44
illər qadağan olunmuĢ psixoanalizin yenidən tədqiqat
obyektinə çevrilməsində mühüm addım atdı. 1979-cu ildə Tbi-
lisi Ģəhərində «Sözdüzəldici prosesin psixoloji əsasları»
mövzusunda namizədlik dissertasiyası müdafiə etdikdən sonra
nitq inkiĢafı, rus dilinin mənimsənilməsi sahəsində maraqlı
tədqiqatlar aparmıĢdır.
Azərbaycan psixologiya elminin inkiĢafında Təhsil
Prblemləri Ġnstitutu Psixologiya və yaĢ fiziologiyası Ģöbəsinin
müdiri Ramiz Ġbrahim oğlu Əliyevin özünəməxsus rolu vardır.
R.Əliyev 1985-ci ildə Kiyev Ģəhərində «Kiçik məktəbli
Ģəxsiyyətinin formalaĢmasında ictimai fəallığın rolu» mövzu-
sunda namizədlik, 2004-cü ildə BDU-da «ġagird Ģəxsiyyətinin
formalaĢmasının etnopsixoloji əsasları» mövzusunda doktorluq
dissertasiyası müdafiə etmiĢdir. Pedaqoji psixologiya və etnop-
sixologiya üzrə tədqiqatlar aparır. «ġagird Ģəxsiyyətinin
formalaĢmasında milli xüsusiyyətlərin nəzərə alınması» (1995),
«ġəxsiyyət və onun formalaĢmasının
etnopsixoloji əsasları» (2000) adlı monoqrafiyaları, Psixolo-
giya (2003), «Psixologiya tarixi» (2006) dərs vəsaitləri çap
olunmuĢdur. O, Azərbaycan Respublikası Prezidenti yanında
Ali Attestasiya Komissiyası Ekspert ġurasının üzvüdür.
Azərbaycan psixologiya elminin inkiĢafında M.ġ. Əbdülov,
R.M. Rəsulov, C.A. Təhmasib, T.Ə. Mustafayev, A.U. Məmmə-
dov və baĢqaları mühüm rol oynamıĢlar. T.Ə. Mustafayev
ədəbi yaradıcılıq, M.ġ. Əbdülov nitq inkiĢafı, R.M. Rəsulov
ikidilliliyin psixoloji xüsusiyyətləri, A.U. Məmmədov hafizə,
təlim fəaliyyəti sahəsində tədqiqatlar aparmıĢ, əsərlər çap
etdirmiĢlər.
Azərbaycan psixologiya elminin inkiĢafında Z.M. Mehdi-
zadə, Ġ.Ə. Seyidov və Q.E. Əziomvun xüsusi rolu olmuĢdur.
Z. Mehdizadə daha çox məktəbəqədər yaĢlı uĢaqların psi-
xoloji xüsusiyyətlərinin öyrənilməsinə, tədqiqinə diqqət yetir-
miĢdir. Onun 1982 və 1984-cü illərdə nəĢr etdirdiyi «UĢaq psi-
xologiyası» (I və II hissə) dərslikləri bu sahədə yazılmıĢ ən də-
45
yərli əsərlərdəndir. Digər görkəmli Azərbaycan psixoloqu İ.Ə.
Seyidov 1954-cü ildə namizədlik dissertasiyası müdafiə etmiĢ,
bundan sonra psixologiya elminin inkiĢafında məhsuldar və
səmərəli fəaliyyət göstərmiĢdir.
Ġ.Ə. Seyidov 1959-cu ildən baĢlayaraq Zaqafqaziya
psixoloqlarının elmi-nəzəri konfranslarında, Ümumittifaq kon-
frans və simpoziumlarında Azərbaycan elmini uğurla təmsil
etmiĢdir.
Ġ.Ə. Seyidov professorlar Ə.Ə. Əlizadə və M.Ə. Həmzə-
yevlə birlikdə «Ümumi psixologiya» dərsliyini (Bakı, 1982)
Azərbaycan dilinə tərcümə etmiĢdir. 1976-cı ildə nəĢr olunmuĢ
«Sosial psixologiya»nın müəlliflərindən biri də Ġ.Ə. Seyidov-
dur.
Azərbaycan psixologiya elminin inkiĢafında Q.E. Əzimo-
vun da özünəməxsus, əhəmiyyətli rolu olmuĢdur. 1954-cü ildə
Azərbaycan
Dövlət
Universitetinin
məntiq-psixologiya
Ģöbəsini bitirən Q.E. Əzimov 1970-ci ildə namizədlik
dissertasiyası müdafiə edir. O, 1987-1991-ci illərdə ADPU-da
yaĢ və pedaqoji psixologiya kafedrasına rəhbərlik etmiĢdir.
Q.E. Əzimovun «Psixi inkiĢaf və tərbiyənin müasir
problemləri» (Bakı, 2004) adlı tədris vəsaiti həm onun öz
yaradıcılığında, həm də Azərbaycan psixologiya elmində
əlamətdar hadisə kimi qeyd olunur.
Azərbaycan psixologiya elmi özünün yeni, mühüm bir
dövrünə qədəm qoymuĢdur. YaĢlı nəslin nümayəndələri olan
professor Ə.S. Bayramov, professor M.Ə. Həmzəyev, professor
Ə.Ə. Əlizadə, gənc nəslin nümayəndələri – professor S.Ġ. Seyi-
dov, B.H. Əliyev Azərbaycan psixologiya elminin yeni istiqa-
mətlərini müəyyənləĢdirməklə yanaĢı, özləri də səmərəli Ģəkil-
də elmi axtarıĢlarını davam etdirir, gənc kadrların hazırlanma-
sında iĢtirak edirlər.
Bu istiqamətlər içərisində etnopsixologiya məsələləri
xüsusilə diqqəti cəlb edir. Uzun illər yasaq olunmuĢ bu istiqa-
mətdə aparılan tədqiqatlar içərisində professor Ə.S. Bayramo-
46
vun «Etnik psixologiya məsələləri» (Bakı, 1996), ««Kitabi-
Dədə Qorqud» dastanında etnik-psixoloji xüsusiyyətlərin
inikası» (Bakı, 2000), professor Ə.Ə. Əlizadənin «Azərbaycan
etnopsixologiyasına giriĢ» (Bakı, 2003), ««Xəmsə»də yaĢ və
pedaqoji psixologiya məsələləri» əsərləri xüsusi yer tutur.
Müasir dövrdə təhsilin humanistləĢdirilməsi və demokra-
tikləĢdirilməsi xüsusi aktuallıq kəsb edir. Bu sahədə professor
M.Ə. Həmzəyevin «YaĢ və pedaqoji psixologiyanın əsasları»
(Bakı, 2000; 2003), «Pedaqoji psixologiya» (Bakı, 1991)
dərslikləri, professor Ə.Ə. Əlizadənin «Yeni pedaqoji təfəkkür:
ideyalar, problemlər. Psixopedaqoji araĢdırmalar» (Bakı,
2001), «Müasir Azərbaycan məktəbinin psixoloji problemləri»
(Bakı, 1998) əsərləri diqqəti cəlb edir.
Professor B.H. Əliyev sosial psixologiyanın aktual prob-
lemləri, hüquq psixologiyası, professor S.Ġ.Seyidov menecment
psixologiyası sahəsində yeni istiqamətlər müəyyənləĢdirmiĢlər.
Onların rəhbərliyi ilə bu sahələr üzrə axtarıĢlar davam et-
dirilir, gənc və perspektivli alimlər bu tədqiqatlara cəlb edilir.
Hələ həllini gözləyən çoxsaylı problemlər vardır ki,
onların araĢdırılması da zəruridir. Bunlar hərbi psixologiya,
iqtisadiyyatın psixologiyası, siyasi psixologiya və sairəni əhatə
edir. Hesab edirik ki, dünya psixologiya elminin öyrənilməsi
sahəsindəki imkanlar Azərbaycan psixologiya elminin
inkiĢafına əsaslı təsir göstərəcəkdir.
Azərbaycanda psixoloji fikrin, elmi psixologiyanın
inkiĢaf tarixinin öyrənilməsi həm də xalqın həyat yolunun, ic-
timai-tarixi proseslərin, düĢüncə və təfəkkür tərzinin inkiĢafı və
formalaĢmasının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
Bütün bunlar isə milli Ģüurun, milli özünüdərkin formalaĢması
deməkdir.
Hələ vaxtilə Sokrat deyərdi: «Özünü dərk et!» Milli
inkiĢaf isə özünüdərkdən keçir.
Dostları ilə paylaş: |