Danilevskinin və Leontyevin baxışları O.Şpenqlerin (1880-1936) analoji
mühakimələrini üstələyirdilər. Özünün əsas əsəri olan ―Avropanın qürubu‖ kitabında
Şpenqler dünya tarixində səkkiz mədəniyyəti ayırıb qeyd etmişdir: misir, Hind, Babil, Çin,
Yunan-Roma, Bizans-Ərəb, Mayya və Qərbi Avropa. Hər bir mədəniyyət başqa
mədəniyyətlərdən ayrıca olan orqanizm kimi traktovka olunur. (səh 67) Mədəniyyətin
ömrü min illər olur. Mədəniyyət öləndə ―sivilizasiya‖ şəklində yenidən canlanır, hansında
ki, artıq bədii yaradıcılığa ehtiyac olmur.
(şəkil 6.1.)
Sistem analizində sistemin həyat dövrü dedikdə sistemin yaranmasından onun
məhvinə qədər keçən dövr başa düşülür. Ictimai-tarixi
sistemin həyat dövrünün tipik modelində Y.V.Yakoves
bir-birini ardıcıl olaraq əvəz edən fazanı (şəkil 6.1.)
göstərir: köhnə sistemin içində əmələ gəlmə; daxili
latent inkişaf; doğulma, artıq öz ömrünü başa vurmuş,
gedən sistemlə inqilabi mübarizə prosesində bərqərar
olma; yayılma, üstin, hakim sistemə çevrilmə; yetkinlik,
bu zaman sistemə xas xüsusiyyətlər tam olaraq üzə
çıxır; qocalma, ziddiyyətlərin artması, böhrana və artıq doğulmuş ―günəş altında‖ öz yeri
uğrunda mübarizə aparan yeni, növbəti sistemlə mübarizəyə getmək; ölmək, bərqərar olan
yeni sistemin ucqarlarında formasını dəyişmiş ayrı-ayrı parçalar şəklində relikt mövcud
olmaq (13, s.42). Həyat siklinin modelləri adətən keyfiyyətli olurlar və tərkiblərində
sistemin inkişaf mərhələləri fazaların siyahısı olur. Fazaların sayı və uzunluğu çox geniş
hədlərdə dəyişə bilər. Tədqiqatçıları adətən hər fazanın keyfiyyət xarakteristikaları və
fazaların bir-birini əvəzetmə mexanizmi maraqlandırır. Aşağıda həyat dövrü modelləri
hazırlanmış sistemlərin və sistemaltı sistemlərin tam olmayan siyahısı verilmişdir:
Sosial – mədəni sistemlər: sivilizasiya, etnos, institut, ictimai hərəkat, təşkilat, qrup,
ailə, fərd.
Sosial – mədəni sistemlərin elementləri və sistemaltı sistemləri – təsərrüfat ukladı,
texnoloji uklad, incəsənət stili, moda, elmi ixtisas, yeni mallar, cəmiyyətin bütün
sahələrində
innovasiyalar, modellər.
Həyat dövrünün ən maraqlı modellərinin şərhinə başlamazdan əvvəl oxucunun
yadına salaq ki, söhbət o modellərdən gedir ki, insanın bütün yaratdıqları kimi onlar da ―öz
həyat dövrlərinə malikdirlər: onlar yaranır, inkişaf edir, başqa modellərlə əməkdaşlıq edir,
yerlərini daha mükəmməl olanlara verirlər‖ (6, s.55).
6.2.
Həyat dövrü modellərinə nümunələr.
Sivilizasiyaların həyat dövrü. Artıq qeyd edildiyi kimi sivilizasiyaların həyat dövrü
modellərinin hazırlanması ilə bir çox məşhur tarixçilər məşğul olurdular. Ən fundamental
tədqiqatlardan biri ingilis tarixçisi A.Toynbiyə (1889-1975) məxsusdur. O, Şpenqlerin təsiri
altında ümumdünya tarixi haqqında öz konsepsiyasını işləyib hazırlamışdır, burada söhbət
nisbətən qapalı 13 sivilizasiyadan gedir. Toynbi ictimai inkişafın təkrarlanmasının empirik
qanunlarını tapmağa cəhd etmişdir. Toynbiyə görə cəmiyyətin inkişafı təqlid vasitəsilə
həyata keçir. Əgər primitiv cəmiyyətlərdə qocaları və əcdadları (bu da həmin cəmiyyətləri
statik edir) təqlid edirlərsə, sivilizasiyalarda yaradıcı şəxsiyyətləri təqlid edirlər, bu da
inkişafın dinamikasını təmin edir. Toynbiyə görə dövran (və ya sivilizasiyaların həyat sikli)
dörd fazalardan ibarətdir: yaranma (genezis), inkişaf, sarsıntı və süqut.
Sivilizasiyanın genezisi və inkişafı tarixin meydan oxumasına verilən cavab ilə
şərtlənmişdir. ―İnsan sivilizasiyaya bioloji istedadı (irsiyyəti) və ya coğrafi mühitin yüngül
şərtləri sayəsində nail olmur, ən çətin situasiyaların meydan oxumasına verilən cavab
sayəsində - hansı ki, indiyə qədər misilsiz olan səylərə həvəsləndirir – nail olur‖ (8, s.148).
―Meydan oxumaların‖ sırasında əlverişsiz hava şəraitini, yadellilərin hücumunu və öncə
gələn sivilizasiyanın çürüməsini göstərə bilərik (10).
―Sivilizasiyanın inkişafı irəliyə hərəkətdir. Sivilizasiya şiddətli həvəs sayəsində
inkişaf edir, bu həvəs onları tarixin bir meydan oxumasına – çağırışına verdikləri cavab
vasitəsilə sonrakı çağırışa doğru çəkib aparır: differensiyadan inteqrasiyaya və sonra
yenidən differensasiyaya.
Sivilizasiyanın inkişafı (tərəqqi) sivilizasiyanın mərkəzindən ucqarlarına kimi ərazi
ekspansiyasına can atmaq militarizmin yaranmasına səbəb olur, bu da dörd və ya beş min il
ərzində sivilizasiyaların sarsılmasının geniş yayılmasının səbəblərindən biridir. Militarizm
lokal dövlətləri daxili müharibələrə çəkməklə sivilizasiyaları sarsıdır‖ (10, s.214, 217,
222).
Sarsıntı fazasında sosial, siyasi və iqtisadi münaqişələr artır. Tarixdə bütün
sivilizasiyaların süqutunda bir dağılma ritmini tutmaq olar... Sarsıntı anında başlayan
tənəzzüldən sonra dirçəlmə gəlir ki, bu da universal dövlətin yaranma anı ilə eyni vaxta
düşür. Amma bu proses də öz növbəsində sarsıntı ilə sona yetir, ondan sonra yeni tənəzzül
dövrü gəlir, sonra artıq
dövrü olmayacaq, hər şey tam süqutla sonlanacaqdır‖ (10, s.477).
Etnosun həyat dövrü. Tarixdə dövrülülük ideyasını tənqid edən L.N.Qumilev qeyd
edirdi ki, ciddi ritmin olması tarixi faktlarla təsdiqlənməmişdir. Bu konsepsiyaların əsas
çatışmazlığını Qumilev onda görürdü ki, onlarda ayrıca insanda və ictimai kollektivdə
sosial və bioloji olanlar arasında sərhəd çəkilir, halbuki bu faktorlar qırılmaz birlik
halındadırlar.
Qumilev hesab edir ki, passionarlıq anlayışını daxil etməklə etnosun inkişafını
müəyyən edən faktoru tapmışdır. Passionarlıq – fərdin məqsədə çatmaq üçün çox
gərginliklərə və fədakarlıqlara dözmək qabiliyyətində və məqsədə can atan zaman (çox vaxt
xəyali olaraq) aşkara çıxan davranış və psixikasının xarakteristikasıdır.
Şəkil 6.2.
Etnogenezin
təkan zamanı yaranan
etnos dərhal sistem
halına
keçməlidir,
yoxsa o, qonşuları
tərəfindən
məhv
ediləcəkdir.
Özünü
qoruyub
saxlamaq
üçün
etnos
sosial
institutları
yaradır,
hansıların ki, xarakteri
konkret
coğrafi
şəraitlərlə və zamanla
(bəşəriyyətin
inkişaf
mərhələsi
ilə)
proqramlaşdırılmışdır.
Özünü təsdiq etməyə
tələbat sistemin sürətlə
inkişafını, onun ərazi
ekspensasiyasını
və
daxili etnik əlaqələrin
mürəkkəbləşməsini şərtləndirir. Etnosun inkişafı üçün güc isə özlüyündə həmin
populyasiyanın passionarlığından götürülür. Sistemin yüksəlişi inkişaf inersiyasını yaradır,