Q a y d a L a r I


 Yükqaldırma qurğularının (vışkaların, dorların



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə48/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   44   45   46   47   48   49   50   51   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

2.5. Yükqaldırma qurğularının (vışkaların, dorların
(eklipslərin)), qazma və istismar avadanlıqlarının
quraşdırılması, sökülməsi, təmiri və nəqli
 
Ümumi tələblər
2.5.1. Qazma qurğusunun tikilməsi və quraşdırılması 
üzrə hazırlıq işlərinə quyunun tikilməsinin təsdiq edilmiş 
layihəsi olduqda başlamaq olar. 
2.5.2. Tikiləcək quyu münbit və kənd təsərrüfatında isti-
fadə olunan torpaqlarda yerləşdiyi hallarda torpaqdan istifadə 
üzrə müəyyən edilmiş tələblər rəhbər tutulmalıdır. 
2.5.3. Qazma qurğusunun quraşdırılması üçün meydança 
yerin relyefini və axan suların onların yığılma və təmizləmə 
sisteminə hərəkətini təmin etməyi nəzərə almaqla 
planlaşdırılmalıdır (hamarlanmalıdır). 
2.5.4. Vışkaquraşdırma işlərinə, vışkaquraşdırıcılar briqa-
dasına bu işlərin aparılmasına tapşırıq (naryad), quyunun tikil-
məsi layihəsinin tikinti-quraşdırma işləri ilə əlaqədar olan işçi 
sənədləri, avadanlığın quraşdırılmasının və vışkayanı 
qurğuların tikilməsinin texniki şərtləri və işin təhlükəsiz təşkil 
edilməsi reqlamenti veriləndən sonra başlanıla bilər. 
2.5.5. Qazma qurğuları istehsalat birliyi (yuxarı təşkilat) 
tərəfindən təsdiq edilmiş tikinti-quraşdırma işlərinin nümunəvi 
layihəsi üzrə istehsalçı-zavodun texniki sənədlərinə müvafiq 
olaraq quraşdırılmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


141 
2.5.6. Qazma qurğularının quraşdırılması küləyin orta illik
istiqaməti nəzərə alınmaqla, quyu ağzına nisbətən dizellərin 
işlənmiş qazlar boruları külək tutmayan tərəfə yönəldilməklə 
aparılmalıdır. 
2.5.7. Qurğuların, binaların, otaqların, köməkçi obyektlə-
rin tikilməsi üzrə işlər, tikintidə əmək şəraitinin təhlükəsizliyini 
reqlamentləşdirən normativ sənədlərin tələblərinə müvafiq 
olaraq yerinə yetirilməlidir. 
2.5.8. Mədəni budka və digər köməkçi otaqlar, quraşdırı-
lacaq vışkanın layihə hündürlüyündən 10m-dən az olmayan 
məsafədə yerləşdirilməlidir. 
2.5.9. Qurğuların və avadanlıqların quraşdırılması, sökül-
məsi, təmiri, həmçinin onların çəkilməsi (hərəkət etdirilməsi) 
məsul işçinin rəhbərliyi altında aparılmalıdır. 
2.5.10. Quraşdırma-sökmə işlərində fasilə zamanı quraşdı-
rılan avadanlığın bəndlərini asılı vəziyyətdə saxlamaq qadağan-
dır. 
2.5.11. Qazma və istismar qurğularının sökülməsi yalnız 
qurğunun elektrik avadanlıqlarının istismarına cavabdeh olan 
işçidən kabellərin və hava elektrik ötürücü xətlərinin 
gərginliyin verilməsi mümkün olan hər bir tərəfdən xətdən 
açılması haqqında yazılı təsdiqedici əsas olduqdan sonra 
yerinə yetirilməlidir. 
2.5.12. Vışkaquraşdırıcılar briqadasının iş obyekti daim 
ikitərəfli (çağırış vəziyyətində olan) radio və ya telefonla təmin 
edilməlidir. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə