95
12.
Bacarıq və adətləri Ģərh edin.
13.
Dildaxili və dillərarası interferensiya hadisələrini
Ģərh edin.
14.
Oyun, təlim və əmək fəaliyyətinin fərqləndirici
xüsusiyyətlərini Ģərh edin.
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular
1.
Dillərin
mənimsənilməsində keçirilmə və inter- fe-
rensiya.
2.
VərdiĢ və adətlərin psixoloji təsiri
.
3. Fəaliyyətin strukturu
Ə D Ə B Ġ Y Y A T
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəĢri. -
Bakı, 2002, səh. 140-151
Ağayev ġ.S. Əmək, tərbiyə və inkiĢaf. – Bakı, 1967.
Həmzəyev M.Ə. ġagirdlərin düzgün yazı vərdiĢlərinə
yiyələnmə xüsusiyyətləri. – Bakı,
1984.
Həmzəyev M.Ə. Dillərarası interferensiyanın psixoloji
xüsusiyyətləri. // Bakı Qızlar Universi-
tetinin «Elmi xəbərləri», 5-ci buraxılıĢ,
2006.
Ġbrahimbəyov F.Ə. 90 il. – Bakı, 1992.
Leontğev A.N. Deətelğnostğ. Sozrarie. Liçnostğ.. M.,
1982, s. 70-123.
Qippenreyter Ö.B. Vvedenie v obĢuö psixoloqiö: kurs
leküii. – M., 1988, s. 95-128.
Quseynzade Q. Obuçenie reçevoy kommunikaüii na
inostrannom əzıke. – Baku, 2001, s.
100-131.
96
Maklakov A.Q. Obhaə psixoloqiə. – Piter, 2001, s.
122-148.
Nemov R.S. Psixoloqiə. V 3-x kn., kn.1. – M., 1998,
s.145-164.
Fress P., Piaje J. Gksperimentalğnaə psixoloqiə, vıp.
4, - M., 1973
97
4 - c ü F Ə S Ġ L
ÜNSĠYYƏT
Qısa xülasə
Ünsiyyət haqqında anlayıĢ. Ünsiyyətin tərifi, əsas cəhətləri,
məzmunu, məqsədi və vasitələri. Ünsiyyətin növləri: maddi, koqno-
tiv, kondision, motivlərlə bağlı iĢgüzar; bioloji, sosial, vasitəli,
vasitəsiz; verbal, qeyri-verbal. Ünsiyyətin funksiyaları. Ünsiyyət və
fəaliyyətin vəhdəti.
Ünsiyyət informasiya mübadiləsi kimi. Ġnformasiya
mübadiləsi və onun ünsiyyətdə yeri. Ġnformasiya mübadiləsi
tərəfləri: kommunikator və resipient. Kommunikasiya vasitələri: ver-
bal və qeyri-verbal. Nitq verbal ünsiyyət kimi. Nitq dil vasitəsilə
həyata keçirilən ünsiyyət prosesidir. Dil Ģərti danıĢıq iĢarələri sistemi
kimi. Nitqin xüsusiyyətləri: məzmunluluğu, anlaĢıqlılığı, təsirliliyi,
ifadəliliyi. Nitqin mexanizimləri. Nitqin qavranılması və
anlaĢılması. Nitqin növləri və formaları. Qeyri verbal ünsiyyət. Qeyri
verbal ünsiyyətin vasitələri. ġəxsiyyətlərarası ünsiyyətdə özünü
göstərən zonalar.
Ünsiyyət qarĢılıqlı təsir kimi. Ġnsanların qarĢılıqlı təsiri və
qarĢılıqlı münasibətlərinin tənzim olunması. Sosial normalar və so-
sial nəzarət. Ünsiyyət prosesində rol və rol gözləmələri. Dostlar
arasında ünsiyyətin xarakteri. Ünsiyyətdə maneələr və onların
qarĢısını almaq yolları. Məna maneələri və onları doğuran səbəblər.
Ünsiyyət insanların bir-birini qavraması və anlaması ki-
mi. QarĢılıqlı anlama prosesində sosial persepsiyanın rolu. Ġnsanların
bir-birini qavramalarının mexanizimləri: eyniləĢdirmə, refleksiya,
stereotipləĢdirmə. Ġnsanların bir-birini qavramasında, oreol effektinin
(himayə effekti) yeri.
II.4.1. Ünsiyyət haqqında anlayıĢ
Ünsiyyətin tərifi, məzmunu, məqsəd və vəzifələri.
Ġnsanlar birgə yaĢayıĢ və birgə fəaliyyət zamanı daima bir-biri
98
ilə informasiya mübadiləsi aparır, bir-birinə qarĢılıqlı təsir
göstərir və ya bir-birini qavrayır və anlayırlar. BaĢqa sözlə
ünsiyyətə girirlər. Ġnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri
Ģərt kimi özünü göstərir. Ünsiyyət olmadan insanların birgə
fəaliyyəti həyata keçirməsi mümkün deyildir.
Ünsiyyət insanlar arasında təmasın yaranması və inkiĢafı
prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adam-
lar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə
bilməz və onların arasında qarĢılıqlı anlama baĢ verməz.
Ünsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan
təmasın çoxplanlı inkiĢaf prosesidir. BaĢqa sözlə, insanların öz
münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək
məqsədilə öz səylərini əlaqələndiməyə və birləşdirməyə
yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir.
Ümumipsixoloji baxımdan nəzərdən keçirdikdə, əvvəla,
ünsiyyət iki və daha çox Ģəxs arasında baĢ verir; ikincisi,
həmin proses az-çox dərk edilmiĢ olur; üçüncüsü, ünsiyyət in-
sanlar arasında informasiya mübadiləsi olmaqla bərabər
qarĢılıqlı təsir prosesi, real gerçəkliyi əks etdirmək vasitəsidir;
dördüncüsü, ünsiyyət dinamik prosesdir, onun müxtəlif forma
və vasitələri vardır. Deməli, ümumipsixoloji baxımdan
ünsiyyəti fəaliyyətin xüsusi bir növü hesab etmək olar.
Ünsiyyət prosesində insanlar arasında fikir, bilik, rəy, təcrübə
və hisslər mübadiləsi gedir, onlar bir-birinin inam və əqidəsinə
təsiri olan müxtəlif tipli məlumatları əsasən baĢqaları ilə
ünsiyyət prosesində əldə edir, öz bilik və təsəvvürlərini
baĢqalarına aĢılayırlar. Aydındır ki, ünsiyyət həyat
tələbatlarından doğur və demək olar ki, insanın ictimai
həyatının gediĢini tənzim edir. Təsadüfi deyildir ki,
tədqiqatçılar ünsiyyəti insanların bir-birini anlaması baĢa
düĢməsi prosesi (S.L.RubinĢteyn), fikirlərin təəssüratların
baĢqalarına verilməsi prosesi (L.S.Vıqotski), insanların
baĢqalarına olan tələbatı (Y.L.Kolominski) və s. hesab