PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə71/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   68   69   70   71   72   73   74   75   76

 
285 
mübadiləsi  məqsədilə  dünyanın  müxtəlif  ölkələrindən  
tacirlər  yğılırdılar.  Beləliklə,  XV  –XVI  əsrlərdə  birjalar 
Holandiyada, 
İtaliyada, 
İngiltərədə 
yaranmışdır. 
Birjaların çiçəklənməsi XIX əsrin ikinci  yarısına təsadüf 
edir və istehsalını  inkişafı və ticarət, nəqliyyat, rabitənin 
həcminin artması ilə bağlıdır. Rusiyada ilk birja I Pyotur 
tərəfindən  1703-  cü  ildə  Sankt  Peterburqda  təsis 
edilmişdir.  Keçmiş  SSRİ-  də  Yeni  İqtisadi  Siyasət 
dövründə 100 qədər birya fəaliyyət göstərmiş, lakin1930- 
cu  ildən  onların  fəaliyyəti  dayandırılmışdı.  İnzibati- 
amirlik  sistemi  dövründə  əmtəə-pul  münasibətlərinin 
inkişafı  formal  xarakter  daşıdığına  görə,  əmtəə  birjaları 
yox  idi.  Azərbaycan  Respublikası  da  bu  sistemə  daxil 
olduğuna  görə  burada  da  eyni  vəziyyət  mövcud 
olmuşdur. Bazar iqtisadiyyatına qədəm qoyduqdan sonra 
respublikamızda  da  bazarın  bu  növü  yaranmağa  və 
inkişaf  etməyə  başlamışdır.  Azad  sahibkarlığın  inkişafı 
və  2000-  ci  ildə  “Əmtəə  birjaları  və  birja  ticarəti 
haqqında”  Azərbaycan  Respublikası  qanununun  qəbul 
edilməsi buna daha böyük təkan vermişdir. 
 
Birjalar  üçün  standartlar  üzrə  (müəyyən  edilmiş 
sortlar)  və  ya  standart  nümunələr  üzrə  (taxıl,  qənd,  yun, 
pambıq, qəhvə, kauçuk, metallar) əmtəələrin kütləvi alqı-
satqısı xarakterikdir. 
Sənayecə  inkişaf  etmiş  ölkələrdə  birja  ticarəti 
taxıl  və  digər  kənd  təsərrüfatı  məhsulları,  qənd,  yun, 
qəhvə,  kauçuk,  neft,  neft  məhsulları,  tikinti  materialları, 
əlvan  və  qara  metallar  və  digər  əmtəə  bazarlarının 
vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir 
2.  Hərrac  (latın  sözündən  götürülüb  –mənası  kütləvi 
ticarət  formasıdır)  əvvəlcədən  yeri  və  vaxtı  müəyyən 


 
286 
edilmiş  xüsusi  və  kütləvi  xassəyə  malik  olan  malların 
satışı üsuludur. 
 
Hərrac 
(auksion) 
ticarəti- 
topdansatış  və 
pərakəndə  ticarətin  elə  bir  növüdür  ki,  bu  zaman  satıcı 
mənfəət  əldə  etmək  məqsədilə  eyni  bir  vaxtda  satışda 
iştirak  edən  bir  neçə  alıcı  arasında  birbaşa  rəqabət 
prinsipindən istifadə edir. 
 
Auksion – açıq hərrac zamanı elə malların satışıdır 
ki.  onlar  fərdi  xüsusiyyətlərə  və  dəyərlərə  malik  olurlar. 
Onların  açıq  satışı  müəyyən  olunmuş  yerdə  və 
qabaqcadan qoyulan vaxtda həyata keçirilir. 
 
“Kim çox” prinsipi ilə malların və digər dəyərlərin 
satış  forması  kimi  auksionlar:  əmtəə  və  valyuta 
auksionlarına  bölünürlər.  Auksionun  əsas  iştirakçılarına: 
dəyərlərin  sahibi  (satıcı),  auksionun  təşkilatçısı,  alıcı 
aiddirlər.  Auksion  hərracını  auksionist  həyata  keçirir  və 
o, satışın keçirilməsi zamanı qiymətləri və yüksək qiymət 
təklif eyləyən alıcını elan etmək səlahiyyətinə malikdir. 
 
Əmtəə  auksionlarında  incəsənət  əsərləri,  zərgərlik 
məmulatları, xəzlər, əntiq əşyalar və digər unikal, çox az-
az  rast  gəlinən  və  yüksək  tələb  olunan  mallar    və  digər 
qəyərlər  satılır.  Auksionlar  bir  qayda  olaraq,  aşkar  və 
yaxud qeyri-aşkar formada keçirilən qiymətin qalxmasına 
və qiymətin aşağı düşməsinə olan auksionlara bölünürlər.  
3.Yarmarka ticarəti – qısamüddətli və vaxtaşırı 
təkrarlanan mal satışı olmaqla, istehsalat-texniki təyinatlı  
və geniş istehlak mallarının müayinədən keçirilməsi və 
nümunələrin seçilməsindən sora alqı-satqı aktlarının 
həyata keçirilməsi ilə başa vurulur. 


 
287 
Yarmarka ticarətin prinsipləri satış-sərgilərin, 
sərgi salonların təşkilati qurluşunun və funksional 
fəaliyyətinin əsasını təşkil etdikləri üçün yarmarka və 
sərgi yicarəti bir-biri ilə qarşılıqlı bağlantıda nəzərdən 
keçirilir. 
Yarmarka ticarətinin xarakterik cəhətlərinə 
aşağıdakılar  aiddirlər: 
-
 
Təqdim olunmuş nümunələr üzrə malların 
topdansatış ticarəti; 
-
 
 Sövdələşmələrin dövrililiyi; 
-
 
Müddətin və satış yerinin qabaqcadan müəyyən 
edilməsi; 
-
 
Satıcıların və alıcıların eyni vaxtda və kütləvi 
olaraq iştirakı. 
Bir  qayda  olaraq,  yarmarkaların  (sərgilərin) 
açılışı və keçirilməsi təsisçilərin yerli hakimiyyət 
orqanları  ilə  birgə  qərarına  əsasən  həyata 
keçirilir. 
4.  Yarmarkalardan  fərqli  olaraq  satış  -sərgilər  bir 
qayda  olaraq,  elmi  mövzular  və  istiqamətlər  üzrə 
sistemləşdirilir. 
Dünyada hər il çox sayda tematik sərgilər keçilir. 
Onlardan  daha  tanınanı  ekologiya  problemləri  üzrə 
Honnoverdə, 
metallurgiya 
və 
maşınqayırma 
məmulatlarının    problemləri  üzrə  Düsseldorfda  və  s 
keçirilən sərgilərdir. 
Satış  sərginin  məqsədi-  yeni  məhsul  növlərinin, 
malların  nümayişi,  göstərilməsi  və  təqdim  olunması  və 


 
288 
onların  sonradan  satışı  üzrə  ən  müasir  informasiyanın 
hazırlanmasından, potensial alıcılar ilə işgüzar əlaqələrin 
yaradılması üçün şəraitin təşkil olunmasından ibarətdir. 
Satış  sərgi-satışı  təzə  başlayan,  həyat  dövrəsinin 
başlanğıcında olan,  tələbin olmamasından əsassız olaraq 
zərərə düşmə qorxusunun olması səbəbindən hələ kütləvi 
qaydada  istehsal  edilməyən  ən  müasir  mallar  bazarının 
sınaqdan çıxarılmasının məqsədəuyğun formasıdır. 
Satış-  sərginin  fəaliyyətinin  predmeti-  yeni 
məhsul  növləri  ilə  tanışlıq  və  bunlarla  sövdələşmələrin 
bağlanılması 
üzrə 
xidmətlərin 
göstərilməsindən, 
həmçinin  aparıcı  alimlərin  və  müətxəssislərin  cəlb 
olunması ilə kommersiya və elmi-texniki informasiyanın 
verilməsindən ibarətdir. 
 
MÖVZU 11 
KOMMERSİYA FƏALİYYƏTİNDƏ  
RİSK VƏ KREDİTLƏŞMƏ 
1.
 
Risk 
müasir 
idarəetmənin, 
kommersiya 
fəaliyyətinin  qeyri-müəyyənlik  şəraitində  menecerlərin 
spesfik  fəaliyyəti,  onun  variantlarının  mürəkkəb  seçimi 
ilə əlaqədar olan ən mühüm sahələrindən biridir. Hazırda 
dünya  və  yerli  bazarlar  getdikcə  daha  çox  qeyri-stabil 
olur  və  gözlənilməz  dəyişikliklərlə  müşayiət  olunurlar. 
Riskli  biznes  surətlə  inkişaf  edir.  Bu  şəraitdə  riskli 
qərardan  çəkinən  menecer  təşkilat  üçün  təhlükəli  olur, 
onu  durğunluğa,  rəqabət  qabliyyətliliyinin  itməsinə 
gətirib çıxarır. Riskli  situasiyalar zonasının genişlənməsi 
ilə,  risk  menecment  idarəetmənin  obyektiv  zəruri  və 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə