197
MÜHAZİRƏ MƏTİNLƏRİ
LİZİNQ ƏMƏLİYYATLARININ
TƏŞKİLİ, FAKTORİNQ, FRANÇAYZİNQ
P L A N
1. Lizinq anlayışı və əsas formaları
2. Kommersiya konsepsiyası (Françayzinq)
3. Faktorinq
4. Komissiya
1. Lizinq, iqtisadi mənada material və pul
formasında birbaşa investisiyaların köməyilə müəssisənin
texniki cəhətdən yenidən silahlanmasını və elmi –texniki
tərəqqinin sürətləndirilməsini təmin edən mülkiyyət
münasibətləri kompleksidir.
Lizinq –özünə üç növ təşkilati iqtisadi münasibəti
daxil edən sahibkarlıq fəaliyyəti sistemidir. Lizinq
münasibətlərinin sosial əhəmiyyəti ondan ibarətdir ki,
onlar sahibkarlara istehsal vasitələrindən fəal şəkildə
istifadə etməyə imkan yaradır, onların əmək fəallığını və
yaradıcılıq
imkanlarını
stimullaşdırır.
Lizinq
münasibətləri mexanizmi hüquqi, maliyyə və təşkilati-
texniki münasibətlər əsasında qurulur.
Sistemli iqtisadi böhran və bütün növdən olan
investisiya resurslarının çatışmaması lizinqdən hazır
məhsulun əlavə satış kanalı kimi istifadə olunmasını
zəruri və optimal edir.
198
Müasir tarixdə “lizinq” anlayışından ilk olaraq
1877-ci ildə, “Bell” telefon kompaniyasının özünün
istehsal etdiyi telefonları satmaq yox, onları icarəyə
vermək qərarına gəldiyi zaman istifadə olunmuşdur.
İlk lizinq birliyi 1952-ci ildə San-Fransiskoda
(ABŞ) yaradılmış və “Yunayted steyts lizinq korporeyşn”
adını almışdır. Amerikan lizinqin atası bu kompaniyanın
prezidenti Henri Şonfeld hesab olunur.
ABŞ- da lizinq maliyyə-lizinq birlikləri sayəsində
iqtisadi fəaliyyətin effektiv alətinə çevrildi. Lizinq
müqavilələrinin çoxvariantlığı investisiya vəsaitlərinin
əldə edilməsi və onlardan istifadə olunması yollarını
əhəmiyyətli dərəcədə diversifikasiya etməyə imkan
yaratdı.
Avropada lizinq fəaliyyəti sistemli olaraq 1960-cı
illərdən həyata keçirilməyə başlanmışdı.
Özünün
çoxnövlü formaları sayəsində lizinq qanunvericiliyi də öz
rəngarəngliyi ilə fərqlənir.
Belə ki, Fransa, Belçika, İtaliyanın qanunverici
aktlarında
müvafiq
terminalogiyadan
istifadə
olunmuşdur: kredit –carə, icarənin maliyyələşdirilməsi,
maliyyə icarəsi üzrə əməliyyatlar.
Lizinq fenomeni ondan ibarətdir ki, bu gün o,
perspektiv maliyyələşdirmənin yeni, qeyri-ənənəvi və
spesfik sistemi kimi formalaşır və burada icarə
münasibətləri, kredit maliyyələşdirməsi elementləri, borc
öhdəlikləri üzrə hesablaşmalar və başqa maliyyə
mexanizmiləri özünə yer tapır.
Müasir lizinq bank strukturlarının iqtisadiyyatın
real sektoru ilə istehsalın maliyyələşdirilməsi və
199
stimullaşdırılması üzrə qarşılıqlı fəaliyyətin forma və
metodlarını tamamlayır və zənginləşdirir. Lizinqin
reallaşdırılması forması maliyyələşdirmənin ənənəvi
formalarının müxtəlif cür əlaqələndirilməsi vasitəsilə
diversifikasiya etdirilmiş və zənginləşdirilmişdir.
ABŞ-da 1990- cı illərdə avadanlıqların lizinqi
maşın və avadanlıqlara investisiya qouluşunun ümümi
həcminin 3-% -ni təşkil edirdi, lizinq müqavilələri isə il
ərzində 100-130 mlrd. Doll-ra bərabər olurdu. Lizinq
əməliyyatlarının belə faiz səviyyəsi Böyük Britaniya
üçün də xarakterikdir.
Qərbi Avropa ölkələrində avadanlıqların lizinqi
onların ümumi tədarükünkn 15%-ni, mütləq ifadədə isə
120 mlrd. doll. təşkil edir.
Lizinq
icarə
münasibətlərinin
növ
müxtəlifliklərindən biridir və özündə müvəqqəti azad
olmuş və ya cəlb olunmuş maliyyə vəsaitlərinin
müqavilə üzrə müəyyən haqq müqabilində hüquqi və ya
fiziki şəxslərə müvəqqəti istifadə üçün icarəyə verilən
əmlak üzərinə investisiya etdirilməsi üzrə sahibkarlıq
fəaliyyətinin əsas növünü əks etdirir.
Bank və kredit təsisatları lizinq müqavilələrinin
yerinə yetirilməsi üzrə maliyyə lizinqi əməliyyatlarının
reallaşdırılması şərtilə üç və daha artıq il üçün kreditlərin
təqdim edilməsindən əldə olunan mənfəət üzrə vergidən
azad edilirlər. Hazırki dövrdə lizinq əmlakın, əldə
edilməsi və onun müəyyən müddət üçün müqavilə üzrə,
dövlətin səlahiyyətli orqanları qismində dövlətə, fiziki və
hüquqi şəxslərə mənfəət əldə edilməsi və ya sosial
effektə
nail olunması məqsədilə, lizinqverənin,
malgöndərənin, lizinqalanın və lizinq layihəsinin başqa
iştirakçılarının iştirakı şərtilə lizinq predmetinin
200
amortizasiyasının nəzərə alınması və istifadəyə verilməsi
ilə bağlı investisiya-sahibkarlıq fəaliyyətinin bir növü
kimi nəzərdən keçirilir.
Lizinq predmeti kimi sahibkarlıq fəaliyyətində
istifadə olunan hər bir şey, o cümlədən müəssisələr,
əmlak kompleksləri, binalar, qurğular, avadanlıqlar,
nəqliyyat vasitələri digər tərpənən və tərpənməz əmlak
iştirak edə bilər.
Torpaq sahələri və digər təbii obyektlər, həmçinin
qanunvericiliklə azad tədavül üçün qadağan olunmuş
əmlak lizinq predmeti ola bilməz.
Lizinq sövdələşməsində, bir qayda olaraq, üç tərəf iştirak
edir: lizinqverən, lizinqalan və satıcı (malgöndərən).
Lizinqverən – fiziki və ya hüquqi şəxs olub, cəlb
olunmuş və ya xüsusi pul vasitələri hesabına əmlak əldə
edir və onu lizinq predmeti qismində lizinqalana
müəyyən haqq ilə, müəyyən müddətə və müəyyən
şərtlərlə (lizinq predmetinə mülkiyyət hüququnun
lizinqalanın istifadəsinə keçməsi və ya keçməməsi şərti
ilə) təqdim edir.
Lizinqalan – fiziki və ya hüquqi şəxs olub, lizinq
müqaviləsinə uyğun olaraq, müəyyən haqq ilə, müəyyən
müddətə və müəyyən şərtlərlə lizinq predmetini
müvəqqəti əmlak kimi və müvəqqəti istifadəyə qəbul
edir.
Satıcı (malgöndərən) – fiziki və ya hüquqi şəxs
olub, lizinqverənlə bağlanmış alqı-satqı müqaviləsinə
uyğun olaraq şərtlənmiş müddətdə lizinqverənə lizinq
predmeti qismində özünün istehsal etdiyi (göndərdiyi)
əmlakı satır. Satıcı (mal göndərən) lizinq predmetini
Dostları ilə paylaş: |