PüSTƏ oruc qizi fərhadġ



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə39/207
tarix07.01.2022
ölçüsü1,95 Mb.
#82651
1   ...   35   36   37   38   39   40   41   42   ...   207
pdfdokumen.com pfrhad-kommersya-falyytnn-saslari


partnyorda 
yaratdığı 
təəssüratdan  isə  çox  vaxt  hətta  pis,  düşünülməmiş  işin 
taleyi  çox  asılı  olur.  Xaricidə  illər  ərzində  sınaqdan 
keçmiş  işgüzar  partnyorları  yüksək  qiymətləndirirlər, 
yenilərinə isə çox ehtiyatla yanaşırlar. 
 
Yalnız  öz  yaradıcı  qabliyyətlərini  güclü  şəkildə 
reallaşdırmaq  həvəsi  olan,  daima  insanların  tələblərini 
öyrənən,  yüksək  keyfiyyətli  mallarla  və  xidmətlərlə 
insanların  etibarını  qazanmağa  çalışan,  arası-kəsilməz 
mənəvi,  peşəkar  təkmilləşmə,  işgüzar    alicənablıq 
nümunəsi göstərən sahibkar və ya kommersant, yalnız bu 
insan həqiqi bizznes adamı ola bilər və özünə, insanlara, 
öz ölkəsinə fayda verə bilər. 
 
2 .
  İqtisadi  pisxalogiyanın  vacib  vəzifələrindən 
biri  kommersant  sahibkarın  şəxsiyyətinin  təsvirinin, 
pisxoloji  portretinin  verilməsi,  onun  müxtəlif  sosial-
mədəni mühitlərə və iqtisadiyyatın müxtəlif səviyyələrinə 
nə  dərəcədə  uyğun  olması  məsələsidir.  Aydınlaşdırmaq 
lazımdır ki, ölkədə baş verən dəyişikliklər kommersantın 
portretinə  nə  dərəcədə  təsir  göstərir  və  bu  dəyişikliklər 
əsasən hansılardır.Kommersantın pisxoloji portretinin ilk 
yaradıcılarından biri olan Verner Zombart qeyd edirdi ik, 
sahibkarlıq  ruhu  –  bürokratiya  ilə  birlikdə  kapitalist 
ruhunun tərkib hissələrindən biridir. 
 
Kommersant  aşağıdakı  keyfiyyətlərə  malik 
olmalıdır: 
-
 
Nailolma,  əldəetmə  (mənəvi  azadlıq,  iradə  və 
qətiyyət, inadlılıq və daimlilik); 


 
67 
-
 
Təşkilatçılıq  (insanları  düzgün  qiymətləndirmək, 
onların  hərəkətlərini  əlaqələndirməklə  işləməyə 
məcbur etmə qabliyyəti); 
-
 
Tacirlik  (məcbur  etmədən  insanları  bir  yerə 
toplama,  onlarda  öz  məhsuluna  maraq  oyatma, 
inam hissini yaratma qabliyyəti); 
-
 
İşlərin  səmərəli  aparılması,  dərrakəli,  qənaətçilik 
ilə bağlı olan təsərrüfatçılıq; 
-
 
Kommersiya  nüfuzluluğu  və  etibarlılığı  olan 
igüzar mənəviyyat, müqaviləyə sadiqlilik və ciddi 
hesabatın aparılması. 
 
Kapitalist  ruhunun  tərkib  hissələrindən  biri  –
bürokratiyadır  (rəsmiyyətçilikdir).  Bürokratın  cəhətləri: 
şirkətə  sadiqlik,  onun  mənfəəti  hesabına  işləmə  -  şəxsi 
karyera  və  rifahlıq  naminə  irəliləmə,  maraq,  nizam-
intizam,  dəqiq  təlimatın  olması  tələbatı,  həvalə  olunmuş 
funksiyaların düzgün yerinə yetirilməsidir. 
 
Sosial-  psixoloji  nəzəriyyə  olan  deprivasiya 
nəzəriyyəsi (derivasiya – fərdilərin və ya qrupların həyati 
tələbatlarının  azaldılması  və  yaxud  onlardan  məhrum 
edilmə  prosesi  deməkdir  ).  çərçivəsi  daxilində  müəyyən 
olunmuşdur  ki,  əhalinin  sosial  cəhətdən  sıxışdırılan 
təbəqələri  və  milli  azlıqların  nümayəndələri  hakim 
təbəqələrə  nisbətən daha  yüksək sahibkarlıq  potensialına 
malik olurlar. 
 
Sahibkarlar  tərəfindən  vergiqoymanın  dərketmə 
problemi: vergilər müxtəlif səviyyələri şəraitində  onların 
davranışı, vergilərin ödənilməsindən yayınma amilləri və 
səbəbləri problemi mövcuddur. 


 
68 
 
Kross-mədəni  (çarpazı)  səviyyələrin  tədqiqi 
aktuallıq kəsb edir, burada sahibkarlıq fəaliyyəti ilə milli, 
etnik, mədəni  və eyni  zamanda, fərdi və  sosial  qrupların 
digər  xüsusiyyətləri  arasında  korrelyasiya  (asılılıq) 
müəyyən  edilir.  Müəyyən  olunmuşdur  ki,  sahibkarın 
simasında ehtiyaclarını ödəyən və işçi yeri açan bir şəxs 
kimi  görən  ABŞ  və  Yaponiya  əhalisindən  fərqli  olaraq 
Avropada  sahibkar  surəti  bütövlükdə  az  pozitivdir. 
Birincisi,  bu,  onun  fəaliyyətinin  ictimaiyyətin  gözündən 
gizli  və  müəyyən  mənada  sirli  olması  ilə    bağlıdır. 
İkincisi,  sahibkarın  möhtəkir,  alverçi  istismarçı  kimi 
qəbul  olunması  stereotipinin  (görnüşünün)  olması  ilə 
bağlıdır. 
Üçüncüsü, 
sahibkarların 
rəftarının 
və 
davranışının  iqtisadi  zərurilikdən  irəli  gələn  qətiliyi  ilə 
bağlıdır.  Dördüncüsü,  onun  mənfəətinə  və  gəlirliliyinə 
həsədin olması ilə bağlıdır. 
 
Kommersant  –  sahibkarın  pisxoloji  portreti  üçün 
vacib  olan  keyfiyyətlər  aşağıdakılardır:  əqli  blokda  – 
səriştəli  olma,  inkişaf  etmiş  təxəyyülün  olması,  real 
fantaziya,  inkişaf  etmiş  hissiyat,  perspektiv  düşüncə; 
koounikativ  blokda  –  işçi  heyətin  işini  əlaqələndirmə 
bacarığı,  digər  adamlarla  sosial-  loyal  ünsiyyətdə  ola 
bilmə  və  eyni  zamanda,  axının  əksinə  gedə  bilmə 
qabiliyyəti;  motivasiya-  iradəlilik  blokunda  –  riskə 
meyillilik,  daxili  nəzarət,  mübarizə  etməyə  və  qalib 
gəlməyə 
canatma, 
öz-özünü 
aktuallaşdırmağa  və 
ictimaiyyət  tər  əfindən  tanınmağa  tələbatın  olması. 
Kommersant  yaxşı  sağlamlıq,  tükənməz  enerji  və 
nikbinlik (optimizm)  ilə təsəvvür olunur. 
 
Qərbi, xüsusilə Amerika motivasiya nəzəriyyələri 
insanın  əsas  motivasiyası  kimi  onun  müvəffəqiyyət 
qazanmağa can atmasını qəbul edir. 


 
69 
 
Müvəffəqiyyət  –  hər  hansı  bir  məqsədin  əldə 
olunmasında  uğurun  qazanılması,  ictimai  tanınma,  işdə 
yaxşı  nəticələrin  olmasıdır.    Kommersant  uğurluğunun 
əldə olunmasına aşağıdakılar təsir göstərə bilər: 
-
 
Sadəcə bəxtigətirmə (lazım olan vaxt lazımi yerdə 
oldu və bu zaman imkanı əldən vermədi); 
-
 
Sınama və səhvetmə metodundan istifadə etməklə 
“həmin uduşlu variantın” fəal olaraq axtarılması; 
-
 
Müxtəlif  kombinasiyaların  səriştəli  qaydada 
hesablanması  və  nəzəri  araşdırmalar  əsasında 
optimal variantın seçilməsi
-
 
Əlverişli  vaxtda  məxfi  informasiyanın,  digər 
resurs  növlərinin  əldə  olunması  və  onlardan 
istifadə edilməsi; 
-
 
Özünün 
şəxsi 
bənzərsiz 
təcrübəsindən, 
bacarığından, səriştəliliyindən gəlir gətirən əmtəə 
kimi istifadə olunması. 
Sahibkarlıq  –  kommersant  davranışı  passivlik 
dövrünə  də  malik  ola  bilər,  adətən  sahibkar 
fəaldır. 
 
Kommersant  bazar  konyunkturu  haqqında 
təsəvvürə  malik  olmalı  və  ondan  istifadə  etməyi 
bacarmalıdır.  Bütün  sahibkarlar  üçün  ümumi  cəhətlərin, 
qabiliyyətlərin,  səriştələrin  olması  haqında  o  vaxt 
danışmaq  olar  ki,  bu  müqayisə  sahibkarlıq  davranışının 
çoxsaylı  modellərinin  reallaşdırılmasının  bu  ya  digər 
forma  və  istiqamətlərinə  uyğun  olaraq  baş  verir.  Qərbdə 
onlar bir neçədir. 


 
70 
-
 
İnvestisiya  modeli  –  “öz  qorxusuna  və  riskinə” 
əsasən vençur investisiya layihələrinin işlənilməsi 
və tətbiq olunması. 
-
 
İnventar modeli – özünün və ya müştərinin  “nou-
hau” sunun yeridilməsi və yaxud satışı. 
-
 
Təşkilati  model  hər  hansı  bir  ideyanın,  qeyri-
standart  qərarların  həyata  keçirilməsinin  təşkili, 
layihənin lazımi resurs növləri ilə təmin olunması, 
kommunikasiyaların,  qarşılıqlı  əlaqələrin  təmin 
olunması. 
-
 
Vasitəçilik modeli – komisssiya alınması əsasında 
hakim  (arbitr),    vasitəçi  rolunda  çıxışetmə 
(tərəflərin  tələbatları  və  imkanları  haqqında 
bənzərsiz informasiya əsasında)və s. 
Motivlər: 
-
 
Öz taleyinin sahibi olma arzusu
-
 
Peşəkar 
fəaliyyətinin 
digərlərdən 
uzaqlaşdırılmasını  dəf  etməyə  canatma,  həyat  və 
işi  bir  yerə  qoyma,  “yaşamaq  üçün  işləmək” 
prinsipini  “  işləmək  üçün  yaşamaq”  prinsipinə 
dəyişmək; 
-
 
Öz  əməyinə  görə  layiqli  mükafatın  alınması  və 
özünün  maddi  vəziyyətinin  yaxşılaşdırılması 
arzusu. 
Kommersant 

sahibkarın 
keyfiyyətləri 
aşağıdakılardan ibarətdir: 
1. Qərarları müstəqil olaraq qəbul edir. 


 
71 
2.Yenliyə  həssasdır,  nəticələrin  əldə  olunmasına  
istiqamətlənir. 
3. Konstruktiv tənqidə və tərif üçün açıqdır. 
4. Biznesdə fəal iştirak etməyə can atır, buna görə 
də  böyük  olmayan  təşkilatda  özünü  çox 
xoşbəxt hiss edir. 
5. Cəld inkişafı və yenliyi sevir. 
6. İşgüzar  ətrafda,  biznesin  genişləndirilməsi 
zamanı özünü suda olan balıq kimi hiss edir. 
7. Özünə 
qarşı 
və 
tərəf- 
müqabillərinin 
qabiliyyətlərinə qarşı çox tələbkardır. 
 
Hər  bir  adamın  proseslərin  real  və  ya  potensial 
iştirakçıları  olduğu  və  digərlərin  həyatına  əhəmiyyətli 
dərəcədə  təsir  edə  bildiyi  müasir  postindustrial 
cəmiyyətdə  mənəviyyatın  rolu  artmaqdadır.  Sahibkarlar 
öz  statuslarına  görə  muzdla  işə  götürdükləri  adamların, 
onu  əhatə  edən  və  fəaliyyət  sferasına  daxil  olan 
təşkilatların  rifah  halını  müəyyən  edirlər.  Fəaliyyətin 
mənəvi təşkil edəni – elə bir meyardır ki, bunun əsasında 
cəmiyyət  mümkün  ola  bilən  hərəkətləri  qəbul  edilə 
bilinməyən  hərəkətlərdən  ayırır.  Mənəvi  baxımdan 
potensial sahibkarları “akulalara” və “delfinlərə”ayırmaq 
olar.  İki  ölçünün  –  qətiyyətin  və  mənəvi  istiqamətin 
kombinasiyası  əsasında  həyatda  davranış  tiplərinin 
təsnifatını almaq olar. 
 
 
Əməyin 
sosalogiyasında 
insanın 
iqtisadi 
fəaliyyətdə 
iştirakın  imkanlarını  və  effektivliyini 
müəyyən  edən  əmək  potensialı  nəzərdən  keçirilir.  Öz 
mahiyyətinə  görə  potensial  işçinin  bir  sıra  peşəkarlıq  və 


 
72 
şəxsi  xarakteristikalarını  özündə  cəmləşdirir  ki,  bunların 
da  tərkibi  işçilərin  istehsalat  prosesindəki  iştirakına 
qoyulan tələblə müəyən olunur. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə