35
psixologiyanı öyrənmək sahəsindəki zərərli nəticələri barədə
danıĢmağa məcbur olur. Onun 1936-cı ildə nəĢf etdirdiyi
«UĢaqların əqli inkiĢafında zərərli nəzəriyyə» adlı məqaləsində
pedalogiyanın metodoloji yararsızlığından, təhsilə, psixologiya
və pedaqogika elminə vurduğu zərərdən bəhs olunurdu.
30-cu illərin ortalarında Azərbaycan psixologiya elminə
gənc və istedadlı alimlər gəlir. Onların sırasından S. Hacıyev,
M. Məhərrəmov, M. Abbasov və baĢqaları xüsusilə seçilirdilər.
1931-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika
Ġnstitutu fəaliyyətə baĢlayır. Fərəhli haldır ki, institutun
nəzdində pedologiya-psixologiya kabineti və laboratoriyası da
fəaliyyət göstərir. Təlim-tərbiyə prosesi ilə bağlı aparılan
tədqiqatlar psixologiya elminin inkiĢafında xüsusi yer tutur.
Ġnstitutda yaradılan Ģöbəyə M.R. Abbasov baĢçılıq edir. Bu in-
stitutda müxtəlif dövrlərdə F.Ə. Ġbrahimbəyov, A.O. Mako-
velski, S. Hacıyev, M. Hacıyev, Z.M. Mehdizadə, Ə.K.
Zəkuyev, M.C. Məhərrəmov, M.Ə. Həmzəyev, Ə.S.Bayramov,
Ə.Ə. Əlizadə və baĢqa görkəmli alimlər çalıĢmıĢ, tədqiqat iĢləri
aparmıĢlar.
Hazırda institut Təhsil Problemləri Ġnstitutu adı ilə fəaliy-
yət göstərir. Ġnstitutun psixologiya və yaĢ fiziologiyası Ģöbə-
sində təhsilin müxtəlif sahələri üzrə tədqiqatlar aparılır.
Respublikamızda psixologiya elminin inkiĢafında
APRDƏĠ (hazırda Bakı Slavyan Universiteti), SSRĠ-nin 50 il-
liyi adına APXDĠ (hazırda Azərbaycan Dillər Universiteti),
KDPĠ (hazırda Gəncə Dövlət Pedaqoji Universiteti) və s. təhsil
müəssisələri də özünəməxsus rol oynamıĢdır.
1946-cı ildə ÜĠK(b)P MK-nın xüsusi qərarı ilə 1947/48-
ci tədris ilindən baĢlayaraq orta məktəblərin buraxılıĢ
siniflərində məntiq və psixologiyanın tədris olunması ilə bağlı
qərar qəbul olunur. Qərara uyğun olaraq 1947/48-ci tədris
ilində Azərbaycan Dövlət Universitetində məntiq-psixologiya
kafedrası yaradılır. Kafedraya rəhbərlik A.O. Makovelskiyə
tapĢırılır. O, 1960-cı ilə qədər bu kafedraya rəhbərlik edir.
36
1960-cı ildən kafedra pedaqogika və psixologiya kafedrası adı
ilə fəaliyyətini davam etdirir. 1960-1970-ci illərdə kafedraya
M.C. Məhərrəmov, daha sonra professor Ə.S. Bayramov
rəhbərlik edir. Hazırda kafedraya professor B.H. Əliyev
rəhbərlik edir.
M.C. Məhərrəmov (1909-1970) həm psixoloq kadrlarının
hazırlanmasında, həm də psixologiya elminin inkiĢafında əvəz-
siz xidmətlər göstərmiĢdir.
O, 1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji
Ġnstitutunun pedaqoji-psixoloji fakültəsini bitirmiĢdir. 1944-cü
ildə ADU-nun aspiranturasına daxil olmuĢ və ömrünün sonuna-
dək orada çalıĢmıĢdır. O, 1955-ci ildə «Orta məktəbdə psixolo-
giyanın tədrisi üsullarına dair», 1960 və 1961-ci illərdə «Psi-
xologiya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini
yazır. 1964-cü ildə M.Məhərrəmovun redaktorluğu ilə nəĢr
olunan «Psixologiya» dərsliyi mühüm bir hadisə idi.
50-ci illərdən baĢlayaraq Azərbaycanda psixologiya elmi-
nin yeni bir inkiĢaf mərhələsi baĢlayır. Bu dövrdə A.K. Abdul-
layev, ġ.S. Ağayev aspiranturada, Ə.S. Bayramov, Ə.Ə. Əliza-
də, Ə.Ə. Qədirov, M.Ə. Həmzəyev və digərləri psixologiya fa-
kültəsində təhsil almıĢdır.
Ġ.Ə. Seyidov, K.S. Əbilov, M.S. Nəcəfov, M.Ə. Həm-
zəyev, M.M. Hacıyev 50-ci illərdə namizədlik dissertasiyaları
müdafiə edirlər.
1963-64-cü tədris ilində V.Ġ. Lenin adına APĠ-də psixolo-
giya kafedrası yenidən müstəqil fəaliyyətə baĢlayır. 1963-
1975-ci illərdə kafedraya görkəmli psixoloq ġ.S. Ağayev
rəhbərlik edir.
Ş.S. Ağayev 1954-cü ildə «Fikri məqsədin xarakterindən
asılı olaraq görmə qavrayıĢının dinamikası» mövzusunda nami-
zədlik, 1967-ci ildə isə «Əmək, tərbiyə və inkiĢaf» mövzu-
sunda doktorluq dissertasiyası müdafiə etmiĢdir. ġəxsiyyət psi-
xologiyası, təlim psixologiyası, tərbiyə psixologiyası və s.
sahələr üzrə tədqiqatlar aparmıĢ, dərsliklərin hazırlanmasında,
37
kadrların yetiĢməsində önəmli rol oynamıĢ professor ġ.S.
Ağayev müəyyən müddət V.Ġ. Lenin adına APĠ-nin rektoru
olmuĢdur.
1960-70-ci illərdə sovet psixologiya elmində bir inkiĢaf
mərhələsi baĢladı. Psixologiyanın müxtəlif sahələri üzrə tədqi-
qatlar geniĢləndi.
Gənc və istedadlı psixoloqlar Ə.S. Bayramov, T.Ə. Mus-
tafayev, C.A. Təhmasib, Ġ.A. Fərəcov, A.U. Məmmədov, Q.E.
Əzimov, R.M. Rəsulov, M.ġ. Əbdülov və baĢqaları namizədlik
dissertasiyaları
müdafiə
etdilər.
Bu
dissertasiyalar
psixologiyanın bir çox sahələrini əhatə etsə də əsas diqqət yaĢ
və pedaqoji psixologiyaya yönəldilmiĢdi.
60-cı illərin sonu – 70-ci illərin əvvəlləri Azərbaycan
psixologiya elmi üçün daha məhsuldar olmuĢdur. Ə.S. Bayra-
mov, M.Ə. Həmzəyev, M.S. Nəcəfov, Ə.Ə. Qədirov, Ə.Ə. Əli-
zadə müxtəlif mövzularda doktorluq dissertasiyaları müdafiə
etmiĢlər. Bundan sonra 20 il müddətində Azərbaycanda psixo-
logiya üzrə doktorluq dissertasiyaları müdafiə olunmamıĢdır.
Yalnız 90-cı illərin ortalarından baĢlayaraq yenidən respubli-
kada doktorluq dissertasiyaları müdafiə olunmağa baĢladı. Ə.T.
BaxĢəliyev, S.Ġ. Seyidov, B.H. Əliyev, Ġ.M. Novruzlu,
R.Ġ.Əliyev, G.K.Məmmədova, Ġ.Ə.Məmmədova doktorluq
dissertasiyaları müdafiə etdilər.
Azərbaycanda psixologiya elminin inkiĢafında 1947-48-
ci tədris ilindən 1954-55-ci tədris ilinədək Azərbaycan Dövlət
Universitetində təĢkil olunmuĢ məntiq-psixologiya Ģöbəsinin
müstəsna rolu olmuĢdur. Bu müddət ərzində 150-dən artıq yük-
sək ixtisaslı psixoloq kadrı oranın məzunu olmuĢdur. Onların
sırasından Ə.S. Bayramov, Ə.Ə. Əlizadə, Ə.Ə. Qədirov, M.S.
Nəcəfov, Q.E. Əzimov, M.ġ. Əbilov kimi tanınmıĢ alimlər
çıxmıĢlar. Məhz onların sayəsində Azərbaycan psixologiya el-
mi mühüm inkiĢaf yolu keçmiĢdir.
1947-52-ci illərdə Azərbaycan Dövlət Universitetinin
məntiq-psixologiya Ģöbəsini bitirənlərdən biri də professor
Dostları ilə paylaş: |