Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə107/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   103   104   105   106   107   108   109   110   ...   113

2020-ci ildə turistlərin qəbulu və ölkədən gedən turistlər üzrə lider 
ölkələrin göstəriciləri cədvəl 12.1 və 12.2-də verilmişdir. 
2020-ci ildə turistlərin qəbulu üzrə lider ölkələr, turist xərcləri 
Cədvəl 12.1 
Sıra 
sayı 
Ölkə 
Turistlərin 
gəlməsi, mln. 
adam 
Dünya turist 
axınlarındakı 
payı, %-lə 
1995- 
2020-ci 
illərdə orta 
artım, %- lə 
1  Çin 
137,1 
8,6 
8,0 
2  ABŞ 
102,4 
6,4 
9,5 
3  Fransa 
93,3 
5,8 
1,8 
4  İspaniya 
71,0 
4,4 
2,4 
5  Honkonq 
59,3 
3,7 
7,3 
6  İtaliya 
52,9 
3,3 
2,2 
7  Böyük 
Britaniya 
52,8 
3,3 
3,0 
8  Meksika 
48,9 
3,1 
3,6 
9  Rusiya 
47,1 
2,9 
6,7 
10  Çexiya 
44,1 
2,7 
4,0 
 
Cəmi 
708,8 
44,2 
100 
Cədvəldən  göründüyü  kimi,  ən  çox  turistlərin  gəldiyi  ölkə  Çin 
olacaq, Honkonq və Rusiyada da artım tempi gözlənilir. Avropa ölkələri 
arasında Çexiyada da böyük uğurlar gözlənilir. 
355 


2020-ci ildə turist getmələri üzrə lider ölkələr 
Cədvəl 12.2 
Sıra 
sayı 
Ölkə 
Gedən turistlər, mln. 
adam 
Dünya turist 
axınlarındakı 
payı, %-lə 
1  Almaniya 
163,5 
10,2 
2  Yaponiya 
141,5 
8,8 
3  ABŞ 
123,3 
7,7 
4  Çin 
100,0 
6,2 
5  Böyük Britaniya 
96,1 
6,0 
6  Fransa 
37,6 
2,3 
7  Niderland 
35,4 
2,2 
8  Kanada 
31,3 
2,0 
9  Rusiya 
30,5 
1.9 
10  İtaliya 
29,7 
1,9 
 
Cəmi 
788,9 
49,2 
Ölkədən  gedən  turist  axmlannın  ən  çox  gözlənilməsi 
proqnozlaşdırılan  ölkələr  Niderland,  Almaniya,  Böyük  Britaniya, 
Kanadadır. 
Perspektivdə,  daha  doğrusu  yaxın  on  illikdə  dünya  turizm 
bazarlarında  və  beynəlxalq  turizmdə  inkişafın  əsas  xarakterik 
xüsusiyyətlərinə aşağıdakıları aid etmək olar: 
1.
 
Beynəlxalq turist fəaliyyəti göstəricilərinin sonrakı artım ənənəsi. 
2.
 
Dünyada  baş  verən  siyasi  və  iqtisadi  vəziyyətin  turizmə  daimi 
təsiri. 
3.
 
Turizmin  müəyyənedici  faktoru  kimi  sosial-demoqrafik 
dəyişikliklər, elektron informasiya və kommunikasiya sistemlərinin çıxış 
etməsi. 
356 


4.
 
Həm  qlobal,  həm  də  orta  və  kiçik  bizneslə  məşğul  olan 
turoperatorların fəaliyyətinin genişlənməsi. 
5.
 
Dünya  turizminin  inkişafında  turist  təkliflərinin  verilməsi  üzrə 
rəqabətin kəskinləşməsi və s. 
Nəticə olaraq, son dövrlərdə beynəlxalq turizmin və dünya turizm 
mərkəzlərinin  inkişafında  meydana  çıxan  bir  sıra  xarakterik 
xüsusi>^ətləri də qeyd etmək olar: 
1.
 
Turizmin  məqsədlərinin  dəyişməsi.  Əgər  əvvəllər  beynəlxalq 
turizmin  əsas  məqsədi  yay  məzuniyyətinin  təşkili  idisə,  hal-hazırda 
insanlar  aktiv  istirahətə,  idmana  və  sağlamlığın  qayğısına  daha  çox 
diqqət ayırırlar. Bunun üçün dünya turizm mərkəzlərində bu istiqamətdə 
müxtəlif  marşrutlar  təklif  edən  ixtisaslaşdırılmış  turist  kompaniyaları 
yaradılır və onlar öz fəaliyyətlərində yeni mədəni-mühəndis işləmələrini 
tətbiq  etməyə  çalışırlar  (məsələn:  Braziliya  karnavalı  və  s.).  İşgüzar 
turizm artıq digər turizm növlərini ötməkdədir. Bu da TMK-ın fəaliyyəti, 
biznesin beynəlmiləlləşməsilə sıx bağlıdır. 
2.
 
Beynəlxalq əməkdaşlıq formalarının dəyişməsilə əlaqədar dünya 
turizm sənayesindəki dəyişikliklərin artması. 
Belə ki, dünya turist sənayesinin əsas sahələrində TMK-Iar liderlik 
edirlər.  Onların  payına  dünya  mehmanxana  təsərrüfatının  əsas  hissəsi 
düşür.  İri  turoperator  kompaniyaları  təşkil  olunmuş  turistlərin  80%-nə 
xidməti  təmin  edirlər.  Xarici  fırmalann  lisenziyası  üzrə  beynəlxalq 
turizmin maddi-texniki bazasının  yaradılmasında  istehsal kooperasiyası 
fəaliyyəti  genişlənir  ki,  bu  əlaqələr  də  uzunmüddətli  münasibətlərə, 
dayanıqlığa  və  böyük  həcmlərə  əsaslanır.  Müasir  dövrdə  turist 
xidmətlərinin  bilavasitə  reallaşdırılması  və  göstərilməsi  üzrə  ən  geniş 
yayılmış forma kimi birgə turist firmalarının yaradılmasını, xarici firma 
və təşkilatlarla ticarət-sənaye əməkdaşlığını, turist kadrlann hazırlanması 
əməkdaşlığını, elmi- tədqiqat işlərini və s. qeyd etmək olar. Bütün bunlar 
turist xidmət- 
357 


lərinin həcmi və keyfiyyətinin artmasına, onun maddi-texniki bazasının 
möhkəmləndirilməsinə  xidmət  edir.  Bu  istiqamətdə  ölkələrin 
“Ümumdünya turist Vauçer” sisteminə qoşulmasını qeyd etmək olar. 
3.
 
Turist 
xidmətlərinin 
qiymətlərinin 
artması 
ənənəsinin 
mövcudluğu.  Beynəlxalq  turizmin  kapital  tutumunun  yüksək  səviyyəsi 
ona  ağır  sənaye  xarakterini  verməyə  imkan  verir.  Çünki,  müasir 
mehmanxanalar,  bahalı  avadanlıqlar,  turist  mərkəzlərinin  yaradılması 
infrastrukturların,  yüksək informasiya texnologiyalarının yaradılmasım, 
həmçinin turist kadrlarının hazırlanması böyük investisiyalar tələb edir. 
Turizmin  beynəlmilləşməsi  bu  sahədə  xarici  TMK-ın  hökmranlığını 
gücləndirir.  Nəticədə  turist  xidmətlərinin  dəyərinin  artması  ənənəsi 
yüksəlməkdədir. 
4.
 
Beynəlxalq  turizmin  ölkələr  üzrə  paylanması  dünya  turist 
mərkəzlərinin 
inkişafının 
ölkələrin 
sosial-iqtisadi 
inkişafının 
müxtəlifliyindən asılı olaraq qeyri-bərabər olması və s. 
Bütün qeyd edilənlərlə bərabər, dünya üzrə bütövlükdə beynəlxalq 
iqtisadi  münasibətlərin,  beynəlxalq  kommersiya  -  ticarət  fəaliyyətinin 
genişlənməsi, elmin,  texnikanın, mədəni-təhsİl səviyyəsinin artması ilə 
mütənasib  olaraq  turizmin  inkişafı  xarakter  və  səviyyəsi  də  daim 
təkmilləşir. 
12.5.
 
Turist xidmətlərinin göstərilməsinin əsas razılaşma və 
prinsipləri 
Hər  bir  fəaliyyət  sahəsində  olduğu  kimi,  turist  əməliyyatlarının 
həyata  keçirilməsi  üçün  beynəlxalq  kommersiya  təcrübəsində 
kontragentlərin  xarakter  və  qarşılıqlı  münasibətlərindən  asılı  olaraq 
müəyyən hüquqi-müqavilə münasibətləri formalaşdırılmalı və müəyyən 
edilməlidir.  Bu  münasibətlər  və  turist  xidmətlərinin  rəsmiləşdirilməsi 
aşağıdakı razılaşmalarda əks olunur (şəkil 12.3): 
358 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə