PüSTƏ oruc qizi fərhadi


Əmtəə  satışı  üzrə  əməliyyatların  xarakteri  və



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə60/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   56   57   58   59   60   61   62   63   ...   76

 
237 
 
Əmtəə  satışı  üzrə  əməliyyatların  xarakteri  və 
quruluşu  ,  hər  şeydən  əvvəl,  reallaşdırılan  əmtəələrin 
çeşidindən  və  onların  satış  metodlarından  bilavasitə 
asılıdır.  Belə  ki,  gündəlik  tələbat  mallarının  seçiminə 
alıcı  xeyli  az  vaxt    sərf  edir,  nəinki  dövrü  və  ya  nadir 
tələb  olunan  malların  seçiminə.  Satışın  müxtəlif 
metodlarını  tətbiq  edən  mağazalarda  əmtəə  satışı  üzrə 
əməliyyatların məzmunu da mahiyyət etibarı ilə fərqlənir. 
Belə  əməliyyatlar  adı  altında  alıcılara  əmtəələrin 
reallaşdırılması  üsulları  və  metodlarının  məcmuyu  başa 
düşülür. 
Pərakəndə  ticarətdə  əmtəə  satışının  aşağıdakı  metodları 
tətbiq olunur: 
-
 
özünə  xidmət; 
-
 
xidmət piştaxtası arxasından; 
-
 
nümunələr üzrə; 
-
 
malların  açıq  nümayişi  və  alıcıların  əmtəələri  sərbəst 
seçmək yolu ilə; 
-
 
əvvəlcədən verilmiş sifarişlər üzrə. 
Əmtəələrin özünəxidmət əsasında satışı – alıcılara 
əmtəə  satışının  ən  əlverişli  metodlarından  biridir. 
Özünəxidmət 
əmtəə 
satışı 
üzrə 
əməliyyatların 
tezləşməsinə, 
mağazaların  buraxılış  qabiliyyətinin  
artırılmasına,  əmtəə  satışı  həcminin  genişləndirilməsinə 
imkan  yaradır.  Bu    metod  ticarət  zalında  düzülmüş 
əmtəələrlə  alıcıların  sərbəst  təmasda  olmasını  satıcıların 
köməyi  olmadan  onların  sərbəst  baxışını  keçirmək  və 
seçmək  mümkünlüyünü    nəzərdə  tutur  ki,  bu  da  mağaza 
işçiləri 
arasında 
funksiyaların 
daha 
səmərəli 
bölüşdürülməsinə  imkan  verir.  Seçilmiş  əmtəələrin 
dəyəri nəzarətçi- kassirlərin xidmət göstərdiyi kassalarda 
ödənilir. Özünəxidmət şəraitində mağazanın ticarət zalını 


 
238 
və  digər  işçi  otaqlarının  texnoloji  planlaşdırmasında, 
maddi  məsuliyyət  və  əmtəə  təchizatı  işinin  təşkilində,  o 
cümlədən 
mağaza  işçiləri  arasında  funksiyaların 
bölüşdürülməsində  dəyişikliklər aparılır. 
 
Bu  metod  əksər  ərzaq  və  qeyri-ərzaq  mallarının 
satışı zamanı tətbiq olunur. Bu baxımdan, məişət elektrik 
cihazları  və  maşınları,  soyuducular,  xalça  və  xalça 
məmulatları,  servis  və  xrustallar,  velosipedlər,  motorlar, 
qayıqlar,  radio  və  televiziya  aparatları  və  digər  bu  kimi 
əmtəələr istisna təşkil edir. 
 
Özünəxidmət  mağazalarında  ticarət  zalı  işçilərinin 
funksiyalarına  əsasən  alıcılara  məsləhətlər  verilməs,  
əmtəələrin göstərilməsi və onların qorunmasına və haqq-
hesab  əməliyyatlarının  yerinə  yetirilməsinə  nəzarət 
daxildir. 
Burada 
satış 
prosesi 
aşağıdakı 
əsas 
əməliyyatlardan ibarətdir. 
-
 
alıcının  qarşılanması  və  satılan  əmtəələr,  göstərilən 
xidmətlər  və  s.  haqda  ona  lazım  olan  məlumatların 
təqdim olunması; 
-
 
 əmtəələrin  seçilməsi  üçün  alıcıya  inventar  zənbilinin 
və ya arabasının verilməsi
-
 
əmtəələrin  alıcı  tərəfindən  sərbəst  seçilməsi  və 
hesablaşmaq üçün kassaya gətirilməsi
-
 
seçilmiş  əmtəələrin  dəyərinin  hesablanması  və  çekin 
alınması; 
-
 
alınmış əmtəələrin dəyərinin ödənilməsi
-
 
alınmış  əmtəələrin  qablaşdırılması  və  alıcının 
çantasına yerləşdirilməsi; 
-
 
əmtəə  seçimi  üçün  götürülmüş  inventar  zənbilinin  və 
ya arabasının yerinə qaytarılması və s. 


 
239 
 
Satıcı- məsləhətçinin köməyi tələb olunan texniki 
cəhətdən  mürəkkəb  əmtəələrin  satışı  zamanı  bu 
əməliyyatların siyahısı daha da genişlənə bilər. 
 
Ticarət 
personalı 
müəyyən 
edilmiş 
ticarət 
qaydalarına ciddi  əməl  olunmasını təmin etməlidir. Belə 
ki,  özünəxidmət  mağazasının  ticarət  zalına  daxil  olan 
alıcıdan  digər  mağazalardan  alınmış  əmtəələrin  təqdim 
olunmasını  tələb  etmək,  onlara  ştamplar  qoymaq  və  ya 
digər  qeydiyyatlar  aparmaq,  şəxsi  əşyalarını  girəcəkdə 
qoymaq  və  ya  digər  qeydiyyatlar  aparmaq,  şəxsi 
əşyalarını  girəcəkdə  qoymaq  və  s  bu  kimi  hallara  icazə 
verilmir. Alıcı öz istəyi ilə təsərrüfat zənbilinin, çantasını 
və  s.  ticarət  zalının  girişində  qoya  bilər  və  bu  zaman 
mağaza onların qorunmasını təmin etməyə borcludur. 
 
Seçilmiş  əmtəələri  alıcılar  inventar  zənbillərinə  və 
ya ara bıçaqlara yerləşdirib, sonra isə hesablaşma yerinə, 
yəni  kassaya  gətirirlər.  Burada  həm  alıcının  özü 
tərəfindən seçilmiş,  həm  də  xidmət  piştaxtası  arxasından 
satılmış  əmtəələr    üzrə  hesablaşma  aparılır.  Burada 
alıcıya  kassa  çekləri  təqdim  olunur.    Bu  çeklər 
hesablaşmaların  düzgün  aparılmasını  təsdiq  edən  və  ya 
lazım  gəldikdə,  əmtəələrin  dəyişdirilməsinə  əsas  verən 
sənəd  rolunu  yerinə  yetirirlər.  Alıcı  ilə  hesablaşma 
aparılarkən ikili nəzarət tətbiq etmək qadağandır. Mağaza 
müdiriyyəti hesablaşmaların aparılmasının düzgünlüyünü 
yalnız seçmə yolu ilə yoxlamaq hüququna və bununla da 
kassirin işinə nəzarət həyata keçirmək imkanına malikdir. 
 
Ədəbiyyat 
1.
 
Ağamalıyev  M.Q.  Kommersiya  fəaliyyətinin 
təşkili. Bakı, 2004. 


 
240 
2.
 
Коммерческое дело. М.: Экономика. Учебник, 
1992. 
3.
 
Azərbaycan  Respublikasında  olan  mülkiyyətin 
özəlləşdirilməsi 
haqqında 
Azərbaycan 
Respublikası qanunu 07.01.1993. 
4.
 
Novikov  P.S.  Mal  hərəkəti  və  xalq  istehlakı 
mallarının  satışı.  Proqress  nəşriyyatı.  Krasnodar. 
1988. 
5.
 
Ələsgərov  F.N.  İstehlak  malları  bazarının 
idarəetmə 
formalları  və  metodları.  Bakı. 
«Azərnəşr»,1993 
6.
 
Məmmədov  T.S.,  Ələkbərob  Ə.Ə.,  Məmmədov 
M.Q.  Ərzaq  malları  ticarətinin  təşkili.  Bakı, 
“Maarif”, 1991. 
7.
 
Hacıyev  Ş.H.  Xalq  istehlak  mallarının  əhali 
tələbinə  proqnozlaşdırılması.  Bakı,  Azərnəşr, 
1989. 
8.
 
Хруцкий  В.Е.  Современный  маркетинг.  М. 
Финансы и статистика. 1991. 
9.
 
İ.Ə.feyzullabəyli  ilə  başkaları.  Biznes,  bazar, 
icarət,  marketinq,  plan  nədir.  Bakı.  “Azərnəşr”, 
1993. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə