47
I.1.5. Psixologiyanın tədqiqat metodları
Ġstər elmi tədqiqat, istərsə də praktik iĢ zamanı psixoloq
müəyyən metodlardan istifadə edir, baĢqa sözlə qarĢısına
qoyduğu məqsədə nail olmaq üçün öz fəaliyyətini müvafiq
Ģəkildə təĢkil edir. Bu zaman istifadə olunan priyomlar və
vasitələr elmi tədqiqat metodları adlanır. Həmin metodların
köməyi ilə müvafiq elmin qanunauyğunluqları aĢkara çıxarılır.
Elmdə əldə edilən nəticələrin gücü tətbiq olunan tədqiqat
metodlarının təkmillik dərəcəsindən, onların validliyi və
etibarlılığından və s. asılıdır. Metod nə qədər düzgün seçilər və
tətbiq olunarsa nəticə bir o qədər səmərəli olar, elmin
araĢdırdığı
hadisələri,
onların
qanunauyğunluqlarını
incəliklərinə qədər aĢkara çıxarar. Bütün qeyd olunanlar psix-
ologiya və onun tədqiqat metodlarına da aiddir.
Psixologiyanın öyrəndiyi hadisələr olduqca mürəkkəb və
özünəməxsus, öyrənilməsi çətin olan hadisələrdir. Ona görə də
bu hadisələri öyrənmək üçün həddindən artıq kamil, həmin
hadisələri araĢdırmağa imkan verən metodlardan istifadə etmək
tələb edilir. Məhz buna görə də psixoloji tədqiqatlar müəyyən
prinsiplərə uyğun Ģəkildə həyata keçirilməlidir. Bu baxımdan
müasir psixologiya elmi tədqiqatların genetik (tarixi) prinsip
əsasında aparılmasını vacib hesab edir. Bu prinsipə görə
öyrənilən hər bir psixi hadisə proses kimi nəzərdən keçirilir və
tədqiqatçı onun inkiĢafının bütün cəhətlərini bərpa etməyə,
onların bir-birini necə əvəz etdiyini görməyə və anlamağa
çalıĢır, öyrənilən psixi faktı onun konkret tarixində, təsəvvür
etməyə təĢəbbüs göstərir.
Psixoloji tədqiqat metodlarının təsnifi. Psixologiyanın
tədqiqat metodlarını hər Ģeydən əvvəl əsas və yardımçı olmaqla
təsnif edirlər. Əsas metodlara müĢahidə və eksperiment
metodlarını aid edirlər.
Müşahidə psixi hadisələrin gediĢinə qarıĢmadan onları
sadəcə olaraq izləmək yolu ilə empirik məlumatların əldə
48
edilməsindən ibarət əsas tədqiqat metodudur. Psixoloqun
Ģəraitə, psixi hadisələrin gediĢinə qarıĢmaması, müdaxilə
etməməsi müĢahidə metodunu xarakterizə edən baĢlıca
xüsusiyyətdir. MüĢahidə planlı, məqsədəmüvafiq Ģəkildə
həyata keçirilir. MüĢahidə metodunun üstün cəhəti ondan
ibarətdir ki, bu zaman üzərinə müĢahidə aparılan bundan xəbər
tutmur, müĢahidə təbii Ģəraitdə (iĢ zamanı, oyun, dərs və s.)
aparıldığına görə öz hərəkətlərində dəyiĢiklik etmirlər.
MüĢahidə qısamüddətli, uzunmüddətli, dövrü və sistema-
tik ola bilir. Qısamüddətli müĢahidə dəqiqələr ərzində insan
psixikası və davranıĢının təzahürünü izləməklə həyata keçirilir.
Məsələn, müəllimin izahına Ģagirdlərin münasibətini aĢkara
çıxarmaq üçün həmin anda onların üzərində aparılan müĢahidə
buna misal ola bilər. Uzunmüddətli müĢahidəyə bütün dərs və
ya bütün rüb ərzində aparılan müĢahidələri aid etmək olar.
Dövrü müĢahidəyə gəldikdə bu müəyyən dövrlərdə, məsələn
hər rübün sonunda eyni bir psixi hadisənin təzahürünü
izləməkdən ibarətdir. Dövrü müĢahidə psixi hadisənin inkiĢaf
dinamikasını aĢkara çıxarmağa imkan verir. Sistematik
müĢahidə də inkiĢaf dinamikasını aĢkara çıxarmağa xidmət
edir. Lakin burada müĢahidə arası kəsilmədən uzun müddət
məsələn, bütün dərs ili, müəyyən yaĢ dövrü ərzində aparılır.
MüĢahidənin nəticələri qeydə alınır, sonradan təhlil və
ümumiləĢdirmə əsasında müvafiq nəticələrçıxarılır.
MüĢahidə əsasən obyektiv nəticələrə, psixi hadisələrin
gediĢini izləməyə imkan verir. Buna baxmayaraq müĢahidə
zamanı bəzi çətinliklər mövcud ola bilir. Hər Ģeydən əvvəl
psixoloq müĢahidənin həyata keçirildiyi Ģəraitdəki dəyiĢikliyi
müəyyən dərəcədə görə bilsə də ona tam nəzarət etmək
imkanına malik olmur. Məhz buna görə də nəzarətdən kənarda
qalan amillərin təsiri altında tam dəqiq məlumat əldə etmək
çətinləĢir. Bundan baĢqa müĢahidə psixoloqun subyektiv
mövqeyindən kənar qalmaya bilər. Burada psixoloqun elmi
baxıĢları, təcrübəsi, peĢə hazırlığı ilə yanaĢı formalaĢmıĢ
49
qiymətləndirmə stereotipi, etik prinsipləri, ustanovkası və s. öz
təsirini göstərə bilər. ġübhəsiz müĢahidə aparan psixoloq bu
kimi təsirlərin aradan qaldırılmasına çalıĢmalıdır.
MüĢahidənin çətinliklərindən biri də bu və ya digər psixi
hadisənin, davranıĢ tərzinin təzahürünü uzun müddət gözləmək
lazım gəlməsi ilə baglıdır. Ona görə də psixologiyada ən çox
əsas tədqiqat metodu kimi eksperimentdən istifadə olunur.
Eksperiment müĢahidədən birinci növbədə onunla
fərqlənir ki, bu zaman psixoloq psixi hadisələrin gediĢinə
qarıĢır, tədqiqatın təĢkili üçün qarĢısına qoyduğu məqsədə
müvafiq olaraq Ģərait yaradır. Bu, müĢahidə zamanı Ģəraitə tam
nəzarət edə bilməməklə bağlı çətinliyi aradan qaldırır.
Eksperimentin birinci növbədə iki növünü – təbii və la-
borator eksperiment növünü qeyd etmək olar.
Təbii eksperiment rus psixoloqu A.F.Lazurski (1874-
1917) tərəfindən irəli sürülmüĢdür. Təbii eksperimentin
məqsədi eksperiment zamanı psixi hadisələrin təzahürünə təsir
göstərə biləcək amilləri aradan qaldırmaqdan ibarət olmuĢdur.
Bu cür eksperiment təbii Ģəraitdə (təlim, əmək, oyun
Ģəraitində) həyata keçirilir. Məsələn, hansı materialın
Ģagirdlərin təfəkkürünün inkiĢafını yüksək inkiĢafetdirici təsir
göstərdiyini aĢkara çıxarmaq üçün hazırlıq səviyyəsi eyni olan
iki qrupdan birində (eksperimental qrup) təlim materialları
problem situasiya yaratmaq əsasında, digərində (kontrol qrup)
ənənəvi yolla öyrədilir. Hər iki qrupda Ģagirdlərə eyni müəllim
dərs deyir və onlar bu iĢləri adi dərs kimi qəbul edirlər. Ona
görə də heç bir həyəcan, qorxu hissi keçirmirlər. Sonra hər iki
qrupda yoxlama sorğu iĢləri keçirilərək hansı qrupda üstünlük
olduğu aĢkara çıxarılır.
Laborator
eksperimentə gəldikdə bu laboratoriya
Ģəraitində, xüsusi cihazların köməyi ilə həyata keçirilir. Müasir
dövrdə psixi hadisələrin təzahür xüsusiyyətlərini aĢkara çıxaran
qurğular hazırlanmıĢdır ki, onların köməyi ilə tutarlı elmi
nəticələr əldə etmək mümkündür.
Dostları ilə paylaş: |