185
11)Kommersiya hesablarının açılmasının xarici
valyuta əməliyyatlarında tətbiqi sxemi hansıdır.
MÜHAZİRƏ MƏTİNLƏRİ
KOMMERSİYA HESABLAŞMALARININ
FORMA VƏ METODLARI
P L A N
1. Hesablaşmaların nəğd forması.
2. Hesablaşmaların nəğdsiz forması.
3. Hesablaşmaların akkreditiv forması.
1.
Hesablaşmaların müəssisələr tərəfindən
ya nəqd pulla, ya da nəqdsiz ödəmələr yolu ilə həyata
keçirilir.
Öz təşkilati-hüquqi formalarından və fəaliyyət
sferalarından asılı olmayaraq müəssisələr sərbəst pul
vəsaitlərinin banklarda saxlamağa borcludurlar.
Təşkilatlar digər müəssisələrlə öhdəliklər üzrə
hesablaşmaları, bir qayda olaraq, bank vasitəsilə nəqdsiz
qaydada
həyata
keçirirlər
və
ya
Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq Milli
Bank
tərəfindən
müəyyən
edilmiş
nəqdsiz
hesablaşmaların digər formalarını tətbiq edirlər.
Hesablaşmaları nəqd pulla həyata keçirmək üçün
hər bir təşkilatın kassası olmalı və müəyyən edilmiş
formada kassa kitabı açılmalıdır.