyə 

buyurdu.  Buxari  5515,  Müslim  1958.  Buxari  “Ədəbul  Mufrad”  379. 

Abdullah  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 



aleyhi və səlləm – bir yerə qonaq gəlmişdi. Bir nəfər sərçənin yumurtasını 

götürmüşdü. Sərçə gəlib Peyğəmbər – sallallahu aleyhi və səlləm – in başı 

üzərində  qanad  çalmağa  başladı.  Peyğəmbər:  “Hansınız  bu  quşun 

yumurtasını götürməklə ona əziyyət vermisiniz?” deyə buyurdu. Bir nəfər: 

“Ey  Allahın  Rəsulu!  Onun  yumurtasını  mən  götürmüşəm”  dedi. 

Peyğəmbər:  “Quşa  rəhm  etmək  üçün  (yumurtanı)  yerinə  qoy”  deyə 

buyurdu. Buxari “Ədəbul Mufrad” 382. İbn Məsud –  radıyallahu anhu - 

rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  ilə  birlikdə 

səfərlərin birində idik. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ehtiyacı 

üzündən  bizdən  ayrıldı.  İki  balası  olan  bir  quş  gördük.  Quşun  balalarını 

götürdük.  Anası  başımızın  üzərində  dolaşmağa  başladı.  Geri  qayıdan 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –:  “Balalarını  götürərək  bu 

heyvana  əziyyət  verən  kimdir?  Balalrını  ona  qaytarın”  deyə  buyurdu. 

(yenə  bir  səfərdə)  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

yandırdığımız  qarışqa  yuvasını  gördü.  Peyğəmbər:  “Bu  yuvanı  kim 

yandırmışdır”  deyə  buyurdu.  Biz  yandırdıq  –  dedik.  Peyğəmbər:  “Heç 

kimsənin atəşlə  əzab verməsi  düzgün  deyildir. Atəşlə  yalnız atəşin Rəbbi 

Allah  əzab  edir”  deyə  buyurdu.  Əbu  Davud  2675.  Cabir  –  radıyallahu 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə