205
müqaviləsindəki
hüquqlara
oxşar
olan
hüquqları almamağı öz öhdəsinə götürür;
-
hüquqa
malik
olandan
aldığı
məxfi
informasiyanı açıqlamamağa söz verir.
İstifadəçi malın və xidmətin satış qiymətini
müstəqil olaraq müəyyən etmək hüququna malikdir; o,
hər hansı bir yolla alıcıların dairəsini məhdudlaşdırmaq
hüququna malik deyildir. Kommersiya konsessiyası
hüquqa malik olan və istifadəçi qarşısında geniş
perspektiv imkanlar açır.
Hüquqa malik olan müəssisə kommersiya
fəaliyyətinin genişləndirilməsinə vəsait əldə edir, bütün
dünya üzrə çoxsaylı bölmələr yaratmaq, onları
qeydiyyatdan keçirmək, satış üçün yer almaq, işçi
heyyətini yığmaq zəruriyyəti azad olur. Eyni zamanda
hüquqa malik olan istifadəçi-müəssisələr üzərində lazımi
nəzarəti əldə edir. Bazar qısa müddət ərzində keyfiyyətli
mal və xidmət alır.
İstifadəçi -müəssisə, hüquqi şəxs olaraq qalmaqla,
tanınmış firmanın hazır nüfuzunu, onun alıcılarını və
müştərilərini, rəqabət mübarizəsində güclü silah əldə
edir.
Bütün
bunlar
dövriyyəsinin
tezləşməsinə,
investisiyaların özünü doğrultmasına, sahibkarlıq riskinin
aşağı salınmasına gətirib çıxarır. Fransçayzinqin xırda
sahibkarlıqla xüsusi olaraq yayılması bununla izah
olunur.
Kommersiya konsessiyası neqativ nəticələrə də
gətirib çıxarır. Onlardan ən əsası – konsessiya istifadəçisi
tərəfindən istehsal olunmuş, firma nişanına görə
prototipdən fərqlənməyən, lakin bir qayda olaraq, aşağı
keyfiyyətdə olan malların bazarda peyda olmasıdır. Bu
206
isə hüquqa malik müəssisəyə olan inamı azaldır, onun
bazarını dağıdır, rəqiblərə əlavə üstünlüklər verir.
3.Faktorinq- komissiyanınmüxtəlif növlərindən
biridir.
Faktorinqin mahiyyəti ondan ibarətdir ki, bank və
yaxud ixtisaslaşdırılmlş təşkilat ( faktorinq firma və
yaxud faktor) satıcı-müəssisələrdən alıcı-müəssisələrin
borclarını alır (ilk növbədə, alıcıların göndərilmiş
malların, görülmüş işlərin və ya xidmətlərin ödənişi üzrə
öhdəlikləri) və onları satıcıya faktiki göndəriş və yaxud
yerinə yetirilməyə əsasən ödəyir. Sonradan faktor bu
borcları birbaşa borclu müəssisələrdən alır.
Öz xidmətlərinə görə faktor satıcıdan (müştəridən)
komissiyon muzdunu alır ki, buraya kredit resurslarından
istifadəyə görə faiz dərəcəsi daxil edilir. Bundan başqa,
faktor onunla qazanır ki, onun ədə etdiyi borc öhdəlikləri
bu borcların alış qiymətindən yüksək olur.
Faktorinqin icrası üçün bir neçə il müddətinə
müqavilə bağlanır.
Faktorinq
müqaviləsində
müştərinin
faktora
müəyyən borcları güzəştə gedir. Faktor öz üzərinə
gələcək borcların ödəniş qabiliyyətinin yoxlanılmasını
götürür, bundan sonra isə onlara müəyyən limit daxilində
kredit verilməsinə razılıq verir. Bu limit daxilində faktor
öz üzərinə ödəməməyin riskini götürür.
Kredit öhdəliyinin keçməsi borcluya çatdırılır,
bundan sonra o, özünün maliyyə problemlərini satıcı ilə
deyil, faktorinq firmailə həll edir.
207
Müştəri tərəfindən mal göndərişi üzrə öhdəliklərin
pozulması zamanı borcların alınması üzrə bütün risklər
müştəriyə qaytarılır.
Faktorinqin müştərilər üçün, şübhəsiz üstünlüyü
vəsaitlərin dövriliyinin tezləşdirilməsindən borcların
alınması ilə bağlı olan xərclərin azaldılmasından,
informasiya və təşkilati- maliyyə yardımından, maliyyə
risklərinin azaldılmasından ibarətdir.
Faktorinq – müştərinin debitor borcunun inkasso
edilməsi, bu vaxt hesablar dərhal, yaxud borclar
ödənildikcə verilə bilər. Faktorinqin qısa müddətli
kreditvermə forması daha geniş yayılmışdır. Bu cür
əməliyyat nəticəsində tələbləri satan sahibkar 2-3 gün
müddətində avans şəklində tələblərin məbləğinin 70%-
dən 90%-ə qədərini əldə edir.Qalan 10-30 % isə
faktorinq-firma üçün bir növ zəmanət məbləğini təşkil
edir.
İlk dəfə faktorinq xidmətləri 1947-ci ildə amerika
bankı “Ferst Neshnl Bank of Boston” (först noşnl bank of
bostn)
tərəfindən
bir
sənaye
kampaniyasına
göstərilmişdir. Qərbi Avropada ilk faktorinq firmaları bir
qədər gec – Böyük Britaniyada 60-cı illərin sonlarında
meydana çəxmışdır. 70-ci və 80-ci illər, demək olar ki,
bütün inkişaf etmiş ölkələrdə faktorinq əməliyyatlarının
yüksək və sabit artım templəri ilə (40-50-%) xarakterizə
olunur.
Faktorinq-firmalar “of line” (of layn) sisteminə malik
olurlar, bunun isə mahiyyəti ondadır ki, bu cür firmalar
kompüter sistemi vasitəsilə bütün sutka ərzində onların
tələblərinin maliyyə vəziyyəti haqqında, həmçinin
hesabların ödənildiyi, hansılarının isə vaxtı ötdüyü və s.
haqda dəqiq və operativ informasiya əldə edə bilirlər.
208
Faktorinq ilk növbədə, müvafiq olaraq istehlak
mallarını istehsal edən və satan istehsal müəssisələrində
və topdan firmalarda daha səmərəlidir.
4.Komissiya
kommersiya
fəaliyyətinin
vacib
formalarından biridir.
Komissiyanın mahiyyəti ondan ibarətdir ki, ticarət
müəssisəsi (komisyonçu) adlanan bir tərəf, komitent
adlanan digər tərəfin tapşırığına əsasən öz adından və
komitentin hesabına sövdələşmələri həyata keçirməyi
müqavilə ilə öz öhdəsinə götürür.
Bu zaman komissiya müqaviləsi ilə əldə olunan
hüquq və öhdəlikləri komisyonçu, hətta komitent üçüncü
şəxslə birbaşa münasibətə girdiyi zaman özündə saxlayır.
Komissiya müqaviləsi, bir qayda olaraq, müəyyən
müddətə
bağlanılır və komisiyonçuya tapşırılan
sövdələşmələrin həyata keçirilməsi hüququnun digərlərə
verilməməsi haqqında komitentin öhdəliyini özündə əks
etdirir.
Komisyonçu komissiya üzrə öz xidmətlərinə görə
komitentdən komisyon muzdu alır, bundan başqa
sövdələşmənin üçüncü şəxs tərəfindən düzgün və
vaxtında yerinə yetirilməsinə görə öz üzərinə zəmanət
götürməklə əlavə haqq ala bilər.
Əgər haqqın ölçüsü və onun şərtləri komissiya
müqaviləsi ilə nəzərdə tutulmayıbsa, müqavilənin yerinə
yetirilməsi oxşar xidmətlərə görə, adətən alınan haqq
səviyyəsində ödənilir.
Əgər komissyon müqaviləsi komitentin günahı
ucbatından yerinə yetirilməyibsə, komisyonçu komisiyon
Dostları ilə paylaş: |