Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

 

21 


İcazəlidir  yemək  ev  və  çöl  dovşanını:  Ənəs  –  radıyallahu  anhu  - 

rəvayət  edir  ki,  günlərin  birində  insanlar  Marr  az-Zahranədə  dovşanı 

qovaraq  tutmaq  istəyirdilər.  Lakin  yorulub  əldən  düşdülər.  Mən  isə 

qaçaraq onu tutdum. Dovşanı Əbu Təlhə – radıyallahu anhu - nun yanına 

gətirdim.  Əbu  Təlhə  –  radıyallahu  anhu  -  onu  kəsərək  budunu  (arxa 

ayaqlarını)  Peyğəmbər  – sallallahu  aleyhi  və  səlləm  –  göndərdi”.  Buxari 

2672, Müslim 1953.  

Bir  gün  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  yanında  kirpi 

barəsində  söz  etdilər.  Peyğəmbər:  “Bu  –  nə  isə  iyrənc  (pis  bir)  şeydir”. 

Əhməd,  Əbu  Davud,  Beyhəqi,  İbn  Həcər  “Zəif”  hədis.  İmam  Sənani  – 



rahmətullahi  aleyhi  -  deyir  ki:  “Bu  məsələdə  səhih  rəy  kirpi  ətinin 

yeyilməsini  icazə  verən  alimlərin  rəyidir.  Çünkü  kirpi  ətinin  yeyilməsini 

qadağa edən səhih dəlilin olmamasıdır. Bu məsələdə özül (təməl) odur ki, 

hər bir şey halaldır, qadağan olunandan başqa”. “Subus Salam” 4/108.  

 

Caynaqlı Quşların Yeyilməsi Qadağandır 

İbn  Abbas  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  köpək  dişi  olan  vəhşi  heyvanların  və 

caynaqlı  quşların  yeyilməsini  qadağan  etmişdir”.  Müslim  1934.  Bura 

daxildir: Qartal, Qırğı, Şahin, Qızılquş və s.  

Toyuğun  caynaqları  olsa  da  belə  yeyilməsi  icazəlidir.  Əbu  Musa  – 



radıyallahu anhu - rəvayət edir ki, mən Peyğəmbər – sallallahu aleyhi və 

səlləm – in toyuq yediyini gördüm”. Buxari 5517, Müslim 1649.  

Bura  aiddir:  Sərçə,  göyərçin  və  s.  Peyğəmbər  –  sallallahu  aleyhi  və 



səlləm  –  buyurdu:  “Sərçə  kəsdiyi  zaman  belə  rəhmli  olan  kimsəyə  Allah 

Qiyamət günü rəhm edər”. Təbərani “Kəbir” 7915, əl-Albani “Həsən”.  

 

Ev Eşşəyi, Qatır, At 

Cabir  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 



aleyhi və səlləm – Xeybər günü ev eşşəklərinin ətini yeməyi qadağan, atın 

ətini  isə  halal  etdi”.  Buxari  4219,  Müslim  1941.  Vəhşi  çöl  eşşəklərinə 

gəldikdə  isə  onların  yeyilməsinə  icazə  verilmişdir.  Əbu  Qatədə  – 

radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  dən  soruşdum:  “Ya  Rəsulallah!  Biz  ovda  vəhşi  çöl  eşşəyini 

ovladıq və əti hələ də bizdə qalmaqdadır”. Peyğəmbər: “Qalan ətidə yeyin 

(Başqa rəvayətdə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun ətindən 

yemişdir)”.  Buxari 1824,  Müslim  1196.  Cabir  b.  Abdullah  –  radıyallahu 



anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Xeybər 

günü  eşşək  ətini,  Qatırı,  köpək  dişi  olan  vəhşi  heyvanları  və  caynaqlı 

quşların ətini yeməyi qadağan etmişdir”. Əhməd 3/323, Tirmizi 4/61.  



 

22 


İmam  Nəvəvi  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “İmam  Şafii  – 

rahmətullahi aleyhi - və Şafii məzhəbindən olanlardan bir qrupu Qatırı və 

eyni  zamanda  bu  yolla  əmələ  gəlmiş  heyvanların  (Mələz  –  hibrit,  iki 

müxtəlif cinsli növün və ya sortun cütləşməsindən əmələ gələn heyvan və 

ya bitki) yeyilməsini qadağan edirdilər...”. “Məcmua” 9/27.  

Əsmə b. Əbu Bəkr – radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər – 

sallallahu aleyhi və səlləm – in zamanında biz Mədinədə at kəsib yedik”. 

Buxari 5511,5512, Müslim.  

 

Müxtəlif Həşəratlar və Meymun 

İmam  Şafii,  Əhməd  və  s.  alimlər  bu  ayəyə  əsaslanaraq:  (O 



Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, 

təmiz  (pak)  nemətləri  halal,  murdar  (napak)  şeyləri haram  edər...”.  (əl-

Əraf  157).  Qadağan  ediblər  yemək:  Milçək,  Ağcaqanad,  Hörmüçək, 

Eşşəkarısı və s. Çəyirtkə istisnadır: Abdullah b. Auf – radıyallahu anhu - 

rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  ilə  bərabər 

yeddi (altı) döyüşdə iştirak etdik, hamısında da çəyirtkə yemişdik”. Buxari 

5495, Müslim 1952.  

Hafiz  b.  AbdulBər  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Meymunun 

satılmasının  və  yeyilməsinin  qadağan  edilməsi  barəsində  biz  alimlər 

arasında heç bir fikir ayrılığı olduğunu bilmirəm”. “Şərhul Kəbir” 11/68.  

 

Heyvanları Mələz Etmək 

İbn  Ömər  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  atları  və  digər  heyvanları  mələz  etməyi 

qadağan  etmişdir  (Mələz  –  hibrit,  iki  müxtəlif  cinsli  növün  və  ya  sortun 

cütləşməsindən əmələ gələn heyvan və ya bitki)”. İmam Əhməd.  

 

Heyvanları Döyüşdürmək 

Mücahid – radıyallahu anhu - rəvayət edir ki, İbn Ömər – radıyallahu 



anhu  –  heyvanları  döyüşdürməyi  yaxşı  işlərdən  saymazdı”.  Buxari 

“Ədəbul  Mufrad”  1232.  Əbu  Məsud  əl-Ənsari  –  radıyallahu  anhu  - 

rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  itdən  gələn 

gəliri (ticarətindən, döyüşdürməkdən), zinakarın qazancını və kahinlikdən 

gələn  pulu  götürməyi  (xərcləməyi)  qadağan  etmişdir”.  Buxari  2237, 

Müslim 1567.  

 

Xoruza Söymək 

Zeyd  b.  Xalid  əl-Cuheyni  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Xoruzu  söyməyin. 

Çünki o, namaza oyadır”. Əbu Davud 5101.  




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə