86
qüsurları
barədə
qeyd-şərtlərin
olmaması
deməkdir);
-
ixracat rlisenziyasını almalı və onun haqqını
ödəməli;
- kontraktda müəyyən edilmiş yerdə və müddətdə
malın alıcıya keçmə anınadək bütün riskləri və
xərcləri daşımalı.
Kontraktı alıcı kimi hazırlayarkən sahibkar öz
üzərinə bir sıra öhdəlikləri götürməli və bunları bu
sənəddə əks etdirməlidir:
-
malı kontrakt üzrə müəyyən edilmiş yerdə və
müddətdə qəbul etməli;
-
malın daşınması üzrə bütün riskləri və xərcləri
daşımalı;
-
malın hərəkəti prosesində sənədlərin alınması
zamanı yaranan bütün rüsumları və xərcləri
ödəməli;
-
malın xaricə göndərilməsi üçün lazım olan
lisenziyanın və digər sənədlərin alınması və
haqqının ödənilməsini təmin etməli.
Komissiya üzrə müqavilənin bağlanması zamanı
satan tərəf komitent, alan tərəf isə- komissioner kimi
çıxış edirlər.
Komissioner öz öhdəsinə götürür ki, komitentin
tapşırığına əsasən müqavilə üzrə müəyyən edilmiş
mükafatla öz adından, lakin komitentin hesabına bir və
ya bir neçə alqı-satqı sövdələşməsini həyata keçirəcəkdir.
87
Bağlanmış müqavilələr məcburi qeydiyyata və
uçota alınmalıdır. Müqavilələr və malların alışı ilə bağlı
olan digər sənədlər onların müddətləri qutardıqdan sonra
üç il ərzində saxlanılmalıdır.
Kommersiya işinin səviyyəsinin artırılması onun
texnologiyasının daim təkmilləşdirilməsini, idarəetmənin
yeni
texnikasından,
avtomatlaşdırılmış
idarəetmə
sistemindən, kommersiya işçilərinin avtomatlaşdırılmış
iş yerlərindən istifadə olunmasını, kommersiya
prosseslərinin, o cümlədən əmtəələrin topdan və
pərakəndə
satışının
idarə
olunmasının
kommpüterləşdirilməsini tələb edir.
Çoxlu sayda mal göndərənlərə, mürəkkəb çeşidlə
xarakterizə olunan əmtəələrin topdan alışının daimi uçotu
və nəzarəti yalnız informasiya texnologiyalarının köməyi
ilə mümkündür. Mal daxil olmasının əmtəəşünaslar
tərəfindən əllə, kartoçka formasında uçota alınması
əməktutumlu bir işdir və çoxlu sayda malgöndərənlərdən
və daxilolma müddətlərinə görə çeşidin bütöv məcmuyu
üzrə tez və dəqiq uçot aparılmasını təmin etmir.
Bu uçot sistemi öhdəlikləri pozan malgöndərənlərə
qarşı operativ təsir tədbirləri görməyə imkan vermir, mal
göndərilməsinin pozulmasına və fasilələrin yaranmasına
səbəb olur. Bu məqsədlə əmtəə şöbələrində, əmtəə
nümunələri zallarında, kommersiyra pavilyonlarında
kommersiya məlumatlarının operativ işlənməsi və
kommersiya prosseslərinin operativ idarə olunması üçün
avtomatlaşdırılmış iş yerlərinin təşkil olunması zəruridir.
Bu əmtəələrin qrupdaxili çeşid üzrə daxil olmasının və
reallaşdırılmasının uçotunun avtomatlaşdırılmasının
təmin edir, əmtəəşünasları əmtəələrin uçotu və hərəkəti
üzrə kartoteka işlərinin aparılması kimi süründürücü əl
88
əməyindən azad edir, malgöndərənlərlə və alıcılarla real
kommersiya işi üçün vaxtı artırır, kommersiya işçilərinin
əmək məhsuldarlığını yüksəldir.
Mağazalarda
əmtəələrin
pərakəndə
satışının
uçotunun kompüterləşdirilməsi əmtəə satışının və ticarət
çeşidinin optimal ölçülərdə saxlanması və tamamlanması
işlərinin
gedişatına
fasiləsiz
nəzarətin
həyata
keçirilməsini təmin edir.
Kommersiya əməliyyatlarının kompüterləşdirilməsi
kommersiya məlumatlarının işlənməsi və ötürülməsi üzrə
informasiya sisteminin yaradılmasına imkan verir ki, bu
da
əmtəə tədavülü sferasında bazar, marketinq
fəaliyyətinin texniki əsasını təşkil edir.
Kommersiya fəaliyyəti, hər hansı digər bir
sahibkarlıq fəaliyyəti kimi, müəyyən dərəcədə dövlət
tərəfindən tənzimlənməyə ehtiyac duyur. Kommersiya
münasibətləri əsasən bu sahəyə aid olan qanun və hüquqi
aktların vasitəsilə tənzimlənir.
Azərbaycanın
İqtisadi
İnkişaf
Nazirliyinin
yaradılması daxili və xarici ticarət məsələlərinin təşkilati
cəhətdən bir orqanda cəmlənməsinə imkan vermişdir. Bu
isə Azərbaycan mallarının nəinki daxili, həm də xarici
bazarlarda
irəliləməsi
üçün
və
milli
əmtəə
istehsalçılarının müdafiəsi baxımından əlverişli şəraitin
yaradılması imkanlarını genişləndirir.
Ədəbiyyat
1.
Коммерческое дело М.: Экономика. Учебник,
1992.
89
2.
P.S. Zavyalov, V.İ. Demidov, Müvəfəqiyyətin
düsturu:marketinq. M. Beynəlxalq münasibətlər,
1991.
3.
Levşin
F.M.
Dünya
əmtəə
bazarlarının
konyukturası: spesifik və varislik. M. 1992
4.
Ələsgərov F.N. İstehlak malları bazarı: idarəetmə
formaları və metodları. Bakı “Azərnəşr”, 1993.
5.
Hacıyev Ş. H. Xalq istehlak mallarının əhali
tələbinə proqnozlaşdırılması. Bakı, Azərnəşr,
1989
6.
Sənaye mallarının marketinqi. Tərəqqi, 1992.
7.
Qerçıkova İ.Q. Marketinq və beynəlxalq
kommersiya işi. M. Xarici ticarət nəşriyyatı.
1991.
8.
Ağamalıyev M.Q. Kommersiya fəaliyyətinin
təşkili. Bakı, 2004
MÖVZU6.
KOMMERSİYA FƏALİYYƏTİNDƏ REKLAM
Açar sözlər
Reklam, ticarət reklamı, inandırma, brendinq,
personal satış, seylz promouşn, pablik rileyşnz, KİV,
vitrin, reklam elanları, çap reklamı, kataloq, prospekt,
plakat, audiovizual reklam, reklam roliki, texniki reklam
filmləri, slayd filimlər, radio və televiziya reklamı,
topdan yarmarka, reklam suvenirləri, seriyalı suvenir
məlumatlar, qablaşdırıcı materiallar, direkt meyl, xarici
reklam,
reklam
şitləri,
afişalar,
transporantlar,
preskonferensiya,
simpozium,
kompüter
reklamı,
dequstasiya.
Dostları ilə paylaş: |