29
baĢladı, adət-ənənələr dəyiĢdi. Hacı həsən ağalar, Ģeyx nəsrul-
lahlar, xudayar bəylər, məĢədi ibadlar sırasından fəxrəddinlər,
kefli isgəndərlər, Ģamxallar ayrılmağa baĢladılar. Ġsmayıl
ġıxlının «Dəli Kür» əsərində bu dövrün bütün çalarları,
ziddiyyətləri əks olunub. Məhz bu dövrdən baĢlayaraq özündə
qədim türklərin qanını, mərdliyini, kiĢiliyini daĢıyan cahandar
ağaların da məhvi baĢladı.
Böyük Oktyabrın qələbəsindən sonra SSRĠ adlanan mə-
kanda bir sistem yarandı. «Öyünərsə, ər öyünsün, aslandı,
öyünmək qadınlara böhtandı» deyən qədim türk qadınlarını
sevillər, almazlar, həyatlar əvəz etdi. Bu, Azərbaycanda psix-
oloji fikrin dördüncü mərhələsi idi. Doğrudur, beyrəklər, qara-
ca çobanlar da balaĢlarla, məmmədəlilərlə əvəz olunmuĢdu.
Elə buradaca qeyd etmək istərdik ki, görkəmli dramaturq
Cəfər Cabbarlı bu dəyiĢikliyi dahiyanə bir Ģəkildə təsvir et-
miĢdi. BaĢ verən dəyiĢiklikdə nəyin yaxĢı, nəyin pis olduğunu
söyləmək də çətindir. Banıçiçək də, Burla xatun da, Selcan xa-
tun da azaddır, sərbəstdir. Almaz da, Həyat da, ġərəbanı da
azaddır, sərbəstdir. Lakin bu, tamamilə bir-birinə yad, fərqli
azadlıqlardır.
Beləliklə, yeni insanlar, yeni həyat, yeni düĢüncə tərzi
yarandı. YeniləĢə bilməyənlər məhv oldu, həbs edildi. Elə bu
səbəbdən də 50-ci illərdən sonra həyatın bütün sahələrində öz
sözü olmayan, laqeyd insanların sayı artdı. Hətta elçi gedəndə
də, qız istəyəndə də, iĢə götürəndə də belə dedilər: «Üzüyola,
sakit, quzu kimidir».
Əlbəttə, sovet sistemi yalnız mənfiliklərdən ibarət deyil.
Ölkədə savadsızlıq kütləvi Ģəkildə ləğv edildi, savadsız insan
qalmadı. Məktəblər, xəstəxanalar, klublar, kitabxanalar açıldı.
Elm və təhsil sürətlə inkiĢaf etməyə baĢladı.
Milli Konservatoriya fəaliyyətə baĢladı. Q.Qarayev,
C.Hacıyev, F.Əmirov, S.Hacıbəyov, A.Məlikov, T.Quliyev və
digər dünya Ģöhrətli bəstəkarlarımız yetiĢdi. Niyazi kimi
dünyanın ən tanınmıĢ dirijorlarından biri yaĢadı, yaratdı.
30
M.Abdullayev, S.Bəhlulzadə, T.Nərimanbəyov və digər
rəssamlarımız fəaliyyət göstərdi. Kino sənəti yarandı və inkiĢaf
etdi. Üzeyir Hacıbəyov, Müslüm Moqamayev dünya Ģöhrətli
əsərləri yaratmaqda davam etdilər. Yeni Ģair və yazaçılar, dra-
maturqlar: S.Vurğun, S.Rüstəm, M.Ġbrahimov, S.Rəhimov,
Ġ.Əfəndiyev, S.Rəhman, R.Rza, M.Hüseyn və onlarla digərləri
yazıb yaratdılar.
Onlarla teatr fəaliyyət göstərdi. Elmlər Akademiyası
yaradıldı. Ölkə baĢdanbaĢa elektrikləĢdirildi və s.
Bütün bunlar məhz sovet hakimiyyəti illərində Azərbay-
canın, Azərbaycan xalqının böyük, tarixi uğurları idi.
XX əsrin sonlarında – 1991-ci ildə SSRĠ dağıldı. Yeni
müstəqil dövlətlər yarandı. Azərbaycan xalqı da əsrlər boyu
arzuladığı, uğrunda mübarizə apardığı müstəqilliyi 1991-ci il
oktyabr ayının 18-də elan etdi. Bununla da ölkəmizin, xalqımı-
zın həyatında yeni bir mərhələ – müstəqillik, suverenlik mərhə-
ləsi baĢladı.
Azərbaycanda psixoloji fikrin beşinci mərhələsi də bu
illərdən baĢlanır. Müstəqillik sevinc və arzuların reallaĢmasıdır.
Lakin bu sevinc digər tərəfdən də qəm-kədər, ümidsizlik, çaĢ-
qınlıqla birlikdə gəldi. Torpaqlarımızın bir hissəsini müvəqqəti
də olsa itirdik. Bir milyona yaxın qaçqın və köçkünümüz var.
Qaçqın və köçkün düĢdüyümüz torpaqlarla yanaĢı o yerlərin
mədəniyyət abidələrini də itirdik. O yerlərdə yaĢayan insanların
özünəməxsus adət-ənənələri, həyata baxıĢları, həyat tərzi də de-
formasiyaya uğradı.
Ġdeoloji, iqtisadi sistem dəyiĢdi. Ġnsanlar həyat və düĢün-
cə tərzini dəyiĢməli oldu. Ümumi mülkiyyəti xüsusi mülkiyyət,
ümumi bərabərliyi, sosial bərabərsizlik əvəz etdi. Varlılar və
kasıblar təbəqəsi yarandı. Bir tərəfdən keçmiĢimizə, soykökü-
müzə qayıdıĢ, digər tərəfdən müasirləĢmə, Qərbə inteqrasiya
etməyin zəruriliyi səsləndi.
Yeni dövrün psixologiyası yaranmağa, inkiĢaf etməyə
baĢlayıb. Onun necəliyinin qiymətləndirilməsinə isə zaman,
31
vaxt lazımdır. Keçid dövrü öz insanlarını, düĢüncə və həyat
tərzini yaradır. Yəqin ki, vaxtilə Amerika Prezidentlərindən bi-
rinin – A.Linkolnun dediyi sözlər bizə də aiddir. O demiĢdir:
«SoruĢma ki, Amerika sənin üçün nə edib, soruĢ ki, sən Ame-
rika üçün nə etmisən?».
Bir də yeni dövrdə hər birimizin iĢ və əməlində, sözündə
türk Ģairi Tofiq Fikrətin dediyi bu sözlər olmalıdır:
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq! Yaşa ey sevgili millət, yaşa, var ol!
Azərbaycanda elmi psixologiyanın yaranması və inkiĢafı
1920-ci il aprel ayının 28-də XI Qızıl Ordu Bakıya daxil
oldu. Azərbaycan Demokratik Respublikasının hakimiyyətinə
son qoyuldu, hakimiyyət bolĢeviklərin əlinə keçdi.
«1920-ci ilin mayın 12-də «Köhnə orta və ibtidai məktəb
tiplərini politexnik məktəblərlə əvəz etmək haqqında» hökümət
dekreti elan oldundu. May ayının 26-da isə «Azərbaycan Sovet
Sosialist
Respublikası
vahid
əmək
məktəblilərinin
Əsasnaməsi» qəbul olundu. Bu əsasnamə və dekretdə
məktəblərdə təlimin ana dilində və pulsuz aparılması,
zəhmətkeĢ balalarının üzünə açıq olması elan edildi»
(F.A.Rüstəmov, Ən yeni dövrün pedaqogika tarixi, B., «Nur-
lan», 2005, s.62).
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra
təhsil müəssisələrinin Ģəbəkəsi geniĢləndirildi. Ali məktəblər
açıldı. Kadr hazırlığı vacib tələb kimi qarĢıya qoyuldu. Lakin
ali məktəblərdə çalıĢan yüksək ixtisaslı kadrlar çatıĢmırdı.
1921-ci ildə orta məktəblərdə müxtəlif fənlər üzrə dərs
deyəcək müəllim kadrları hazırlamaq üçün yeni bir ali təhsil
müəssisəsi – APĠ yaradıldı. 1931-ci ildə Azərbaycan Dövlət
Elmi Tədqiqat Pedaqogika Ġnstitutu, 1936-cı ildə Kirovabad
(Gəncə) Dövlət Pedaqoji Ġnstitutu təsis edildi.
Dostları ilə paylaş: |