90
Mövzunun proqram sualları
Reklamın mahiyyəti, məzmunu və əsas məsələləri.
Reklamın sosial – psixoloji əsasları. Reklam insanları
idarəetmə metodu kimi. Alıcı davranışında reklamın
psixoloji rolu. Xaricdə reklam biznesinin inkişafının əsas
təyinatı. Reklam vasitələrinin növləri və onların tətbiqi.
Vitrinlər reklam vasitələri kimi. Vitrinin əhəmiyyəti.
Vitrinlərin avadanlıqları və quraşdırılması. Vitrin üçün
mal seçimi.
Vitrin
sərgilərinin
tərtibi.
Malların
dequstasiyası, nümayişi, açıq yığılması. Reklam –
məlumat agentliklərinin işinin təşkili. Reklam elanlarının
mətnlərinin işlənməsinin əsasları. Reklam fəaliyyətinin
işlənməsinin əsasları.
Bilməli
-
Reklam
mahiyyətini,
reklam
vəzifələrini,
ümumiyyətlə, reklam anlayışı haqqında;
-
Reklam psixologiyası;
-
Reklam marketinqini;
-
Reklam
vasitələrinin
növlərini,
onların
xüsusiyyətlərini, birinin digərindən üstün və zəif
cəhətlərini;
-
1000 nəfər hesabı ilə konkret reklam daşıyıcısının
dəyərinin hesablanmasını;
-
Reklam vasitələri, əhatə dairəsi, təsir gücü
görünmə tezliyinə görə təsnifləşdirilməsini;
-
Reklam proqramının və onun səmərəliliyinin
qiymətləndirilməsini;
-
Ticarət
reklamının
vacib
xüsusiyyətlərini
(düzgünlük,
konkretlilik,
məqsədyönlülük,
humanistlik, kompitentlik);
91
-
Reklamın
sosial-psixoloji
əsaslarını,
yəni
reklamın insanları idarəetmə vasitəsi kimi
xüsusiyyətlərini, alıcı davranışına, yəni alıcının
nail olmaq istəyinə reklamın təsirini;
-
Beynəlxalq reklamın xüsusiyyətləri, çətinliklərini;
-
Beynəlxalq reklam kodeksinin əsas prinsipləri,
normaları.
Bacarmalı
-
Reklamın
xüsusiyyətlərini
respublikada
inkişafının müasir vəziyyətini, reklamın vəzifələri
və məqsədlərini əlaqələndirməyi;
-
Ticarət reklamının digər reklam növlərindən
fərqləndirmək;
-
Alıcı davranışına reklamın psixoloji təsirini izah
etməyi;
-
Reklamın insanları idarə etməsi fikrinə münasibət
bildirməyi;
-
Beynəlxalq reklamın yaranmasını, inkişafını,
problemlərini təhlil etməyi;
-
Dünyanın ən iri reklam şirkətləri haqqında
məlumat verməyi;
-
Beynəlxalq reklam kodeksinin əsas prinsiplərini,
normalarını təhlil etməyi;
-
Azərbaycan Respublikasının reklam haqqında
qanunun madələrini, reklama verilən ümumi və
xüsusi tələbləri izah etməyi;
-
Reklam vasitələrinin növlərini, onların tətbiqinin
xüsusiyyətlərini, ayrı-ayrılıqda təhlil etməyi;
-
Vitrinlərin əhəmiyyətini, qurulmasını, vitrinlərin
inventarları, tərtibatını, vitrin üçün mal seçilməsi
92
xüsusiyyətlərini, vitrin sərgilərinin tərtibatını və s.
məsələlərin mahiyyətini çatdırmağı;
-
Reklam məlumat agentliklərində işin təşkili
xüsusiyyətlərini açıqlamağı;
Test sualları
1)
Reklam anlayışı, mahiyyəti və əsas məsələləri;
2)
Reklamın sosial, psixoloji əsasları;
3)
Xaricidə reklam biznesinin inkişaf istiqamətləri.
Reklam vasitələrinin növləri və onların tətbiqi;
4)
Reklam vasitələrinin növləri və onların tətbiqi;
5)
Vitrin reklam vasitəsi kimi, onun əhəmiyyəti,
qurulması, inventarları onun tərtibatı, mal
seçilməsi və s.
6)
Reklam mətnləri və elanlarının hazırlanmasının
əsasları;
7)
Reklam fəaliyyətinin effektivliyinin müəyyən
edilməsi;
8)Reklam nədir;
9)Reklamın təbliğatdan əsas fərqi nədir;
10)Reklam vasitələrinin əsas təşkilat əlamətləri
hansıdır;
11)Xaricdə reklam biznesinin inkişafının əsas
istiqaməti;
12)Vitirinlərin digər reklam vasitələrindən fərqi
nədədir;
13)Ticarət reklamının, sahibkarlıq reklamından fərqi
nədədir;
14)Respublikada reklam fəaliyyətinin
tənzimlənməsinin əsas vasitəsi nədir;
93
MÜHAZİRƏ MƏTİNLƏRİ
KOMMERSİYA FƏALİYYƏTİNDƏ REKLAM
P L A N
1. Kommersiya fəaliyyətində reklam, onun hüququ
tənzimlənməsi və dövlət nəzarəti
2. Reklam vasitələri və formaları
1. Əmtəə və xidmətlərin istehlakçısı onları əldə
edərkən alqı-satqı prosesinin həyata keçirilməsinə hazır
olmalıdır, yəni o, onu belə zərurətə inandıracaq müvafiq
informasiyanı əldə etməlidir. Bu rolu reklam yerinə
yetirir.
“Reklam haqqında” qanunda reklam anlayışına
aşağıdakı kimi tərif verilir. “Reklam istənilən formada,
istənilən informasiya vasitələrinin köməyilə fiziki və ya
hüquqi şəxslər, əmtəələr, ideyalar və təşəbbüslər (reklam
informasiyası) haqqında qeyri-müəyyən şəxslər dairəsi
üçün nəzərdə tutulan informasiyanın yayılmasıdır,
həmçinin o, bu fiziki və ya hüquqi şəxsə, əmtəələrə,
ideyalara və təşəbbüslərə qarşı maraq formalaşdırmalı
olan və bu marağı saxlamalı, əmtəə, ideya və
təşəbbüslərin reallaşdırılmasına şərait yaratmalıdır”.
Beləliklə, reklam, hər şeydən əvvəl, konkret fiziki
və ya hüquqi şəxsə qarşı maraq formalaşdırmaq və ya bu
marağı dəstəkləmək məqsədilə fiziki və ya hüquqi
şəxslər,
əmtəələr,
ideyalar
və
təşəbbüslərin
reallaşdırılmasına yol açan informasiyaların yayılmasıdır.
Bu informasiyalar istənilən formada, istənilən
vasitələrin köməyilə yayıla bilər.
Dostları ilə paylaş: |