58
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
66. Hökumət daha sonra bildirmişdir ki, Baş Prokurorluq hüquqi yardım göstərilməsi üçün 2005‐ci
və 2006‐cı illərdə Ukraynalı həmkarlarına
məktublar göndərsə də, Ukraynanın dövlət orqanları
tərəfindən hər hansı tədbir görülməmişdir. O, həmçinin azərbaycanlı müstəntiqin 2004‐cü ildə
Ukraynaya ezamiyyətə
göndərildiyini təsdiq etmiş, lakin
müvafiq şahidlərin yerlərini
müəyyənləşdirmə
yin
və ya onları dindirməyin mümkün olmadığını bildirmişdir.
67.
Ərizəçilər Azərbaycanda həyata keçirilmiş istintaqın səmərəsiz olduğunu bildirmişlər. Onlar
bildirmişlər ki, Hökumətin Ukraynanın dövlət orqanları tərəfindən müvafiq hüquqi yardımın
göstərilmədiyinə istinad etməsi yalnız bəhanədir və Azərbaycanda aparılmış istintaqın əsassız
uzadılmasına və səmərəsizliyinə haqq qazandıra bilməz. Onlar xüsusilə bildirmişlər ki, Ukraynanın
dövlət orqanları R.Ə.‐nin onların oğullarının qatili olduğunu müəyyən etsələr də, o, orduda məsul vəzifə
sahibi olduğundan Azərbaycanın dövlət orqanları onu müdafiə etmiş və o, hətta cinayət prosesi zamanı
prokurorluq orqanları tərəfindən dindirilməmişdir.
68.
Ərizəçilər daha sonra bildirmişlər ki, istintaq orqanları illərlə hərəkətsizlik göstərmiş və istintaqın
gedişi barədə onlara lazımı qaydada məlumat verilməmişdir. Onlar bildirmişlər ki, bir neçə dəfə xahiş
etmələrinə baxmayaraq müstəntiqin R.Ə. barədə cinayət işinə xitam verilməsinə dair 2003‐cü il 18
sentyabr tarixli qərarı barədə onlara məlumat verilməmişdir.
2. Məhkəmənin qiymətləndirməsi
Dostları ilə paylaş: