PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə24/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   20   21   22   23   24   25   26   27   ...   76

 
94 
Reklam 
təkcə 
istehlakçıları  yeni  əmtəələr, 
xidmətlər  və  ya  qiymətlər  haqqında  məlumatlarla  təmin 
edən özünəməxsus  yol  göstərən kimi çıxış etmir, o, həm 
də  vətəndaş  hüquqi  nöqteyi-nəzərindən  alqı-satqı 
müqavilələrinin  bağlanması  zamanı  kommersiya  təklifi 
funksiyasını  da  yerinə  yetirə  bilər.  Yəni  əmtəə  və 
xidmətlərin potensial istehlakçılarının ümumi formada bu 
əmtəə və  xidmətlərin reklam verənə müracitə etmə  yolu 
ilə  əldə  edilə  bilməsi,  alınması  və  sifarişi  imkanının 
olması, məlumatlandırılması kimi çıxış edir. 
Tanınmış  marketoloq  ABŞ-ın  Şimal-  Qərb 
Universitetinin  profesoru  F.  Kotler  reklama  aşağıdakı 
tərifi  verir:  Reklam  dəqiqləşdirilmiş  maliyyə  mənbəyi 
göstərilməklə  lazımi  kommunikasiya  vasitəsilə  pullu 
xidmətlərin  və  məlumatların  yayılmasını  özündə  əks 
etdirir.  
      Geniş  mənada  reklam,  mahiyyət  etibarı  ilə  bir 
sıra elmi sahələri özündə cəmləşdirir. Bunlara incəsənət, 
poeziya, 
ədəbiyyat 
kommunikasiya, 
iqtisadiyyat, 
marketinq,  riyaziyyat,  pisxololgiya  və  s.  daxildir.  Eyni 
zamanda,  reklamın  əhalinin  ictimai-iqtisadi  həyatını  əks 
etdirən  ayrı-ayrı  növləri  də  fərqləndirilir.  Bu  konteksdə 
reklamın  dəqiq  ticarət,  siyasət,  elmi,  dini  və  s.  növləri 
vardır.  
     Reklam  təsərrüfat  fəaliyyətində  ən  geniş 
yayılmış  reklam  obyektləri  mallar,  ticarət  müəssisələri, 
xidmətlər və s. sahələrdir. Öz mahiyyəti etibarı ilə ticarət 
reklamının  başlıca  vəzifələri,  malların  istehlak  xassələri, 
göstərilən  xidmətlər  haqqında  alıcılara  məlumatlar 
vermək,  tələbatlarını  formalaşdırmaq,  onların  diqqətini 
cəlb etmək və satışın həcmini artırmaqdan ibarətdir. 


 
95 
  Adi məlumatlardan fərqli olaraq, reklam vasitəsilə 
çatdırılan  məlumatlar,  adamlara  məsləhət  verməklə 
onların  mallar  və  xidmətlərdən  istifadə  etməsinə  təsir 
göstərir.  Ona  görə  də  reklamın  admlara  təsir  etmə 
qabliyyəti,  onlarda  tələbin  formalaşmasına,  zövqünə  və 
nəhayət,  təklif  edilən  xidmətlərdən  və  mallardan 
məqsədyönlü  istifadə  etməsinə  müsbət  təsir  göstərir. 
Reklam  marketinqin  bir  hissəsini təşkil etməklə,  həm  də 
istehsal edilmiş məhsülların fasiləsiz təchizini təmin edir. 
     Reklam  vasitəsilə  alıcılara  mallar  və  xidmətlər,  
onların  kəmiyyət  və  keyfiyyəti,  xassələri,  çeşidləri, 
istifadəsi, istismarı və digər məlumatlar  haqqında doğru, 
dürüst məlumatlar verilməlidir. 
     Reklam  vasitəsilə  alıcılara  mallar  haqqında 
yalan 
və 
şişirdilmiş 
məlumatların 
verilməsi 
yolverilməzdir.  Habelə  bazar  subyektlərinin,  əmtəənin, 
istehlakçını  çatdıra  bilən  yanlış    müqayisə  edilməsi  və 
onun  reklam  yayımı,  əmtəənin  alınması,  yaxud 
sövdələşmə  zamanı  istehlakçının  seçmə  sərbəstliyinə 
təsir  gösərən  qanunsuz  reklam  üsullarından  istifadə 
olunması  kimi  istehlakçiları  çatdırmağa  yönəldilmiş 
hərəkətlər  yolverilməzdir.  Reklamın  tərtib  edilməsinə 
çəkilən xərclər çox yüksək olmamalı  və malın qiymətinə 
təsir göstməməlidir. 
     Reklam  malla  təchizetmənin  və  alıcı  tələbinin 
formalaşdırılması üzrə aparılan məqsədyönlü işlərin əsas 
tərkib hissəsi hesab olunur. 
Dünya  təcrübəsində  reklamın  gücü  və  rolu    
məlumdur.  Hər  şeydən  əvvəl,  reklam  vasitəsilə  alıcılara 
mal  və  xidmətlər  haqqında  məlumatlar  verilir.  Onu  da 
qeyd  etmək  lazımdır  ki,  əgər  reklam  həmişə  ancaq 
məlumatdırsa, onda məlumat həmişə reklam ola bilməz. 


 
96 
Reklam,  bir  tərəfdən  istehlakçıya  lazım  olan 
malların alınması və onlardan istifadə edilməsi haqqında 
məlumat verir, digər tərəfdən isə adamların  emosiyası və 
psixologiyasına  təsir  göstərərək  onların  seçiminə  inam 
yaradır. 
     Qeyd  olunduğu  kmi  ticarət  reklamı,  başqa 
reklam  növləri  içərisində  aparıcı  yerlərdən  birini  təşkil 
edir.  Bununla  yanaşı,  digər  reklam  növləri  adamların 
həyatında  özünəməxsus    əhəmiyyətə  malikdir.  Bütün  
dünyada 
siyasi 
rəhbərləri, 
onların  proqram  və 
məqsədlərini 
təbliğ 
etmək  üçün  siyasi  reklam 
vasitələrindən  və  təbliğat  üsullarından  geniş  istifadə 
olunur.  Son  vaxtlar    bizim  cəmiyyətimizdə  də  bu  tipli 
reklam  vasitələrindən  istifadə  edilməyə  başlanmışdır. 
Buna  baxmayaraq,  reklamın  ümumi  cəhətlərində  başlıca 
məzmunu:  mal  və  xidmətləri  seçməyə,  təklif  edilən 
namizədə  səs  verməyə,  müəyyən  mədəni  tədbirlərdə 
iştirak  etməyə yönəltməkdən ibarətdir. 
  Reklamın  əsas  məzmunu  təbliğ  edilən  obyektin 
sosial  nüfuzunu  qaldırmaqda  ibarətdir.  Reklam 
xidmətlərindən  istifadə olunarkən nailiyyətlərin inkişafı, 
reklamçıların  öz  müştərilərini  psixoloji  xüsusiyyətlərini 
və  məlumatları  daha  yaxşı  tədqiq  edir.  Lakin  bütün 
hallarda  reklam  vicdanlı  olmalı,  istehlakçıları  çaşdıra 
bilən  yanlış  məlumat  verilməməli,  adamların  işgüzar 
münasibətlərinə,  onların  maraq  və  məqsədlərinə  mənfi 
təsir göstərən ementlər olmamalıdır. 
  Ticarət  reklamı  istehlakçılara  malların  faydalı 
cəhətləri,  onlardan  səmərəli  istifadə  və  istehlak 
etmələrinə yardım göstərməlidir. 
  Bundan  başqa,  ticarət  reklamı  alıcılara  göstərilən 
ticarət  xidmətinin  keyfiyyətinin  yüksəldilməsinə  kömək 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə