393
V 16.5. Xarakterin formalaĢmasının Ģərtləri
Ġnsanın xarakteri adətən sosial amillərin təsiri
altında formalaĢır. Xarakterin formalaĢması problemini
nəzərdən keçirərkən onun eyni zamanda həm sabit, həm də
dəyiĢkən olması prinsipini tətbiq etmək lazımdır. Bundan
baĢqa, Ģəxsiyyətin ən vacib xüsusiyyətlərindən biri olan
xarakter – ictimai tarixi bir kateqoriyadır, ona görə də insanın
xarakterinin formalaĢmasından danıĢarkən həmiĢə sosial
Ģərtlərin təsirini nəzərdə tutmaq lazımdır. Ġnsanın xarakterinin
formalaĢmasına sosial mühitin təsiri hər Ģeydən əvvəl müxtəlif
ictimai formasiyalarda tipik xarakterlərin müqayisəsi ilə sübut
edilir. Kiçik qrupların psixologiyası onun üzvlərinin
xarakterlərinin
formalaĢmasında
böyük
rol
oynayır.
Xarakterin formalaĢmasına eyni zamanda bioloji Ģərtlər də
təsir edir. Ancaq, xarakterin formalaĢmasına irsi təsirin
əhəmiyyətli roluna isnad edərkən çox ehtiyatlı olmaq lazımdır.
A.N.Leontyevin sözlərilə desək, bioloji irsilik əhəmiyyətsiz
sayılmır, ancaq mənimsəmə prosesi ilə müqayisədə o asılı
vəziyyətdə olur.
Xarakterin əlamətlərində cinsi və psixi fərqlərin prob-
leminin həlli üçün bir çox tədqiqatlar aparılmıĢ, hətta kiĢilik-
qadınlığın müəyyənləĢdirilməsi üçün xüsusi testlər də iĢlənib
hazırlanmıĢdır. ġəxsiyyətin xüsusiyyətlərində cinsi fərqlər
ortaya çıxıb. Məsələn, kiĢilər daha özünə güvənən, aqressiv,
inadkar və cəsarətlidirlər, xasiyyət, danıĢıq və hisslərində daha
çox kobuddurlar. Qadınlar isə daha çox həssas, utancaq, xeyir-
xah və emosionaldırlar.
Xarakterin formalaĢmasının bioloji Ģərtlərindən danı-
Ģarkən fiziki tərbiyənin böyük əhəmiyyətini qeyd etmək
lazımdır. Ġdmançıların xarakterində iradəlilik xüsusiyyətlərinin
tərbiyəsinə həsr olunmuĢ bir çox əsərlər mövcuddur. Daha
ümumiləĢdirilmiĢ formada bu problem P.A.Rudik, A.Ç.Puni,
394
O.A.Çernikova tərəfindən təhlil edilmiĢdir.
Həyat öz müxtəlifliyi ilə tərbiyə edir, ancaq xarakterin
formalaĢmasının əsas amili ailə və məktəbdir. UĢaqların
xarakterinin bir çox qüsurları ailədə düzgün olmayan tərbi-
yənin nəticəsidir, məsələn, ərköyünlik, inadkarlıq, Ģıltaqlıq və
eqoizm yaradır, fiziki cəza isə uĢaqları kobud, sərt bəzən isə
qorxaq, yalançı, aciz edir. Ancaq heç də həmiĢə uĢaqların
xarakterinin qüsurlarını ailə tərbiyəsinin səhv olması ilə izah
etmək düzgün olmaz. Bəzən xarakterin yaranmıĢ xüsusiy-
yətlərini uĢaqlar “küçənin”, pis məktəb yoldaĢlarının və s. təsiri
altında qazanırlar.
Məktəblilərin xarakterinin formalaĢdırılması məktəbdə
təlim və tərbiyənin əsas vəzifələrindən biridir.
Xarakterin formalaĢmasının əsas Ģərtlərinin siyahısına
özünü tərbiyəni də əlavə edirlər.
Məlumdur ki, xarakterin formalaĢmasına ətraf mühit təsir
edir. Bioloji Ģərtlər də əhəmiyyətli rol oynayır. Bu Ģərtlər
xarakterin formalaĢmasına fatalist təsir etmir, onlar həmiĢə
müxtəlif və öz qanunauyğunluqları olan daxili Ģərtlər vasitəsilə
dəyiĢir.
Xarakterin formalaĢmasında kompensasiya hadisəsi də
böyük rol oynayır. Xarakterin bir əlaməti zəiflədikdə bu
çatıĢmazlığın əvəzinə baĢqa əlamət daha yaxĢı inkiĢaf edir.
Xarakterin formalaĢması daxili vəziyyətdən də asılı
olur. L.S.Vıqotski uĢaq üzərində hər hansı bir təsir onu uĢağın
hiss etməsi nöqteyi-nəzərindən ona subyektiv münasibətindən
keçməsi anlayıĢını inkiĢaf etdirmiĢdir. ĠnkiĢafın uĢağın daxili
vəziyyətindən asılılığı prinsipi daha sonra A.N.Leontyev
tərəfindən inkiĢaf etdirilmiĢ və L.Ġ.Bojoviç və onun əmək-
daĢlarının tədqiqatlarında xüsusi sübutlarla təsdiq olunmuĢdur.
Bojoviç daxili vəziyyəti uĢağın Ģəxsi ehtiyacları və arzularının
sistemi kimi müəyyən edir. Daxili vəziyyət həm də yaĢlı
insanların xarakterinin dinamikliyində az rol oynamır, məsələn,
inadkar adamın yenidən tərbiyə edilməsinin çətinliyi onun daha
395
çox bu xüsusiyyətlə mübarizə aparmağa ehtiyac hiss etmə-
məsindən və onu pis əlamət kimi hesab etməməsindən
ibarətdir. Ġnsanın psixi vəziyyətinin öyrənilməsi prosesində
daha bir zəruri qanunauyğunluq meydana çıxır: xarakterin
dinamikliyi, onun xüsusiyyətlərinin əldə edilməsi, dəyiĢməsi
psixi vəziyyətin keçid mərhələsindən, daha dəqiq desək insanın
öz hərəkətlərinə münasibətindən keçir.
ġəxsi nümunə də tərbiyənin və özünütərbiyənin ən güclü
vasitəsidir.
Məktəblilərin xarakterinin formalaĢmasına Ģəxsi nümunə-
nin təsiri haqqında aparılmıĢ tədqiqatlarda nümunənin seçil-
məsi yolları məsələsinə böyük yer verilmiĢdir. Nümunələrin
seçilməsi yolları müxtəlifdir. Belə yollardan biri Ģagirdlərin
etiraf etdikləri bəzi qüsurların təkmilləĢdirilməsi üçün nü-
munənin seçimidir. Belə ki, qeyri-mütəĢəkkil bir Ģagird çox
intizamlı və mütəĢəkkil yoldaĢına oxĢamaq istəyir. Nümunənin
seçilməsinin ikinci yolu-oxĢarlığa görədir. Nümunənin seçi-
minin baĢqa bir yolu mənalı həyatı hadisələrin maraqlı,
cəlbedici axarına əsaslanır.
Nəhayət nümunə seçiminin daha bir yolu, N.Levitovun
Ģərti olaraq emosional adlandırdığı yoldur. O, Ģagirdin müəy-
yən bir adama əvvəlcə rəğbət hissi keçirdiyindən və daha
sonra isə nümunə kimi bu adamın arxasınca getməsindən
ibarətdir. Nümunənin seçilməsi prosesində həm obyektiv, həm
də subyektiv amillər rol oynaya bilər.
Hansı Ģagirdlərə və onların xarakterlərinin hansı xüsusiy-
yətlərinə nümunə daha yaxĢı təsir edir. Bu baxımdan Ģagirdləri
iki qrupa ayırırlar:
a)
Xarakterin xüsusi plastikliyi və yüngüllüyü ilə seçi-
lənlər;
b)
YaĢadıqları əqidələrin konkret daĢıyıcıları olan
insanları Ģüurlu surətdə axtaranlar.
Fərdi psixoloji Ģərtlərlə yanaĢı təsəvvürün, maraqların
canlılığı, öz üzərində iĢləmək arzusu kimi ümumi psixoloji
Dostları ilə paylaş: |