Dövlət tənzimlənməsi Bu və ya digər iqtisadi
proseslərin təmin edilməsi və qorunması, onların
dəyişməsi üçün dövlətin iqtisadi metodlar sistemi
vasitəsilə təsir forması
-E- Embarqo Ölkəyə mal ixracı və idxalına qoyulan
qadağa
Emissiya Pul və qiymətli kağız buraxılışı
-F- Faks (telefaks) Təsvirin (mətnin) məsafəyə ötürülməsi
Faktorinq Maliyyə kommersiya xidməti, bank
istehsal edilən malın dəyərini qabaqcadan ödənilib,
mallar alıcıya daxil olarkən alıcıdan pulun alınması
Fond birjası Əvvəlcədən müəyyənləşdirilmiş
qaydalara əsasən müntəzəm olaraq qiymətli kağızlarla
ticarətin təşkili formasıdır. Bir qayda olaraq onun
310
fəaliyyəti
iqtisadiyyata
uzunmüddətli
investisiya
qoyuluşlarının və hökümətin digər proqramlarını
müəyyənləşdirmək üçün vəsaitlərini səfərbər edir.