219
göstərən əmtəə birjalarından fərqli olaraq, yerli istehsal
müəssisələrinin buraxdıqları mürəkkəb çeşidli əmtəələrin
alqı-satqı üzrə sövdələşmələr həyata keçirilir. Bu cür
topdan yarmarkalarda alıcılar müxtəlif istehsalçıların
məhsullarının çeşidi arasından fərdi müqayisə və seçim
əsasında sərbəst qiymətlərlə əmtəələrin alışını həyata
keçirirlər.
Ərazi əlaməti ilə yanaşı, topdan yarmarkalar,
həmçinin əmtəə və sahə əlamətlərinə görə görə də
təsnifatlaşdırılırlar.
Əmtəə əlaməti yarmarkada reallaşdırılan əmtəələrin
növü
deməkdir.
Bu
əlamətə görə yarmarkalar
ixtisaslaşdırılmış və universal ola bilər.
Sahə əlamətinə görə yarmarkalar sahələr və
sahələrarası, müxtəlif istehsal sahələrinin məmulatlarını
əhatə edən yarmarkalara bölünürlər.
Müasir dövrdə yarmarkaların keçirilməsi üçün
xüsusi, daim fəaliyyət göstərən təşkilati strukturlar
yaradılır, məsələn Ticarət Palatası, Respublika Sərgi-satış
Kompleksi və s.
Yarmarkaların
fəaliyyət
predmetinə
ticarət
sazişlərinin bağlanması üzrə iştirakçılara kompleks
xidmətlərin göstərilməsi, işgüzar əlaqələrin yaradılması,
topdan-ticarət prosesinin qaydaya salınması, konyuktur
informasiyanın təhlili və hazırlanması, reklamın
təşkili və
s. aiddir.
Topdan
yarmarka
ticarətinin
xarakterik
xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
220
-
verilmiş nümunələr üzrə əmtəələrin topdan
reallaşdırılması alışı;
-
topdan yarmarkaların
keçirilməsinin dövriliyi;
-
əmtəələrin satış müddətlərinin və yerinin
əvvəlcədən
müəyyən edilməsi;
-
əmtəə satıcılarının və alıcılarının eyni vaxtda
və kütləvi iştirakı.
Yarmarkalarda
əmtəələrin
topdan
reallaşdırılmasının təşkilinin əsas metodu təqdim
olunmuş nümunələr üzrə əmtəələrin sərgi-satışının həyata
keçirilməsidir. Əmtəələrin nümunələri mal göndərən
müəssisələrin
öz
hesabına
yarmarkalara
göndərilir.Topdan yarmarkaya rəhbərliyi daima fəaliyyət
göstərən yarmarka komitəsi həyata keçirir ki, onun da
tərkibinə ticarət üzrə dövlət idarəetmə orqanlarının məsul
nümayəndələri,
sənaye
müəssisələrinin
-
əmtəə
istehsalçılarının, kommersiya strukturlarının- alıcıların və
digər müəssisələrin nümayəndələri daxil edilir. Onun
səlahiyyətinə daxi olan məsələlər üzrə yarmarka
komitəsinin qərarı yarmarka iştirakçıları tərəfindən
mütləq yerinə yetirilməlidir.
Yarmarka komitəsi aşağıdakı funksiyaları yerinə
yetirir:
-
yarmarka keçirilməsi müddətlərini və yerini təyin
edir;
-
yarmarkanın işçi orqanlarını yaradır, onların
rəhbərlərini
və tərkibini təsdiq edir;
-
malgöndərənlərlə alıcıların görüş qrafiklərini
müəyyən edir;
-
yarmarkanın
gəlir
və
xərclər
smetasını,
yarmarkanın keçirilməsi üçün vəsaitlərin həcmini
və onların daxilolma mənbələrini təsdiq edir;