Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə85/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   81   82   83   84   85   86   87   88   89
70
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Sual 9.
 Telefon mağazalarından birindən aldığım mobil telefonda problem yaranmış, lakin
mağaza onu dəyişdirməkdən imtina etmişdir. Mən mağazanı məhkəməyə vermişə
m. Lakin
mağaza tərəfdən hər hansı şəxs məhkəməyə gəlmir. Bu halda, nə baş verəcək? Məhkəmə nə
qədər uzanacaq?
Cavab.
Burada önəmli olan mağazanın nümayəndəsinin məhkəmə iclasında iştirakı deyil,
mağazanın məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış olmasıdır.
Əgər cavabdeh (yəni mağaza) məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada
m
əlumatlandırılmış, lakin öz səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını üzrlü
s
əbəb olmadan təmin etməmişsə, onda məhkəmə işə mağazanın nümayəndəsinin iştirakı olmadan
da baxa bil
ər. Çünki Azərbaycan Respublikası Mülki prosessual məcəlləsinin 185.5‐ci maddəsinə
görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehi
n
gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini
üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə
,
işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək
cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
Sual 10. Mən Rusiya Federasiyasında ailə qurmuşdum. Lakin artıq 11 ildir ki, Bakıdayam.
Qeyd edim ki, orada m
ən boşanmadım, sadəcə çıxıb gəldim. Bakıda başqa bir insan
la nikaha
daxil ola bilərəm?
Cavab.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3‐cü maddəsinə görə, ikisindən biri və ya
hər ikisi başqası ilə nikahda olan şəxslər şəxslər arasında nikahın bağlanmasına yol verilmir.
H
əmin Məcəllənin 148.1‐ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənarda
Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə
əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl
etməklə bağlanan nikah, bu Məcəllənin 12‐ci maddəsində nəzərdə tutulan hallar (nikahın
bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir.
Əgər Rusiya Federasiyasında bağlanan nikah etibarlıdırsa (yəni Rusiya Federasiyasının ailə
qanunvericiliyinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12‐ci maddəsinin tələblərinə
uyğun bağlanmışsa), onda həmin nikah pozulmadan Sizin yeni nikaha daxil olmanız mümkün
deyildir.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə