94
Reklam
təkcə
istehlakçıları yeni əmtəələr,
xidmətlər və ya qiymətlər haqqında məlumatlarla təmin
edən özünəməxsus yol göstərən kimi çıxış etmir, o, həm
də vətəndaş hüquqi nöqteyi-nəzərindən alqı-satqı
müqavilələrinin bağlanması zamanı kommersiya təklifi
funksiyasını da yerinə yetirə bilər. Yəni əmtəə və
xidmətlərin potensial istehlakçılarının ümumi formada bu
əmtəə və xidmətlərin reklam verənə müracitə etmə yolu
ilə əldə edilə bilməsi, alınması və sifarişi imkanının
olması, məlumatlandırılması kimi çıxış edir.
Tanınmış marketoloq ABŞ-ın Şimal- Qərb
Universitetinin profesoru F. Kotler reklama aşağıdakı
tərifi verir: Reklam dəqiqləşdirilmiş maliyyə mənbəyi
göstərilməklə lazımi kommunikasiya vasitəsilə pullu
xidmətlərin və məlumatların yayılmasını özündə əks
etdirir.
Geniş mənada reklam, mahiyyət etibarı ilə bir
sıra elmi sahələri özündə cəmləşdirir. Bunlara incəsənət,
poeziya,
ədəbiyyat
kommunikasiya,
iqtisadiyyat,
marketinq, riyaziyyat, pisxololgiya və s. daxildir. Eyni
zamanda, reklamın əhalinin ictimai-iqtisadi həyatını əks
etdirən ayrı-ayrı növləri də fərqləndirilir. Bu konteksdə
reklamın dəqiq ticarət, siyasət, elmi, dini və s. növləri
vardır.
Reklam təsərrüfat fəaliyyətində ən geniş
yayılmış reklam obyektləri mallar, ticarət müəssisələri,
xidmətlər və s. sahələrdir. Öz mahiyyəti etibarı ilə ticarət
reklamının başlıca vəzifələri, malların istehlak xassələri,
göstərilən xidmətlər haqqında alıcılara məlumatlar
vermək, tələbatlarını formalaşdırmaq, onların diqqətini
cəlb etmək və satışın həcmini artırmaqdan ibarətdir.