Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə16/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   12   13   14   15   16   17   18   19   ...   113

Qeyri-tarif metodları sırasında kəmiyyət məhdudiyyətləri ilə yanaşı 
proteksionizmin  gizli  metodlarını  da  göstərmək  olar.  Gizli  metodlar 
qeyri-tarif metodlarından biri olmaqla (çox vaxt onu gizli proteksionizm 
də adlandınrlar), onların köməyilə dövlətlər birtərəfli qaydada idxalı və 
bcracı  məhdudlaşdınrlar  ki,  bu  da  beynəlxalq  ticarətin  razılaşdırılmış 
prinsiplərinin pozulması deməkdir. Onlann əsas növləri aşağıdakılardır: 
1.
 
Texniki maneələr - xarici ticarət siyasətinin gizli metodu olmaqla 
milli, texniki, inzibati və digər norma və qaydalarla xaricdən əmtəənin 
idxalmm məhdudlaşdınlmasma yönəldilir. 
2.
 
Daxili  vergilər  və  rüsumların  tətbiqi  -  idxal  əmtəəsinin  daxili 
qiymətini  artırmağa  və  bununla  da  onun  daxili  bazarda  rəqabət 
qabiliyyətini  aşağı  salmağa  yönəldilmiş  XTS-in  gizli metodudur. Daha 
çox  idxal  əmtəələrinə  tətbiq  edilən  vergilər  müxtəlifdir,  onlar  birbaşa 
(əlavə  dəyər  vergisi,  aksiz  vergisi,  satış  vergisi  və  s.)  və  ya  dolayı 
(gömrük  rəsmiləşdiriiməsinə,  qeydi)^ata  və  digər  formallıqların  yerinə 
yetirilməsinə görə yığımlar, liman-port yığımlan və s.) olurlar. 
3.
 
Dövlət  alışları  çərçivəsində  siyasət  ~  dövlət  orqanları  və 
müəssisələri  tərəfindən  müəyyən  əmtəələri  yalnız  yerli  istehsalçılardan 
almağı tələb edən XTS-in gizli metodudur. Bu zaman həmin əmtəələrin 
idxal əmtəəsindən baha ola biləcəyi heç bir rol oynamır. Adətən bu cür 
siyasət milli təhlükəsizliyin qorunması zəruriliyi ilə izah olunur. 
4.
 
Yerli  komponentlərdən  istifadə  tələbi  -  son  məhsulun  daxili 
bazarda  satılması  nəzərdə  tutulduğu  halda,  həmin  əmtəənin  milli 
istehsalçılar  tərəfindən  istehsal  olunmalı  olan  payını  (tərkib  hissəsini) 
qanunvericilikdə müəyyən edən ticarət siyasətinin gizli metodudur. 
52 


Maliyyə qeyri-tarif metodları - xarici ticarətin qeyri-tarif tənzimləmə 
metodu olmaqla aşağıdakı növlərə aynlır: 
a)
 
Subsidiyalar; 
b)
 
kreditləşmə; 
c)
 
dempinq. 
Daxili  bazarı  idxaldan  qoruyan  beynəlxalq  ticarətin  kəmiyyət  və 
gizli  metodlan  ilə  yanaşı,  beynəlxalq  ticarət  praktikasında  ixracın 
genişləndirilməsi metodlarından da geniş surətdə istifadə edilir. İxracın 
maliyyələşdirilməsini ixrac-idxal əməliyyatlarmm adi kredit- ləşdirilməsi 
və  müəyyənləşdirilməsindən  fərqləndirmək  lazımdır.  Hökumət  milli 
istehsalçılann ixracını stimullaşdırmağı zəruri saydığı halda onlara bu və 
ya  digər  formada  büdcədən  subsidiyalar  təqdim  edir.  Subsidiya  milli 
istehsalçılann  dəstəklənməsinə  və  idxalın  dolayı  diskriminasiyasına 
yönəldilmiş pul ödənişidir. 
Ödəmə xarakterinə görə subsidiyalar aşağıdakı növlərə bölünürlər: 
-
 
Birbaşa  subsidiyalar.  Bu  zaman  həyata  keçirilən  ixrac 
əməliyyatından  sonra  ixracatçının  əldə  etdiyi  gəlirlə  çəkdiyi  xərclər 
arasındakı  fərqin  məbləği  birbaşa  surətdə  onun  özünə  ödənilir.  Birbaşa 
subsidiyalara  istehsalçıya  xarici  bazara  çıxdığı  zaman  verilən  dotasiya 
kimi  də  baxmaq  olar.  Lakin,  birbaşa  subsidiyalara  beynəlxalq  ticarət 
praktikasında yaxşı baxılmır və onun tətbiqi ticarət tərəfdaşları tərəfindən 
cavab tədbirləri ilə nəticələnə bilər. 
-
 
Dolayı  subsidiyalar. Bu, vergi  ödəməsi üzrə  güzəştlərin, sığorta 
güzəştlərinin,  bazar  faizlərindən  aşağı  dərəcələrlə  borcların  verilməsi, 
idxal  rüsumlarının  geri  qaytaniması  və  s.  vasitəsilə  ixracatçılann  gizli 
surətdə dotasiyalaşdınimasmı nəzərdə tuturlar. 
Subsidiyalar  həm  də  idxalla  rəqabət  aparan  əmtəə  istehsalçılarına, 
həm  də  ixrac  üçün  nəzərdə  tutulan  əmtəə  istehsalçılanna  verilə  bilər. 
Subsidiyalar hər iki halda istehsalçılar üçün mənfi 
53 


xarakterli  vergidir,  çünki  subsidiyalar  onların  gəlirlərindən  çıxılmır  və 
dövlət tərəfindən ödənilir. 
-
 
Daxili  subsidiya  ticarət  siyasətinin  ən  gizli  maliyyə  metodu 
olmaqla  idxalın  məhdudlaşdınimasına  yönəldilir.  Bu  zaman  ölkə 
daxilində istehsal edilən və idxal əmtəələri ilə rəqabətdə olan məhsulların 
istehsalı büdcə vasitəsilə maliyyələşdirilir. 
-
 
İxrac  subsidiyası  ticarət  siyasətinin  qeyri-tarif  maliyyə  metodu 
olmaqla  milli  ixracatçılara  büdcə  ödəmələrini  nəzərdə  tutur.  Bu  xarici 
alıcılara  əmtəəni  daxili  bazarda  mövcud  olan  qiymətlərdən  daha  ucuz 
qiymətlərlə satmağa imkan verir və bununla da ixrac stimullaşdınlır. 
-
 
İxrac  kreditləşdirilməsi  xarici  ticarət  siyasətinin  qeyri-tarif 
maliyyə  metodu  olmaqla  dövlət  tərəfindən  milli  şirkətlərin  ixracının 
inkişafının  maliyyə  stimullaşdırılmasını  nəzərdə  tutur,  txrac 
kreditləşdirilməsinin aşağıdakı formaları vardır: 
-milli ixracatçılara subsidiyalaşdırılmış kreditlərin verilməsi - dövlət 
bankları və  ya agentlikləri tərəfindən bazar faizlərindən aşağı dərəcədə 
kreditlərin verilməsi
-xarici  idxalatçilara  dövlət  kreditlərinin  verilməsi  -  bu  zaman 
idxalatçı  ölkə  kredit  hesabına  yalnız  krediti  verən  ölkənin  şirkətlərinin 
əmtəələrini satın alacağı barədə öhdəlik götürür (bu cür kreditlərə bəzən 
“bağlanmış” kredit də deyirlər); 
-
 
milli ixracatçılarm ixrac risklərinin sığortalanması - bu cür risklərə 
kommersiya  riskləri  (idxalçının  ödəmə  qabiliyyətini  itirməsi)  və  siyasi 
risklər (idxalçı ölkənin hökumətinin gözlənilməz tədbirləri) aiddir. 
Müddətinə görə ixrac kreditləri üç cür olur: 
-
 
qısamüddətli - bir il müddətinə verilir və istehlak əmtəələrinin və 
xammalm ixracımn kreditləşdirilməsi üçün istifadə edilir
54 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə