“Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında



Yüklə 151,38 Kb.

tarix17.01.2018
ölçüsü151,38 Kb.


“Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı 

istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi 

haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

  

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndini 



rəhbər  tutaraq,  Birləşmiş  Millətlər  Təşkilatının  “Bioloji  müxtəliflik  haqqında” 

Konvensiyasının 6-cı maddəsinə uyğun olaraq qərara alıram: 

1.  “Azərbaycan  Respublikasında  bioloji  müxtəlifliyin  qorunmasına  və  davamlı 

istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilsin (əlavə olunur). 

2.  Bu  Sərəncamın  1-ci  hissəsi  ilə  təsdiq  edilmiş  Milli  Strategiyanın  həyata 

keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii 

Sərvətlər Nazirliyi müəyyən edilsin. 

3.  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  Milli 

Strategiyanın  həyata  keçirilməsi  ilə  bağlı  görülən  işlər  barədə  ildə  bir  dəfədən  az 

olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 

4.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  Sərəncamdan  irəli  gələn 

digər məsələləri həll etsin. 



 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 



 

Bakı şəhəri, 3 oktyabr 2016-cı il

 

              № 2358



 

 

 



  

  

Azərbaycan Respublikası Prezidentinin



 

2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli Sərəncamı ilə

 

TƏSDİQ EDİLMİŞDİR



 

  

Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı 



istifadəsinə dair 2017-2020-ci illər üçün 

  

MİLLİ STRATEGİYA 

  

1. Giriş 

  

Təbii sərvətlərin qorunması və onlardan davamlı istifadə XXI əsrin ən mühüm 

və  qlobal  problemlərindən  olmaqla,  dövlətin  həllini  vacib  hesab  etdiyi  prioritet 

məsələlərdən  biridir.  Təbii  sərvətlərin  ayrılmaz  hissəsi  olan  bioloji  müxtəliflik  çox 

mühüm,  lakin  hələ  də  tam  qiymətləndirilməmiş  zəngin  ehtiyat  mənbəyidir.  Son 

zamanlar planetimizdə antropogen fəaliyyət nəticəsində ekosistemlər deqradasiyaya 




uğramış,  bir  çox  fauna  növləri  isə  məhv  olmuş  və  ya  onların  sayı  kəskin  surətdə 

azalmışdır.  Bioloji  müxtəlifliyin  belə  sürətli  itkisi  Yer  kürəsini  və  bütövlükdə  canlı 

aləmi ciddi təhlükədə qoymaqla, qlobal faciəyə səbəb ola bilər. Yer kürəsində bioloji 

müxtəlifliyi beynəlxalq əməkdaşlıq yolu ilə xilas etmək məqsədi ilə 1992-ci ilin iyun 

ayında  Braziliyanın  Rio-de-Janeyro  şəhərində  keçirilmiş  “Yer  kürəsi”  sammitində 

Birləşmiş  Millətlər  Təşkilatının  "Bioloji  müxtəliflik  haqqında"  Konvensiyası 

imzalanmışdır.  Azərbaycan  Respublikası  2000-ci  il  14  mart  tarixində  bu 

Konvensiyaya  qoşulmuş  və  ondan  irəli  gələn  öhdəliklərin  milli  səviyyədə  yerinə 

yetirilməsi  məqsədi  ilə  Azərbaycan  Respublikası  Prezidentinin  2006-cı  il  24  mart 

tarixli  1  368  nömrəli  Sərəncamı  ilə  2006-2010-cu  illəri  əhatə  edən  “Azərbaycan 

Respublikasında  bioloji  müxtəlifliyin  qorunması  və  davamlı  istifadəsinə  dair  Milli 

Strategiya və Fəaliyyət Planı” təsdiq edilmiş, nəzərdə tutulmuş tədbirlər uğurla icra 

olunmuşdur. 

Belə ki, Fəaliyyət Planına uyğun olaraq, Azərbaycan Respublikasının “Qırmızı 

Kitab”ının  I  və  II  cildləri  nəşr  edilmişdir.  Qafqazda  nəsli  kəsilmək  təhlükəsi  ilə 

üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə 

edən  “Böyük  beşlik”  proqramı  çərçivəsində  Azərbaycan  Respublikasının  “Qırmızı 

Kitab”ına  və  Beynəlxalq  Təbiəti  Mühafizə  İttifaqının  “Qırmızı  siyahısı”na  daxil 

edilmiş,  təbiətin  nadir  incisi  olan  bəbirlərin  tarixi  areallarında  və  məskunlaşdığı 

sahələrdə populyasiyalarını izləmə tədbirləri həyata keçirilmişdir. 

Miqrasiya  edən  heyvan  növlərinin  nişanlanması  üzrə  tədqiqatların  aparılması 

ilə əlaqədar Qızılağac Dövlət Təbiət Qoruğunun və Ağgöl Milli Parkının ərazisində 

üzərində  Azərbaycan  Respublikasının  atributları  əks  olunmuş  halqalar  vasitəsilə 

quşların nişanlanması işi həyata keçirilmişdir. 

Nadir  və  nəsli  kəsilmiş  heyvan  növlərinin  reintroduksiyası  layihələri 

çərçivəsində  Şirvan  Milli  Parkında  Avropada  yeganə  və  ən  böyük  ceyran 

populyasiyasının  sayı  qısa  müddətdə  4  min  başdan  7  min  başa  qədər  artmış  və  bu 

əhəmiyyətli  növün  arealı  təbii  yolla  xeyli  genişlənmişdir.  Ağgöl  Milli  Parkı, 

Qobustan-Cəngiçay  vadisi,  Acınohur-Sarıca  düzü  ərazilərinə  mərhələlərlə  ceyran 

fərdlərinin  buraxılması  həyata  keçirilmiş,  150  başdan  artıq  ceyran  tarixi 

məskunlaşma arealına qaytarılmışdır. 

Azərbaycan 

Respublikasının 

tarixi 


ərazilərində 

məskunlaşmış, 

lakin 

antropogen səbəblərdən kökü kəsilmiş fauna növlərinin  bərpası  məqsədi  ilə 2012-ci 



ildən  etibarən  Avropa  bizonunun  ölkəyə  reintroduksiya  olunması  istiqamətində 

işlərə başlanılmışdır. 

2006-cı ildə qəbul olunmuş Fəaliyyət Planının əhatə etdiyi müddətdə Akademik 

Həsən Əliyev adına Azərbaycan Respublikası Zəngəzur Milli Parkının, Hirkan Milli 

Parkının  və  Zaqatala  Dövlət  Təbiət  Qoruğunun  əraziləri  genişləndirilmiş,  dövlət 

meşə  fondu  torpaqlarında  Samur-Yalama  Milli  Parkı,  Göygöl  Dövlət  Təbiət 

Qoruğunun bazasında və ona bitişik ərazilərdə Azərbaycan Respublikasının Göygöl 

Milli  Parkı,  Goranboy  rayonunun  inzibati  ərazisində  Korçay  Dövlət  Təbiət  Qoruğu 

yaradılmışdır. 



Zaqatala  Dövlət  Təbiət  Qoruğu  ilə  Gürcüstan  Respublikasının  həmsərhəd 

ərazilərində  vahid  ekosistemin  əhatə  edilməsi  məqsədi  ilə  Zaqatala  Dövlət  Təbiət 

Yasaqlığı  yaradılmışdır.  Eyni  zamanda  “Yanardağ”  Dövlət  Tarix-Mədəniyyət  və 

Təbiət  Qoruğu,  “Keşikçidağ”  Dövlət  Tarix-Mədəniyyət  Qoruğu,  “Xınalıq”  Dövlət 

Tarix-Memarlıq  və  Etnoqrafiya  Qoruğu,  “Atəşgah  məbədi”  Dövlət  Tarix-Memarlıq 

Qoruğu,  Naxçıvan  Muxtar  Respublikasının  ərazisində  Arpaçay  Dövlət  Təbiət 

Yasaqlığı və Lerik rayonu ərazisində Rvarud Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. 

Birləşmiş Millətlər Təşkilatının “Bioloji müxtəliflik haqqında” Konvensiyasının 

üzvü olan ölkələrin 2010-cu ildə Yaponiyanın Naqoya şəhərinin Aiçi Prefekturasında 

keçirilən  10-cu  görüşü  çərçivəsində  2011-2020-ci  illər  ərzində  bioloji  müxtəliflik 

sahəsində  mühüm  nəticələrə  nail  olmaq  üçün  əməkdaşlığın  genişləndirilməsi,  flora 

və  faunanın  qorunması  və  davamlı  istifadəsi,  bu  sahədə  qarşıya  qoyulan  məqsədə 

çatmaq 

üçün 


yenilənmiş 

milli 


strategiyalar 

hazırlanmasının 

vacibliyi 

vurğulanmışdır.  Azərbaycan  Respublikasında  bioloji  müxtəlifliyin  dayanıqlılıq 

prinsipləri  əsasında  qorunması  və  səmərəli  istifadəsi,  həmçinin  sözügedən 

Konvensiya  üzrə  qarşıda  duran  öhdəliklərin  yerinə  yetirilməsi  məqsədi  ilə 

“Azərbaycan  Respublikasında  bioloji  müxtəlifliyin  qorunması  və  davamlı 

istifadəsinə  dair  2017-2020-ci  illər  üçün  Milli  Strategiya”  (bundan  sonra  -  Milli 

Strategiya)  bu  sahədə  konkret  addımlar  atılmasına  və  müsbət  nəticələr  əldə 

edilməsinə yönəldilmişdir. 

  

2. Milli Strategiyanın məqsədi 

  

Milli Strategiyanın əsas məqsədi genetik ehtiyatlardan səmərəli istifadə, bioloji 



müxtəlifliyin  qorunması  və  gələcək  nəsillərə  çatdırılması,  yoxsulluğun  aradan 

qaldırılması,  ekoloji  tarazlığın  tənzimlənməsi,  ”yaşıl  iqtisadiyyat”a  keçidin  təmin 

edilməsi, ekoloji təhsilin stimullaşdırılması,  endemik  flora və yerli fauna  növlərinin 

bərpası,  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  şəbəkəsinin  təkmilləşdirilməsi, 

bioloji  müxtəlifliyə  təzyiqlərin  azaldılması  istiqamətində  tədbirlərin  həyata 

keçirilməsidir. 

  

3. Milli Strategiyanın prioritet istiqamətləri 

  

3.0. Milli Strategiyaya daxil olan prioritet istiqamətlər aşağıdakılardır: 



3.0.1.  bioloji  müxtəliflik  və  ekosistem  xidmətləri  ilə  bağlı  əhalinin  ekoloji 

maarifləndirilməsi  üçün  cəmiyyətdə  ekoloji  biliklərin  geniş  yayılmasının  təmin 

edilməsi; 

3.0.2. bioloji müxtəlifliyin monitorinqi sisteminin təkmilləşdirilməsi; 

3.0.3.  bioloji  müxtəlifliyin,  ekosistemin  və  genetik  müxtəlifliyin  bərpası  və 

saxlanması; 

3.0.4.  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  səmərəli  idarəedilmə 

sisteminin yaradılması və mövcud şəbəkənin genişləndirilməsi; 




3.0.5.  bioloji  müxtəlifliyə  mənfi  təsirlərin  azaldılması  və  bioloji  müxtəlifliyin 

davamlı istifadəsi; 

3.0.6.  bioloji  müxtəlifliyin  davamlılığını  təmin  etmək  məqsədi  ilə  bu  sahədə 

normativ hüquqi bazanın təkmilləşdirilməsi; 

3.0.7. milli və yerli səviyyədə bioloji müxtəlifliyin mühafizəsində ictimaiyyətin 

iştirakının artırılması; 

3.0.8.  bioloji  müxtəlifliyin  qorunması  işlərinin  icrasında  birgə  idarəçiliyin 

inkişaf etdirilməsi; 

3.0.9.  bioloji  müxtəlifliyin  qorunması  və  davamlı  istifadəsi  üçün  adekvat 

resursların təmin edilməsi; 

3.0.10. bioloji müxtəliflikdən istifadənin planlaşdırılması və idarə edilməsi üçün 

institusional potensialın gücləndirilməsi. 

  

4. Milli Strategiyanın maliyyələşdirilməsi 

  

4.0.  Milli  Strategiya  çərçivəsində  həyata  keçiriləcək  tədbirlərin  aşağıdakı 



mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur: 

4.0.1.  dövlət  büdcəsinin  mərkəzləşdirilmiş  xərclərində  müvafiq  dövlət 

qurumlarının  xərclər  smetasında  ekoloji  problemlərin  həlli  üçün  nəzərdə  tutulmuş 

vəsait; 


4.0.2. ətraf mühitin mühafizəsi üzrə dövlət fondlarının vəsaiti; 

4.0.3. mikrokreditlər; 

4.0.4. beynəlxalq donorların və maliyyə qurumlarının qrantları. 

  

5. Milli Strategiyanın icrası və ehtiyatların səfərbər edilməsi 

  

Milli Strategiya Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına 



və davamlı istifadəsinə dair Fəaliyyət Planı çərçivəsində keçiriləcək tədbirləri, icraya 

məsul dövlət orqanlarını, eləcə də icra müddətlərini müəyyən edir. 

  

  

 



 

6. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı 

istifadəsinə dair Fəaliyyət Planı 

  

Sıra 



№-si 

Tədbirin adı 

Gözlənilən nəticələr 

İcraçı 

orqanlar 

İcra 

müddəti 

(illər üzrə) 

1 

2 

3 

4 

5 

6.1. Bioloji müxtəliflik və ekosistem xidmətləri ilə bağlı əhalinin ekoloji maarifləndirilməsi üçün cəmiyyətdə ekoloji biliklərin 

geniş yayılmasının təmin edilməsi 


6.1.1. 2020-ci ilədək bioloji müxtəliflik və ekosistem xidmətləri ilə bağlı məsələlərin təhsilin bütün pillələrində öz əksini tapması, lazımi 

resursların səfərbər edilməsi və müvafiq kadrların bilik səviyyəsinin artırılması 

6.1.1.1. 

Təhsilin bütün pillələrində ətraf mühitin 

mühafizəsi, bioloji müxtəlifliyin qorunması, 

ekosistem xidmətləri ilə əlaqədar məsələlərin 

tədrisinin genişləndirilməsi 

təhsilalanların ətraf mühitin 

mühafizəsi, bioloji müxtəlifliyin 

qorunması, ekosistem xidmətləri ilə 

bağlı bilikləri artacaqdır 

TN, ETSN 

2017-2020 

6.1.1.2. 

Dərs vəsaitlərində bioloji müxtəliflik və ətraf 

mühitlə bağlı məlumatlara daha geniş yer 

ayrılması 

dərs vəsaitlərində bioloji müxtəliflik və 

ətraf mühitlə bağlı məlumatların 

dolğunluğu təmin ediləcəkdir 

TN, ETSN 

2017-2020 

6.1.1.3. 

Məktəblilərin ekoloji təhsilini və tərbiyəsini inkişaf 

etdirmək məqsədi ilə ekoloji təhsil mərkəzlərinin 

fəaliyyətinin dəstəklənməsi 

ekoloji təhsil mərkəzlərinin 

fəaliyyətinin səmərəliliyi artacaqdır 

TN, ETSN 

2017-2020 

6.1.1.4. 

Bioloji müxtəlifliyin qorunması üzrə resurs, 

informasiya və təlim mərkəzlərinin yaradılması, 

insan resurslarının bilik və bacarıqlarının 

artırılması üçün texniki potensialın 

gücləndirilməsi 

ətraf mühitlə əlaqəli sahələrdə 

fəaliyyət göstərən kadrların bilik və 

bacarıq səviyyəsi artacaqdır 

TN, ETSN, 

KTN 

2017-2020 



6.1.2. Respublika ərazisində 2020-ci ilədək ekoloji turizm potensialının artırılması və mövcud potensialdan istifadə istiqamətində 

tədbirlərin gücləndirilməsi 

6.1.2.1. 

Azərbaycan Respublikasının bioloji müxtəlifliyi və 

xüsusilə də milli parklar haqqında reklam-

məlumat məhsullarının hazırlanması 

milli parkların və bioloji müxtəlifliyin 

komponentləri təbliğ olunacaq, reklam 

məlumatları yayılacaqdır 

ETSN, 


MTN, TN 

2017-2020 

6.1.2.2. 

Xüsusi mühafizə olunan təbiət ərazilərinin turizm 

potensialı ilə bağlı məlumat bazasının 

genişləndirilməsi 

respublika ərazisində daxili turizmin 

inkişafına xidmət edən və ekoturizm 

üçün müxtəlif imkanları əks etdirən 

məlumat bazası yaradılacaqdır 

ETSN, MTN 

2017-2019 

6.1.2.3. 

Təbiət abidələrinin inventarlaşdırılmasının həyata 

keçirilməsi 

təbiət abidələrinin yenilənmiş siyahısı 

hazırlanacaqdır 

ETSN, MTN 

2017-2020 

6.1.2.4. 

Reklam xarakterli infoturların keçirilməsi 

turoperatorlar üçün ekoloji turizm ilə 

bağlı müxtəlif turpaketlər 

hazırlanacaqdır 

ETSN, 

MTN, TN 


2017-2020 

6.1.2.5. 

Milli Parklarda ekoloji turizmlə məşğul olan 

turoperatorların müəyyən edilməsi, media 

nümayəndələri, yerli və xarici turistlər üçün 

infoturların keçirilməsi 

bioloji müxtəliflik və ekosistem 

xidmətləri ilə əlaqədar məlumatlılıq 

artacaq, xüsusi mühafizə olunan təbiət 

ərazilərində müxtəlif turizm növlərinin 

inkişafı üçün geniş imkanlar 

yaranacaqdır 

ETSN, MTN 

2017-2020 



6.2. Bioloji müxtəlifliyin monitorinqi sisteminin təkmilləşdirilməsi 

6.2.1. 


Beynəlxalq təcrübəyə əsaslanan mütərəqqi 

bioloji müxtəlifliyin monitorinqi 

ETSN, 

2017-2018 




üsullardan istifadə etməklə, monitorinq sisteminin 

təkmilləşdirilməsi 

sisteminin təkmilləşdirilməsi ilə bağlı 

təkliflər paketinin icrası təmin 

ediləcəkdir 

AMEA, 


RYTN, 

ABOEMDA 


6.2.2. 

Bioloji müxtəliflik komponentlərinin mövcud 

vəziyyətinin qiymətləndirilməsi 

bioloji müxtəliflik komponentlərinin 

mövcud vəziyyətinin 

qiymətləndirilməsi ilə bağlı ekoloji 

qiymətləndirmə sənədi hazırlanacaqdır 

ETSN, 


AMEA 

2017-2019 

6.2.3. 

Müasir monitorinq metodikalarının işlənilib 



hazırlanması və tətbiq edilməsi 

müasir monitorinq metodikaları 

hazırlanacaqdır 

AMEA, 


ETSN 

2017-2020 

6.2.4. 

Bitki və heyvan növlərinin inventarlaşdırılmasının 



həyata keçirilməsi və elektron məlumat bazasının 

yaradılması 

Azərbaycan Respublikasının fauna və 

flora növlərinin inventarlaşdırılması 

aparılacaq, vahid məlumat bazası 

yaradılacaqdır 

ETSN, 

AMEA 


2017-2020 

6.2.5. 


Bioloji müxtəliflik üzrə İnformasiya və 

Əvvəlcədən Xəbərdaretmə Sisteminin yaradılması 

bioloji müxtəlifliyin itməsinin və 

azalma dərəcəsinin monitorinqini 

aparan sistem yaradılacaqdır 

AMEA 


2017-2020 

6.2.6. 


Bioenerji resurslarının dəqiq uçotunun aparılması 

bioenerji resurslarının səmərəli 

istifadəsi istiqamətində görülən işlər 

nəticəsində ümumi ekoloji tarazlıq 

təmin ediləcəkdir 

ABOEMDA, 

ETSN 

2017-2020 



6.3. Bioloji müxtəlifliyin, ekosistemin və genetik müxtəlifliyin bərpası və saxlanması 

6.3.1. 2020-ci ilədək ətraf mühitin və bioloji müxtəlifliyin qorunmasının səmərəliliyinin artırılması 

6.3.1.1. 

Azərbaycan Respublikasının daxili sularında, 

sərhəd sularında və Xəzər dənizinin Azərbaycan 

sektorunda bioloji müxtəliflik komponentlərinin 

idarə edilməsinin təkmilləşdirilməsi, sənaye və 

məişət tullantıları ilə çirklənmənin qarşısının 

alınması, böyük yaşayış məntəqələri ətrafındakı su 

hövzələrinin bioloji müxtəlifliyinin qorunmasına 

dair tədbirlərin hazırlanması və həyata keçirilməsi 

sərhəd sularının, Xəzər dənizinin, 

daxili suların, o cümlədən göllərin 

çirklənməsi minimuma endiriləcək, 

idarəetmə və monitorinq sisteminin 

təkmilləşdirilməsi və zəruri elmi 

əsasların əldə edilməsi hesabına bioloji 

müxtəlifliyin səmərəli qorunması 

təmin ediləcəkdir 

ETSN, 


AMEA, 

FHN, 


ARDNŞ, 

“Azərsu” 

ASC, MST 

ASC 


2017-2020 

6.3.1.2. 

Bioloji müxtəlifliyin davamlı inkişafına təsir edən 

amillərin öyrənilməsi, antropogen təsirlərə məruz 

qalan torpaqlarda meşəbərpa zonalarının və süni 

meşəliklərin yaradılmasına dair təkliflər 

hazırlanması və pilot layihələrin həyata 

keçirilməsi 

meşələrin, otlaqların, su-bataqlıq 

ərazilərin səmərəli idarə olunması 

nəticəsində deqradasiyanın qarşısı 

alınacaq, bioloji müxtəlifliyin 

mühafizəsi və davamlı istifadəsi üçün 

təlimatlar və idarəetmə planları 

hazırlanacaqdır 

ETSN, 


AMEA, 

KTN 


2017-2018 

6.3.1.3. 

Otlaqların idarə olunmasında qabaqcıl təcrübənin 

tətbiqi və otlaq sahələrinin səmərəli idarə 

olunması məqsədi ilə tədbirlər görülməsi, 

yay və qış otlaqları haqqında dolğun 

məlumat bazası və xəritələr 

hazırlanacaq, pilot layihələrin 

KTN, 

AMEA, 


ETSN 

  



idarəetmə planlarının hazırlanması və pilot 

layihələrin tətbiqi 

nəticələrindən asılı olaraq geniş tətbiq 

ediləcəkdir 

6.3.1.4. 

“Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və 

icarəyə verilməsi, habelə istifadə edilməsi 

Qaydaları”na əməl olunmasına dair nəzarət 

mexanizmlərinin təkmilləşdirilməsi 

otlaq sahələrindən təyinatı üzrə 

istifadə olunmasına, heyvandarlığın 

inkişaf etdirildiyi ərazilərdə otarma 

normalarına riayət olunacaqdır 

KTN, ETSN, 

YİH 

2017-2020 



6.3.1.5. 

Xüsusi mühafizə statusu olmayan, lakin həssas 

ekosistemlər kimi qiymətləndirilən ərazilərdən, 

nadir və azsaylı fauna və flora növlərinin yayıldığı 

ərazilərdən davamlı istifadə məqsədi ilə qabaqcıl 

təcrübənin tətbiqi və idarəetmə planlarının 

hazırlanması 

xüsusi mühafizə statusu olmayan, 

lakin bioloji müxtəliflik baxımından 

xüsusi əhəmiyyət kəsb edən ərazilər 

idarəetmə planlarına və təlimatlara 

əsasən idarə olunacaqdır 

AMEA, 

ETSN 


2017-2020 

6.3.1.6. 

Meşə ilə örtülü ərazilərin inventarlaşdırılmasında 

və monitorinqinin aparılmasında müasir 

metodikanın tətbiqi 

müasir metodlardan istifadə etməklə, 

meşələrin dəqiq statusu müəyyən 

ediləcək və meşə ilə örtülü sahələrin 

yeni xəritələri tərtib olunacaqdır 

ETSN, 


AMEA 

2017-2020 

  

6.3.1.7. 



Sərhədyanı ərazilərdə bioloji müxtəliflik 

komponentlərinin nadir növlərinin təbii 

bərpasının təmin edilməsi, qorunub saxlanılması 

və onlardan davamlı istifadə olunması üçün 

təxirəsalınmaz tədbirlərin hazırlanması və həyata 

keçirilməsi 

ağac və kolluqların növ müxtəlifliyinin 

idarə edilməsində səmərəlilik 

artacaqdır 

ETSN, 


AMEA 

2017-2020 

  

6.3.2. 2020-ci ilədək aqrobioloji müxtəliflikdə irs sistemlərinin qorunub saxlanılması, ev heyvanlarının və mədəni bitkilərin, o 



cümlədən iqtisadi və mədəni dəyəri olan cins və sortların genetik müxtəlifliyinin qorunması 

  

6.3.2.1. 



Regionlar üzrə torpaq, iqlim şəraiti nəzərə 

alınmaqla növbəli əkin sistemindən və digər 

səmərəli aqrotexniki becərmə tədbirlərindən geniş 

istifadənin və ənənəvi yolla yaradılmış mədəni 

bitkilərin becərilməsinin təşviq edilməsi üçün 

zəruri tədbirlərin görülməsi 

kənd təsərrüfatı sahələrində səmərəli 

aqrotexniki üsullardan istifadə 

ediləcəkdir 

KTN, 


AMEA, 

ETSN 


2017-2020 

  

6.3.2.2. 



Üzvi əkinçiliyin inkişaf etdirilməsi məqsədi ilə 

pilot layihələrin hazırlanması 

pilot layihələrin nəticələri geniş tətbiq 

ediləcəkdir 

KTN, 

AMEA, 


ETSN 

2017-2020 

  

6.3.2.3. 



Şoran və təkrar şoranlaşmaya məruz qalmış 

torpaqların yuyulması və bu ərazilərdə şəraitə 

uyğunlaşmış ağac və kol cinslərindən ibarət 

meşəbərpa zonalarının və süni meşəliklərin 

yaradılmasına dair təkliflərin hazırlanması və 

pilot layihələrin həyata keçirilməsi, torpaqların 

əkin dövriyyəsinə qaytarılması məqsədi ilə 

meliorasiya işlərinin görülməsi 

eroziyaya məruz qalmış sahələrdə 

aparılan səmərəli tədbirlər nəticəsində 

məhsuldarlıq artacaq və tarlaqoruyucu 

meşələr salınacaqdır 

MST ASC, 

KTN, ETSN, 

AMEA 

2017-2020 




  

6.3.2.4. 

Yüksək dağlıq ərazilər də daxil olmaqla, kənd 

təsərrüfatı sahələrində üzvi gübrələrdən istifadə 

ilə bağlı layihələrin həyata keçirilməsi 

kənd təsərrüfatı sahələrində 

məhsuldarlıq artacaq və ekoloji təmiz 

məhsullar əldə olunacaqdır 

KTN, ETSN, 

AMEA 


2017-2020 

  

6.3.2.5. 



Qlobal iqlim dəyişikliyi fonunda ətraf mühitin 

əlverişsiz amillərinə qarşı davamlı olan ənənəvi 

bitki sortlarının və heyvan cinslərinin istifadəsinin 

genişləndirilməsi 

ənənəvi bitki sortlarının və heyvan 

cinslərinin inventarizasiyası aparılacaq, 

pilot layihələrin nəticələri əsasında 

yeni və dolğun siyahılar hazırlanacaq, 

qabaqcıl təcrübə nümayiş 

etdiriləcəkdir 

AMEA, 

KTN, ETSN 



2017-2020 

  

6.3.3. 2020-ci ilədək davamlı istifadə və mühafizə nəticəsində Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilməkdə olan flora 



və fauna növlərinin statusunun yaxşılaşdırılması 

  

6.3.3.1. 



Nadir və nəsli kəsilməkdə olan bitki və heyvan 

növlərinin səmərəli mühafizəsini təmin etmək 

məqsədi ilə nəsli kəsilməkdə olan əhəmiyyətli 

növlərin qorunması tədbirlərinin 

təkmilləşdirilməsi 

nadir və nəsli kəsilməkdə olan bitki və 

heyvan növləri tədqiq edilərək 

yenilənmiş siyahı “Qırmızı Kitab”ın 3-

cü nəşrinə daxil ediləcəkdir 

ETSN, 


AMEA, 

KTN 


2017-2020 

  

6.3.3.2. 



“Qırmızı Kitab”ın hazırkı nəşrinə daxil edilmiş 

nəsli kəsilməkdə olan heyvan növlərinin 

mühafizəsi üçün yaşayış mühiti 

fraqmentasiyasının tədqiqi və vacib yaşama 

yerlərinin bərpası 

yaşayış mühitinin fraqmentasiyası ilə 

bağlı dolğun məlumatlar əldə ediləcək 

və mənfi təsirlərin aradan qaldırılması 

üçün müvafiq tədbirlər görüləcəkdir 

AMEA, 


ETSN 

2017-2020 

  

6.3.3.3. 



Ölkə ərazisində nəsli kəsilməkdə olan bitki və 

heyvan növlərinin populyasiyalarının bərpası 

üçün tədbirlərin hazırlanması, reintroduksiya 

layihələrinin həyata keçirilməsi 

nəsli kəsilməkdə olan və tarixən 

mövcud olmuş növlərin təbiətə 

qaytarılması üçün müvafiq tədbirlər, o 

cümlədən reintroduksiya layihələri 

həyata keçiriləcəkdir 

AMEA, 


ETSN 

2017-2018 

  

6.4. Səmərəli idarə edilən xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və mövcud şəbəkənin genişləndirilməsi 

  

6.4.1. 



Xəzər dənizinin Azərbaycan sektorunda və quru 

sahələrdə xüsusi mühafizə olunan təbiət 

ərazilərinin genişləndirilməsi 

respublika ərazisində xüsusi mühafizə 

olunan təbiət ərazilərinin ümumi 

sahəsi genişləndiriləcək, quru 

ərazilərdə xüsusi mühafizə olunan 

təbiət ərazilərinin sahəsi 12 faizə, 

sahilyanı zonada isə 2 faizə 

çatdırılacaqdır 

ETSN, YİH 

2017-2020 

  

6.4.2. 


Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə 

edilməsi sisteminin təkmilləşdirilməsi 

dünya təcrübəsi nəzərə alınmaqla, 

xüsusi mühafizə olunan təbiət 

ərazilərinin idarə edilməsi işi 

təkmilləşdiriləcəkdir 

ETSN 

2017-2020 



  

6.4.3. 


Avropa Qonşuluq Siyasəti çərçivəsində “Zümrüd 

sahələr”in inkişaf etdirilməsi 

xüsusi mühafizə olunan təbiət əraziləri 

“Zümrüd sahələr” şəbəkəsinə daxil 

ETSN, 

AMEA 


2017-2019 


ediləcəkdir 

  

6.5. Bioloji müxtəlifliyə mənfi təsirlərin azaldılması və bioloji müxtəlifliyin davamlı istifadəsi 

  

6.5.1. 2020-ci ilədək bioloji müxtəlifliyə mənfi təsirlərin və təhlükələrin aradan qaldırılması və ekoloji vəziyyətin bioloji müxtəlifliyin 



davamlılığını təmin edəcək səviyyəyə çatdırılması 

  

6.5.1.1. 



Bioloji müxtəliflik baxımından zəngin ərazilərdə 

mövcud və potensial mənfi təsirlərin 

qiymətləndirilməsi, bu təsirlərin qarşısının 

alınması və ya minimuma endirilməsi üçün zəruri 

tədbirlər planının hazırlanması 

bioloji müxtəlifliyə yönəlmiş mənfi 

təsirlər tədqiq ediləcək və onlara qarşı 

zəruri adekvat tədbirlər görüləcəkdir 

ETSN, 

AMEA, 


KTN 

2017-2020 

  

6.5.1.2. 



İqlim dəyişkənliyinə həssas ərazilərdə (su-

bataqlıq, yüksək dağlıq ərazilər, Xəzər dənizinin 

sahil zolağı və s.) iqlim dəyişkənliyinin bioloji 

müxtəlifliyə təsirinin qiymətləndirilməsi və 

adaptasiya proqramlarının hazırlanması 

müxtəlif ekosistemlərdə iqlim 

dəyişkənliyinin bioloji müxtəlifliyə 

təsiri qiymətləndiriləcək və əks 

tədbirlərin sayı artacaqdır 

ETSN, 


AMEA, 

KTN 


2017-2020 

  

6.5.1.3. 



Flora və faunanın invaziv növlərinin cari 

vəziyyətinin qiymətləndirilməsi, dəniz, quru, su-

bataqlıq ekosistemlərində yayılma yollarının 

müəyyən edilməsi, ölkəyə daxil olmasının 

qarşısının alınması üçün nəzarət mexanizmlərinin, 

invaziv növlərin sayı və populyasiyaları barədə 

elektron məlumat bazasının yaradılması 

invaziv növlərin sayı və 

populyasiyaları barədə elektron 

məlumat bazası hazırlanacaq, onların 

ölkəyə daxil olmasının qarşısının 

alınması üçün nəzarət mexanizmləri 

gücləndiriləcək və onlara qarşı 

mübarizə aparmaq üçün zəruri 

normativ hüquqi baza yaradılacaqdır 

AMEA, 


ETSN, KTN 

2017-2020 

  

6.5.1.4. 



Ekoloji və iqtisadi baxımdan ciddi mənfi təsir 

göstərən flora və faunanın invaziv növlərinin 

populyasiyalarının, vurduqları zərərin 

qiymətləndirilməsi və onlara qarşı mübarizə 

tədbirlərinin hazırlanması 

invaziv növlərin idarə edilməsi üçün 

zəruri mexanizmlər işlənilib 

hazırlanacaqdır 

AMEA, 

ETSN 


2017-2020 

  

6.5.1.5. 



Kənd təsərrüfatı və məişət tullantılarından 

bioenerji alınması imkanlarının araşdırılması və 

həmin enerjidən istifadənin təşviq edilməsi 

araşdırma müsbət nəticə verəcəyi 

halda, kənd təsərrüfatı və məişət 

tullantılarından bioenerji alınacaq və 

bu enerjidən istifadə olunacaqdır 

AMEA, 


ETSN, KTN, 

ABOEMDA 


2017-2020 

  

6.5.1.6. 



Bioloji müxtəlifliyin qorunması və təbii 

sərvətlərdən davamlı istifadə məqsədi ilə 

sənayenin “yaşıl iqtisadiyyat”a keçid potensialının 

qiymətləndirilməsi 

beynəlxalq ekspertlərin köməyi ilə 

ilkin qiymətləndirmə sənədi 

hazırlanacaqdır 

KTN, ETSN, 

YİH, 

bələdiyyələr 



2017-2019 

  

6.5.1.7. 



Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının 

istehsalının geniş təşviqi 

ekoloji təmiz kənd təsərrüfatı 

məhsullarının ümumi istehsal payı 

artacaqdır 

KTN, ETSN, 

AMEA, 

SMPDK 


2017-2020 

  

6.5.2. Bioloji müxtəlifliklə bağlı təbii resursların və ekosistemlərin davamlı istifadəsi 




  

6.5.2.1. 

Su bioloji resurslarının müasir ekoloji vəziyyətinin 

qiymətləndirilməsi, vətəgə əhəmiyyətli balıq 

növlərinin populyasiya dinamikasının 

öyrənilməsi, ov normalarının müəyyən edilməsi 

və akvakulturanın inkişaf etdirilməsi 

Xəzər dənizində və daxili sularda 

iqtisadi cəhətdən əhəmiyyətli balıq 

ehtiyatlarının və tutum kvotalarının 

müəyyən edilməsi üçün elmi 

metodikalar hazırlanacaq, 

akvakulturanın inkişaf etdirilməsi 

üçün zəruri tədbirlər həyata 

keçiriləcəkdir 

ETSN, 


AMEA 

2017-2020 

  

6.5.2.2. 



Bioloji müxtəlifliyin səmərəli istifadəsi 

baxımından ovçuluğun inkişafı üzrə tədbirlərin 

hazırlanması və həyata keçirilməsi 

ovçuluğun davamlı inkişafını təmin 

etmək üçün zəruri normativ hüquqi 

baza yaradılacaqdır 

ETSN, MTN 

2017-2019 

  

6.5.2.3. 



Yabanı dərman bitkilərinin qanunsuz 

toplanmasına və satışına nəzarətin gücləndirilməsi 

və belə bitkilərdən davamlı istifadənin təmin 

edilməsi 

yabanı dərman bitkilərinin xammalı 

yalnız lisenziya almış fiziki və hüquqi 

şəxslər tərəfindən tədarük ediləcək, 

yabanı dərman bitkilərinin yığılması 

və istifadəsi üçün müvafiq qanunla 

müəyyən edilmiş qaydalar və 

təlimatlar hazırlanacaqdır 

ETSN, 


AMEA, 

KTN, SN, 

SMPDK 

2017-2019 



  

6.6. Bioloji müxtəlifliyin davamlılığını təmin etmək məqsədi ilə bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi 

  

6.6.1. Bioloji müxtəliflik və ekosistem xidmətlərinin davamlı istifadəsi ilə bağlı bioloji müxtəlifliyə birbaşa və yaxud dolayı təsir 



göstərən qanunvericilik aktlarının təkmilləşdirilməsi 

  

6.6.1.1. 



Mövcud normativ hüquqi bazanın təhlili, ölkənin 

götürdüyü beynəlxalq öhdəliklər nəzərə 

alınmaqla, qanunvericiliyin təkmilləşdirilməsi ilə 

bağlı təkliflərin hazırlanması 

mövcud qanunvericilik aktları və 

beynəlxalq proqramlarda ölkənin 

götürdüyü beynəlxalq öhdəliklər 

nəzərə alınmaqla, yeni qanunvericilik 

aktları qəbul ediləcəkdir 

ETSN, MTN 

2017-2020 

  

6.6.1.2. 



Bioloji müxtəlifliyə dair ölkə üzrə tədqiqatlar 

aparılması və növbəti Milli Hesabatın 

hazırlanması 

“Bioloji müxtəliflik haqqında” 

Konvensiyadan irəli gələn öhdəliyin 

icrası olaraq, müvafiq hesabat təqdim 

ediləcək və bu sahədə aşkarlıq təmin 

olunacaqdır 

ETSN 

2018-2020 



  

6.6.2. 2020-ci ilədək ölkənin bioloji müxtəlifliyinin genetik modifikasiya olunmuş bitkilərdən mühafizəsi məqsədi ilə bioloji 

təhlükəsizlik sisteminin formalaşdırılması 

  

6.6.2.1. 



Birləşmiş Millətlər Təşkilatının “Bioloji müxtəliflik 

haqqında” Konvensiyasının Biotəhlükəsizliyə dair 

Kartagena Protokolunun icrasının təmin edilməsi 

üzrə tədbirlərin hazırlanması 

Kartagena Protokolunun icrası təmin 

ediləcəkdir 

ETSN, 

AMEA, 


KTN 

2017-2019 

  

6.6.2.2. 



Genetik modifikasiya olunmuş bitkilərlə mübarizə 

sahəsində dövlət qurumlarının əməkdaşlığının 

genetik modifikasiya olunmuş 

bitkilərin monitorinqi sahəsində dövlət 

ETSN, KTN, 

AMEA, 


2017-2020 


gücləndirilməsi 

qurumları arasında əməkdaşlıq 

ediləcəkdir 

DGK 


  

6.6.2.3. 

Genetik modifikasiya olunmuş bitkilərin təyini 

üzrə akkreditasiya olunmuş laboratoriya 

şəbəkəsinin genişləndirilməsi 

genetik modifikasiya olunmuş bitkilər 

üzrə ixtisaslaşdırılmış laboratoriyaların 

sayı artacaqdır 

ETSN, KTN, 

AMEA, 


DGK 

SMPDK 


2017-2020 

  

6.6.2.4. 



Respublikada genetik modifikasiya olunmuş 

bitkilərin dövriyyəsinin tənzimlənməsi üzrə 

müvafiq elmi-texniki potensialın, ixtisaslı 

mütəxəssis hazırlığının və müvafiq texniki 

infrastrukturun inkişaf etdirilməsi məqsədi ilə 

beynəlxalq əməkdaşlığın gücləndirilməsi 

genetik modifikasiya olunmuş 

bitkilərin dövriyyəsinin tənzimlənməsi 

üzrə mütəxəssislərin sayı artacaqdır 

KTN, ETSN, 

AMEA 

2017-2020 



  

6.6.3. Bioloji müxtəlifliyin qorunması üzrə normativ hüquqi aktların Avropa Direktivlərinə uyğunlaşdırılması 

  

6.6.3.1. 



Bioloji müxtəliflik ilə bağlı normativ hüquqi 

bazanın təkmilləşdirilməsi və bu sahədə milli 

standartların beynəlxalq normativlərə 

uyğunlaşdırılması 

müvafiq normativ hüquqi bazanın 

təkmilləşdirilməsi yolu ilə zəruri 

addımlar atılacaqdır 

ETSN, KTN, 

SMPDK 

2017-2019 



  

6.6.3.2. 

Respublikanın bioloji müxtəlifliklə bağlı 

beynəlxalq təşəbbüslərə qoşulması üçün 

imkanların müəyyən edilməsi 

müvafiq imkanlar müəyyən edilərək, 

onların tətbiqi ilə bağlı tədbirlər həyata 

keçiriləcəkdir 

XİN, AMEA 

2017-2020 

  

6.7. Milli və yerli səviyyədə bioloji müxtəlifliyin mühafizəsində, habelə bu sahədə qərarların qəbul edilməsi prosesində Orxus 

Konvensiyasının tələblərinə uyğun ictimaiyyətin və vətəndaş cəmiyyətinin iştirak səviyyəsinin yüksəldilməsi 

  

6.7.1. 



Təbii sərvətlərin mühafizəsi və istifadəsi ilə bağlı 

qərarların verilməsi və onların icrası zamanı 

gender bərabərliyi də nəzərə alınmaqla, 

ictimaiyyətin iştirakını tələb edən effektiv 

mexanizmlərin yaradılması 

bioloji müxtəlifliyin mühafizəsi və 

davamlı istifadəsi, o cümlədən ətraf 

mühitlə bağlı digər vacib məsələlər 

üzrə qərarların verilməsi və icrası 

zamanı gender bərabərliyi nəzərə 

alınmaqla ictimaiyyətin iştirakı təmin 

ediləcəkdir 

ETSN, 

AMEA, 


KTN 

2017-2020 

  

6.7.2. 


Müxtəlif formalı ekoloji tərbiyə və maarifləndirmə 

klublarında ayrı-ayrı yaş qruplarının təbiətə 

marağının artırılması üçün müvafiq tədbirlərin 

hazırlanması 

ekoloji klubların səmərəli fəaliyyətinə 

dair təkliflər hazırlanacaq, müxtəlif 

formatda müsabiqələr, sərgilər, 

görüşlər keçiriləcəkdir 

ETSN, YİH 

2017-2019 

  

6.8. Bioloji müxtəlifliyin qorunması işlərinin icrasında birgə idarəçiliyin inkişaf etdirilməsi 

  

6.8.1. Bioloji müxtəlifliyin qorunması sahəsində aidiyyəti dövlət orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi 



  

6.8.1.1. 

Bioloji müxtəlifliyin qorunması sahəsində, o 

cümlədən ekoturizmin inkişafı, meşə 

massivlərinin salınması, yaşıllıqların yanğından 

mühafizəsi və erkən xəbərdarlıq sistemlərinin 

aidiyyəti dövlət qurumları arasında 

əməkdaşlığın inkişaf etdirilməsi 

nəticəsində bioloji müxtəlifliyin 

qorunması ilə bağlı qərarlar qəbul 

ETSN, TN, 

KTN, FHN, 

AMEA, 

MTN, 


2017-2019 


yaradılması, otlaqların idarə edilməsi və digər 

məsələlər üzrə müxtəlif dövlət qurumları arasında 

əməkdaşlıq imkanlarının müəyyən edilməsi və 

təkliflərin hazırlanması 

olunacaq və vahid yanaşma tətbiq 

ediləcəkdir 

ARDNŞ 

  

6.8.1.2. 



Bioloji müxtəlifliyin mühafizəsi və davamlı 

istifadəsi ilə bağlı müxtəlif dövlət qurumları 

arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın 

genişləndirilməsi 

müvafiq sahədə əməkdaşlıq imkanları 

müəyyən edilərək, zəruri tədbirlər 

həyata keçiriləcəkdir 

ETSN, TN, 

KTN, FHN, 

AMEA 


2017-2019 

  

6.8.2. Bioloji müxtəlifliyin qorunması məsələlərində qonşu ölkələrlə əməkdaşlığın gücləndirilməsi 



  

6.8.2.1. 

Transsərhəd ekoloji problemlərin müəyyən 

edilməsi, qiymətləndirilməsi və həlli istiqamətində 

tədbirlərin həyata keçirilməsi 

ekoloji araşdırmalar aparılaraq 

hesabatlar hazırlanacaq və 

problemlərin həlli istiqamətində 

əməkdaşlıq genişləndiriləcəkdir 

XİN, ETSN 

2017-2020 

  

6.8.2.2. 



Transsərhəd ekoloji problemlərin müəyyən 

edilməsi, qiymətləndirilməsi və həlli istiqamətində 

tədbirlərin həyata keçirilməsi 

ekoloji araşdırmalar aparılaraq 

hesabatlar hazırlanacaq və 

problemlərin həlli istiqamətində 

əməkdaşlıq genişləndiriləcəkdir 

XİN, ETSN 

2017-2020 

  

6.9. Bioloji müxtəlifliyin qorunmasının və davamlı istifadəsi üçün adekvat resursların təmin edilməsi 

  

6.9.1. 


Bioloji müxtəlifliyin qorunması və səmərəli 

istifadəsinin təmin edilməsi üçün zəruri 

resursların qiymətləndirilməsi, təkliflərin 

hazırlanması və resursların səfərbər edilməsi 

bioloji müxtəlifliyin qorunması və 

səmərəli istifadəsi təmin ediləcəkdir 

ETSN, KTN, 

AMEA 


2017-2020 

  

6.9.2. 



Bioloji müxtəlifliyin qorunması məqsədi ilə 

regionlarda alternativ və bərpa olunan enerji 

mənbələrindən istifadənin genişləndirilməsi 

regionlarda alternativ və bərpa olunan 

enerji mənbələrindən istifadə 

genişləndiriləcəkdir 

ABOEMDA, 

ETSN 


2017-2020 

  

6.10. Bioloji müxtəliflikdən istifadənin planlaşdırılması və idarəedilmə imkanlarının gücləndirilməsi 

  

6.10.1. “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan məqsədlərə uyğun olaraq bioloji müxtəliflik üzrə 



fəaliyyətin planlaşdırılması 

   6.10.1.1. 

“Bioloji müxtəliflik haqqında” Konvensiya ilə 

bağlı öhdəliklərin icrası üçün zəruri tədbirlərin 

müəyyən edilməsi və icrası 

Konsepsiyanın bioloji müxtəlifliyin 

qorunmasına yönəldilmiş hədəflərinə 

tam nail olunacaqdır 

ETSN 

2017-2020 



  

6.10.2. Bioloji müxtəlifliyin qorunması üzrə imkanların genişləndirilməsi 

   6.10.2.1. 

Bioloji müxtəlifliyin qorunması üzrə imkanların 

genişləndirilməsi, mövcud və tələb olunan 

imkanların qiymətləndirilməsi, təkliflərin 

hazırlanması və müvafiq proqramlara salınması, 

bu istiqamətdə qeyri-hökumət təşkilatları ilə və 

beynəlxalq təşkilatlarla əməkdaşlıq 

bioloji müxtəliflik üzrə texniki, inzibati, 

maliyyə və insan resurslarının inkişafı 

təmin ediləcəkdir 

ETSN 

2017-2020 



   6.10.2.2. 

Bioloji müxtəliflik sahəsində fəaliyyət göstərən 

bioloji müxtəliflik sahəsində kadr 

ETSN, 


2017-2020 


insan resurslarının bilik və bacarıqlarının 

yüksəldilməsində qeyri-hökumət təşkilatları ilə və 

beynəlxalq təşkilatlarla əməkdaşlığın 

gücləndirilməsi 

potensialının gücləndirilməsi üçün 

əməkdaşlıq imkanları 

müəyyənləşdiriləcək və müntəzəm 

olaraq birgə təlimlər təşkil ediləcəkdir 

AMEA 

  

 



 

  

Akronimlər 

ETSN 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 



FHN 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 

XİN 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 



KTN 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 

RYTN 

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar 



Nazirliyi 

SN 


Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 

TN 


Azərbaycan Respublikasının Təhsil Nazirliyi 

MTN 


Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 

DGK 


Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi 

SMPDK 


Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və 

Patent üzrə Dövlət Komitəsi 

ARDNŞ 

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 



ABOEMDA  Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji 

Mənbələri üzrə Dövlət Agentliyi 

AMEA 

Azərbaycan Milli Elmlər Akademiyası 



MST ASC 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 

YİH 

yerli icra hakimiyyətləri 



  

  

 



: docs -> pdf
pdf -> Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinin təsdiq edilməsi haqqında
pdf -> Energetika haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar
pdf -> Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında
pdf -> “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası
pdf -> Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
pdf -> Qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri
pdf -> “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri
pdf -> Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə