221
-
yarmarkanın iş rejimini və qaydalarını müəyyən
edir;
-
yarmarkanın təşkili və keçirilməsi ilə bağlı olan
digər məsələləri həll edir.
Yarmarka komitəsinin qərarı protokolda əks olunur
və protokol yarmarka komitəsinin sədri və ya onun
müavini tərəfindən imzalanır.
Yarmarkanın direktorluğu:
-
müqavilələrin uçotu üzrə qrupa rəhbərliyi həyata
keçirir, yarmarkaya hazırlıq və onun keçirilməsi ilə bağlı
olan təşkilati, reklam və kommersiya fəaliyyətini aparır;
-
yarmarkaya təqdim olunmuş əmtəə nümunələrinin
və modellərinin qəbulunu və saxlanmasını təmin edir,
müqavilələrin bağlanmasında yarmarka iştirakçılarına
texniki yardım göstərir, lazımi hesabatları aparır.
Müqavilələrin uçotu üzrə qrup:
-
zəruri uçot sənədləşdirməsini aparır və
yarmarkada
bağlanmış
müqavilələri
qeydiyyata alır;
-
müqavilələrin bağlanması gedişatını təhlil
edir, yarmarka komitəsinin və ya yarmarka
direktorluğunun tapşırığı ilə müvafiq analitik
arayışlar, qeydlər, təkliflər hazırlayır.
Yarmatka komitəsinin arbitrajı:
-
Yarmarkaya hüquqi xidməti təmin edir;
-
Yarmarka iştirakçılarına hüquqi məsələlər
üzrə məsləhətlər verir;
-
Yarmarkada yaranmış müqavilələrqabağı
mübahisələri nəzərdən keçirir.
222
Yarmarka
ticarətinin
təşkili
zamanı onun
keçirilməsinin 3 əsas mərhələsini ayırırlar: başlanğıc,
təşkilati və yekun.
Başlanğıc mərhələyə topdan yarmarkanın və ya
sərgi-satışın keçirilməsi barədə qərarın qəbul edilməsi
daxildir. Bu mərhələdə yarmarka komitəsi yaradılır və
işçi qrupu formalaşdırılır və onlar yarmarkanın
keçirilməsi qaydasını işləyib hazırlayırlar və potensial
iştirakçılara yarmarkada iştirakın şərtləri barədə tam
məlumatlı məktublar göndərirlər. İşçi qrupu həmçinin
yarmarkanın təşkili və keçirilməsi haqqında reklam
materiallarını da işləyib hazırlayırlar. Yarmarkada
iştirakın şərtləri barədə tam informasiyalı reklam
broşurası nəşr olunur, burada eksponatlarla və onlarsız
iştirakın dəyəri, pavilyonların icarə qiyməti, reklam
materiallarının yerləşdirilməsi qiymətləri və s. göstərilir.
Alıcıların əvvəl müəyyən müddət ərzində yarmarka
iştirakçıları qeydiyyat haqqını keçirir və iştirak ərizəsini
tərtib edirlər və burada özləri və öz rekvizitləri barədə,
ekspozisiyaların yerləşdirilməsi tələbləri və s barədə
məlumatlar verirlər. Yarmarkanın keçirilməsindən əldə
olunan əsas gəlir mənbələri: iştirak haqqı, ekspozisiya
üçün sahənin icazə haqqı, nəlliyyat və anbar sahələrinin
icarə haqqı. yükləmə boşaltma haqqı, texniki və
informasiya-kommersiya məsləhətlərinin aparılması və
əlavə xidmətlərin göstərilməsindən əldə edilən gəlirdən
ibarətdir.
Təşkilati
mərhələ
reklam
kataloqunun
hazırlanmasından ibarətdir, bura malgöndərənlərin,
onların əmtəələrinin, xidmətlərin xarakteristikası və digər
reklam informasiyası daxil edilir. Bu mərhələyə həmçinin
iştirakçıların yerləşdirilməsi, onların istirahət vaxtının
223
təşkili, hərrac ticarətinin, prezentasiyaların və digər
tədbirlərin keçirilməsi üzrə operativ işlər də daxildir.
Yekun mərhələdə yarmarkanın işindəki müsbət və
mənfi
cəhətlər qeyd olunmaqla onun nəticələri
yekunlaşdırılır.Yarmarkanın əmtəə çeşidlərindən ibarət
ticarət konyukturunun təhlilinin yekun nəticələri, əmtəə
istehsalı üzrə təkliflər və s. istehlak tələbinin daha dolğun
ödənilməsi məqsədilə tədbirlər görmək üçün maraqlı və
aidiyyatı olan təşkilatlara və ticarətin idarəetmə
orqanlarına təqdim olunur.
3.Ərzaq məhsullarının dövlət mərkəzləşdirilmiş
topdan ticarətinin ləğvi, topdan və pərakəndə satış ticarət
müəssislərinin özəlləşdirilməsi, kənd təsərrüfatı və ərzaq
məhsullarının istehlakçılara doğru irəlilədilməsinin
mövcud sisteminin dağıdılmasına gətirib çıxartdı. Bir çox
ərzaq və meyvə-tərəvəz bazarları sənaye məhsullarının
satışı ilə məşğul olmağa başladılar, kənd təsərrüfatı
istehsalçıları öz məhsullarının reallaşdırılması problemi
ilə üzləşdilər. Ərzaq məhsulları ticarətinin dövlət
tənzimlənməsinin
olmadığı bir vaxtda emaledici
sənayenin və pərakəndə ticarətin lokal inhisarçılığı
güclənməyə başladı, bu isə ərzaq məhsullarının
pərakəndə qiymətlərinin artmasına, adambaşına düşən
mühüm ərzaq məhsullarının pərakəndə qiymətlərinin
artmasına,
adambaşına
düşən
mühüm
ərzaq
məhsullarının istehlakının kəskin azalmasına səbəb
olmuşdu.
Bazar iqtisadiyyatı şərtlərinə uyğun gələn yeni
bölgü sisteminin olmamsı, bu sahədə müasir marketinqin
tətbiq
edilməməsi
qeyri-sivil
bazar
mühitinin
formalaşmasına səbəb oldu, bu da özünü maklerlərin,
brokerlərin
komissionerlərin,
küçə
ticarətçilərinin
224
sistemsiz fəaliyyətlərində büruzə vermişdi və bu da ərzaq
məhsullarının topdan satışının və əmtəə hərəkətinin
təşkilində neqativ fəsadlara gətirib çıxarmışdır. Ölkənin
ərzaq təminatı problemi ərzaq məhsullarının və kənd
təsərrüfatı xammalının topdan ticarətinin və əmtəə
hərəkətinin təşkilinin yeni yollarının tapılmasını tələb
edirdi.
Təşkilin ən optimal forması kimi topdan ərzaq
bazarı müəyyən edildi.
Topdan ərzaq bazarları- topdan və pərakəndə
ticarət müəssisələri və fərdi ticarətçilər tərəfindən rəqabət
qabiliyyətli kənd təsərrüfatı xammalının və ərzaq
məhsullarının alqı-satqı yeridir.
Bazar iqtisadiyyatı bir çox ölkələrdə topdan
yarmarka və əmtəə-xammal birjaları arasında orta mövqe
tutan topdan bazarlar mühüm rol oynayırlar. Lakin bu
ikisindən fərqli olaraq topdan ərzaq bazarı öz xüsusi
anbar təsərrüfatına malik olur.
Topdan ərzaq bazarlarının əsas funksiyaları
aşağıdakılardır:
-
ilboyu əhalinin keyfiyyətli ərzaq məhsulları ilə
təchizatının təmin olunması, kənd təsərrüfatı
məhsullarının itgisinin azaldılması;
-
kənd
təsərrüfatı
məhsulları üzrə bütün
malgöndərənlərə rəqabətli bazara sabit çıxmaq
imkanlarının təşviq edilməsi;
-
kənd təsərrüfatı və ərzaq məhsullarının alqı-
satqısı üzrə sövdələşmələrin həyata keçirilməsi
üçün vahid abadlaşdırılmış yerin təmin
olunması;
Dostları ilə paylaş: |